Şura iclası

31 oktyabr 2014-cü il tarixdə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın iclası keçirilib.
İcra başçısı Mirdaməd Sadıqov hamını salamlayıb, son dövrlər İsmayıllıda aparılan quruculuq-abadlıq işləri barədə danışıb. Gündəlikdə duran məsələlərlə Şura üzvlərini tanış edib.

Şura iclasıŞura iclası

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nazim Səfərov 2014-cü ilin 9 ayında RİH aparatında, yerlərdə görüş-qəbulların keçirilməsi və vətəndaşlardan daxil olmuş müraciətlərə, ərizə və şikayətlərə baxılmasının vəziyyəti, vəziyyətin yaxşılaşdırılması üçün tədbirlər barədə məruzə ilə çıxış edib.
RİH-nin hüquq şöbəsinin müdiri Xətai Abbasov məişət zorakılığına qarşı mübarizə vəziyyəti və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, bu cür halların qarısının alınması üçün geniş maarifləndirmə işlərinin aparılması vacibdir.
Rayonda bədən tərbiyəsi və idmanın kütləviliyinin, gənclərin sağlam həyat tərzinin formalaşması sahəsində Rayon Gənclər və İdman İdarəsi, İsmayıllı Olimpiya-İdman Kompleksinin, idman və şahmat məktəblərinin fəaliyyətinin səmərəliliyinin artırılması barədə RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova ətraflı çıxış edib. Son dövrlər idmançıların əldə etdiyi nailiyyətlər diqqətə çatdırıb.
Sonda qərar layihəsi qəbul edilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz