Dünya miqyaslı lider

Təhsil işçisiyəm. Qırx iki ildir ki, bu sahədə çalışıram. Yerlərdə görülən işlərə, adamların əhval-ruhiyyəsinə yaxından bələdəm. İsmayıllının insanları kimi, təbiəti də gözəldir. Haqlı olaraq onu Azərbaycanımızın mirvarisi adlandırırlar. Son illərdə sistemli surətdə görülən abadlıq və quruculuq işləri İsmayıllını daha da gözəlləşdirmiş, tanınmaz etmişdir.
Dövlət başçısı İlham Əliyevin müəllifi olduğu “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar rayonda böyük işlər görülür, sahibkarlığa geniş meydan açılıb, taxıl, üzüm, tərəvəz, maldarlıq məhsullarının istehsalı ilbəil artır, yeni müəssisələr yaradılır, quşçuluq, maldarlıq sahələri inkişaf etdirilir.

Dünya miqyaslı liderDünya miqyaslı lider

Təhsil işçisiyəm. Qırx iki ildir ki, bu sahədə çalışıram. Yerlərdə görülən işlərə, adamların əhval-ruhiyyəsinə yaxından bələdəm. İsmayıllının insanları kimi, təbiəti də gözəldir. Haqlı olaraq onu Azərbaycanımızın mirvarisi adlandırırlar. Son illərdə sistemli surətdə görülən abadlıq və quruculuq işləri İsmayıllını daha da gözəlləşdirmiş, tanınmaz etmişdir.
Dövlət başçısı İlham Əliyevin müəllifi olduğu “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar rayonda böyük işlər görülür, sahibkarlığa geniş meydan açılıb, taxıl, üzüm, tərəvəz, maldarlıq məhsullarının istehsalı ilbəil artır, yeni müəssisələr yaradılır, quşçuluq, maldarlıq sahələri inkişaf etdirilir.
Bir müəllim kimi, fərəhlə etiraf edim ki, rayonun təhsil uğurları daha çoxdur. Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə 2014-cü il təhsildə innovasiyalar ili elan edilmişdir. Rayonumuzun iki şagirdi fənn olimpiadalarının respublika mərhələsində qalib olmuşdur. Dörd şagirdimiz təhsildə qazandığı uğurlara görə 2013-2014-cü dərs ilində qızıl medala layiq görülmüşdür. Ali məktəblərə qəbul imtahanlarında məzunlarımız uğurlu nəticələr qazanmışlar.
2013-cü ildə ali məktəblərə tələbə qəbulu imtahanlarında qazandıqları yüksək nəticələrə görə şəhər 1 nömrəli tam orta məktəbinin məzunu Cəbiyeva Aygün Ələkbər qızı, Təzəkənd kənd tam orta məktəbinin məzunları Ağazadə Aydan Mütarif qızı, Ələkbərov Aqil Ramazan oğlu və Cülyan kənd tam orta məktəbinin məzunu Əmirxanlı Ceyhun Əmrah oğlu Prezident təqaüdünə layiq bilinmişlər. Ənənə olaraq qəbul imtahanlarında yüksək bal toplamış məzunların şərəfinə rayonda “Təhsil bayramı” tədbiri keçirilmiş, respublikanın tanınmış elm xadimləri, Milli Məclisin deputatları, adlı-sanlı xalq artistləri tədbirlərdə iştirak etmişlər. 600-dən yuxarı bal toplayan məzunlara rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov qiymətli hədiyyələr vermişdir.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində rayonda hər il yeni məktəb binaları tikilib istifadəyə verilmiş, köhnə məktəb binaları əsaslı təmir olunmuşdur. Tikilən məktəblərdə istilik sistemləri qurulmuş, təhsil müəssisələri müasir avadanlıqlarla təchiz edilmişdir.
Dünya miqyaslı lider

2013-cü ildə İsmayıllının mərkəzində 140 yerlik yeni uşaq bağçası-körpələr evi tikilmişdir. Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə şəhər 2 nömrəli uşaq bağçası üçün yeni bina tikilib istifadəyə verilmişdir.
Müəllim və şagirdlərimiz respublika və beynəlxalq miqyaslı müsabiqələrdə iştirak edərək, uğurlu nəticələr qazanmışlar. Rayonun 6 şagirdi Yaponiyanın İto şəhərində dostluq səfərində olmuş, orada keçirilən “Yay festivalında” iştirak etmişdir.
İsmayıllı gənclərinin sosial şəbəkələrdən, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməsi də qənaətbəxş olmuşdur. Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin şagirdi Mariya Minnikova MDB ölkələri üzrə keçirilən onuncu beynəlxalq rus dili müsabiqəsində III yeri tutmuşdur. Uğurlarımızı sadalamaqla qurtaran deyil…
Dövlətin davamlı qayğısı və köməyi sayəsində əhalinin güzəranı ilə bağlı çox problemlər həll olunmuşdur. Rayon İcra Hakimiyyətinin mütəmadi olaraq ayrı-ayrı yaşayış məntəqələrində əhali ilə görüşləri keçirilmiş, qaldırılan problemlər yerindəcə həllini tapmışdır. İsmayıllı şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi üzrə əməli işlər aparılmışdır. Su anbarları, suqəbuledici qurğular, laboratoriya binası, nasos stansiyası və sair tikilmişdir, şəhərdaxili şəbəkələrə sağ və sol istiqamətlərdə su xətlərinin çəkilməsi başa çatdırılmışdır.
Şəhər daxilində küçələr boyu divarlar göz oxşayan üzlük materialları ilə bəzədilmiş, onlarca binanın fasadlarına milli-memarlıq üslubunda naxışlar çəkilmişdir. Küçələrə, yollara asfalt döşənmiş, işıq sistemi təzələnmişdir. Şəhərdə Uşaq əyləncə və istirahət parkı yaradılmışdır. Xeyir-şər məclislərinin keçirilməsi üçün məhəllələrdə bir necə bina tikilərək istifadəyə verilmişdir.
Sevincimizə səbəb olan bu işlər son bir ilin yenilikləridir. Əslində, 2013-2014-cü illərdə İsmayıllıda cənab Mirdaməd Sadıqovun başçılığı ilə görülən işlər daha çoxdur. Sadaladıqlarım gördüyüm və seyr etdiyim işlərin bir hissəsini təşkil edir. Çox hörmətli prezidentimiz İlham Əliyev cənablarının rayona son iki səfəri, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü, yeni-yeni obyektlərin və iş yerlərinin açılışı bu dediklərimizin bariz nümunəsidir.
Bir sözlə, İsmayıllı yeniləşir, onun müasir görkəm alması üçün hər yanda qızğın iş gedir. Dağlar diyarında bir-birindən gərəkli, bir-birindən yaraşıqlı binalar tikilir. Bu, hələ böyük işlərin başlanğıcıdır. İsmayıllıda hamı yaxşı bilir ki, bütün bunlar hər bir regionun inkişafına xüsusi önəm verən cənab İlham Əliyevin qayğısı və diqqətinin bəhrəsidir. Elə buna görə də ismayıllılar ulu öndər Heydər Əliyevin layiqli davamçısı, prezident İlham Əliyevin daxili və xarici siyasətini ürəkdən bəyənir və onu yekdilliklə dəstəkləyirlər.
2013-cü il avqustun 14-də və 2014-cü il sentyabrın 22-də prezident İlham Əliyevin rayona səfərləri təsdiq etdi ki, rayon dövlət başçısının xüsusi qayğısı əhatəsində və nəzarətindədir. Bu qayğının nəticəsi olaraq, İsmayıllı sürətli inkişafda, sosial-iqtisadi yüksəlişdədir.
Birinci səfəri zamanı prezident İlham Əliyev avtovağzalın açılışında, İsmayıllı şəhərində içməli suyun verilməsi mərasimində, tikiş fabrikinin, İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etdi.
2014-cü ilin 22 sentyabrında hörmətli prezidentimiz İlham Əliyev İsmayıllıya səfər etdi. Bir neçə obyektin açılışını etdi, ümumilikdə rayonu gəzdi, görülmüş işlərin şahidi oldu. Onu qarşılayan rayon ictimaiyyəti nümayəndələrinin tərkibində mən də var idim. Dünya miqyaslı liderlə, amalı xalq, Vətən olan güclü siyasətçi və səmimi bir İNSANLA görüşdüyümdən daxilən rahatlıq tapdım.
O gün dünyanın ən bəxtəvər insanlarından biri kimi çox qürurlu idim. Əminəm ki, bu qürur ömrümün sonunadək məni tərk etməyəcək. Görüş zamanı ömrümün unudulmaz anlarını yaşadım. Çünki 50 milyondan artıq azərbaycanlının Prezidenti olan sevimli, istəkli şəxsiyyətlə bir yerdə idim. Onun gülər üzünü, sadəliyini, səmimiyyətini yaxından gördüm, şəxsiyyətə hörmətlə yanaşmasının, qarşısındakıları dinləmək məharətinin şahidi oldum.
Cənab İlham Əliyevin rayonumuz haqqında söylədiyi xoş ifadələri, səmimi nitqini dinlədim. Bir daha əmin oldum ki, böyük şəxsiyyətin – ümummilli lider Heydər Əliyevin yolunu, ideyalarını yalnız onlara bu səviyyədə yaxından bələd olan güclü siyasi iradəyə malik bir İNSAN davam etdirə bilər.
Sevindim ki, qüdrətli bir dövlətin vətəndaşıyam. Sevindim ki, dövlətimizin İlham Əliyev kimi insanpərvər, xalqının qeydinə qalan, qüdrətli, səxavətli, dünya miqyasında tanınan, hörmət edilən siyasi lideri, prezidenti var.
Bəli, İsmayıllı inkişafa gedən düzgün, işiqli yoldadır. Bu yol – quruculuq yolu, yüksəliş yolu, vətənə, torpağa məhəbbət yolu, dövlətə, dövlətçiliyə sədaqət yoludur.
Hacıməmməd Məmmədov,
İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz