Zəngilansız 21 il

30 oktyabr 2014-cü il tarixdə Heydər Əliyev adına İsmayıllı Mədəniyyət Sarayında Zəngilanın işğal günüylə əlaqədar “Zəngilansız 21 il” adlı tədbir keçirilib.
Heydər Əliyev adına İsmayıllı Mədəniyyət Mərkəzinin təşkil etdiyi tədbirdə mərkəzin kollektivi ilə bərabər məktəblilər də iştirak edib.

Zəngilansız 21 ilZəngilansız 21 il

30 oktyabr 2014-cü il tarixdə Heydər Əliyev adına İsmayıllı Mədəniyyət Sarayında Zəngilanın işğal günüylə əlaqədar “Zəngilansız 21 il” adlı tədbir keçirilib.
Heydər Əliyev adına İsmayıllı Mədəniyyət Mərkəzinin təşkil etdiyi tədbirdə mərkəzin kollektivi ilə bərabər məktəblilər də iştirak edib.
Zəngilansız 21 il

Tədbirin aparıcısı Səadət Rəhimova Zəngilanın işğalı haqqında ətraflı məlumat verib. Oktyabrın 29-da Azərbaycanın Zəngilan rayonunun işğalının 21 ili tamam olur. Zəngilan ermənilərin Dağlıq Qarabağ ətrafında işğal etdiyi sonuncu məkan olub. Zəngilan rayonunun 707 kv km-lik ərazisi (rayon mərkəzi və 93 yaşayış məntəqəsi) erməni qüvvələrinin əlinə keçib. Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, 1 texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub və 22 kinoqurğu, habelə dəmiryolu deposu işğal zamanı məhv edilib. Hazırda Zəngilanda ermənilər tərəfindən ekoloji terror siyasəti yürüdülür, bölgənin zəngin çinar meşələri məhv edilir, təbii ehtiyatları mənimsənilir.
Sonra Zəngilanın işğalı faktlarına həsr edilən videoçarxa tamaşa edilib. Videoçarxda şahidlərin dediklərindən də anlaşılır ki, burada təsvir edilməsi mümkün olmayan faciəvi bir vəziyyət yaranmışdı: Üç tərəfdə qana susayan yağı düşmən, qarşıda isə qan-qan deyən Araz çayı. Əhalinin düşmənin qanlı caynağından xilas olmağa ümidinin tükəndiyi bir vaxtda yenə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev fəryad edən insanların köməyinə çatdı. Ulu öndərin tapşırığına əsasən Araz üzərində qurulmuş su bəndi bağlandı və beləliklə, çayın suyu azaldığına görə əhali maneəsiz olaraq İran İslam Respublikasının ərazisinə keçə bildi. Həmin vaxt qız-gəlinə, uşaqlara ümid verən yaşlıların sözləri də öz təsdiqini tapmış oldu. Onlar deyirmişlər: “Qorxmayın, Allah kərimdir, Heydər Əliyev heç vaxt öz xalqını darda qoymaz. Nəsə bir çıxış yolu tapacaq”. Həqiqətən də belə oldu. Böyük xilaskar bu dəfə də xalqının köməyinə çatdı və 35 minə yaxın adamı xilas etdi, Xocalı faciəsindən də dəhşətli bir soyqırımının qarşısını aldı.
Çinarə Bəhərçinli

Şərh Yaz