İstehsalı artırmaq prioritet vəzifəmizdir

İsmayıllı rayonu respublikamızda ən iri kənd təsərrüfatı rayonlarından biridir. İstər iri və xırda buynuzlu heyvanların baş saylarına görə, istərsə də məhsul istehsalına görə rayonumuz ən yüksək göstəricilərə nail olmuş rayonlardan biridir.
Rayonumuzda istehsal olunan kənd təsərrüfatı məhsullarına tələbat çoxdur. Ona görə ki, həmin məhsullar keyfiyyətli olmaqla yanaşı, həm də ekoloji baxımdan təmizdir.

İstehsalı artırmaq prioritet vəzifəmizdirİstehsalı artırmaq prioritet vəzifəmizdir

1 noyabr 2014-cü il tarixinə, kənd təsərrüfatı işçiləri günü münasibəti ilə hazırlanmış hesabatdan

İstehsalı artırmaq prioritet vəzifəmizdir

İsmayıllı rayonu respublikamızda ən iri kənd təsərrüfatı rayonlarından biridir. İstər iri və xırda buynuzlu heyvanların baş saylarına görə, istərsə də məhsul istehsalına görə rayonumuz ən yüksək göstəricilərə nail olmuş rayonlardan biridir.
Rayonumuzda istehsal olunan kənd təsərrüfatı məhsullarına tələbat çoxdur. Ona görə ki, həmin məhsullar keyfiyyətli olmaqla yanaşı, həm də ekoloji baxımdan təmizdir.
Hal-hazırda rayon üzrə 51 min 348 baş iri buynuzlu, 178 min 431 baş xırda buynuzlu, 575 baş donuz, 261 min baş quş, 5900 arı ailəsi mövcuddur. 9 ay ərzində rayon üzrə 3899 ton diri çəkidə ət, 25 min 613 ton süd, 7 milyon 318 min ədəd yumurta, 390 ton yun, 6 min 576 ton kartof, 7 min 97 ton tərəvəz, 5 min 14 ton meyvə, 1474 ton üzüm istehsal olunmuşdur. İstər baş sayları, istərsə də istehsal göstəriciləri ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur.
2014-cü il rayonumuzun kənd təsərrüfatı işçiləri üçün çox uğurlu olmuşdur. Belə ki, bu il rayonumuzun tarixində rekord səviyyədə taxıl məhsulları istehsal olunmuş, eyni zamanda iri istehsal müəssisələrinin tikintisinin əsası qoyulmuşdur.
Cari ilin məhsulu üçün ötən ilin payızında rayon üzrə 22953 hektar buğda, 5896 hektar arpa – cəmi 28849 hektar sahədə taxıl məhsulları əkilmişdir. Bundan başqa, rayon üzrə 3257 hektar sahədə yazlıq bitkilər əkilmişdir. İstər payızlıq, istərsə də yazlıq bitkilərin əkini üçün şum vaxtında çıxarılmış, səpin optimal müddətdə aparılmış, sahələrə kifayət qədər mineral gübrələr verilmişdir. Bütün görülən işlərin, aparılan aqrotexniki tədbirlərin nəticəsidir ki, 2014-cü ildə rayon tarixində rekord səviyyədə taxıl istehsal olunmuşdur. Belə ki, rayon üzrə 83620 ton taxıl istehsal olunmuş, hər hektarın məhsuldarlığı isə 28,1 sentner təşkil etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 1907 nömrəli sərəncamının icrası ilə əlaqədar iyun ayında 6640 nəfər istehsalçıya becərdikləri 28926 hektar əkin sahəsinə görə 1 milyon 157 min 44 manat yardım edilmiş, bundan başqa, 1000 tondan artıq güzəştli qiymətlərlə mineral gübrələr verilmişdir.
Cari ildə rayonumuza 12 yeni taxılbiçən kombayn gətirilmişdir. Bunun nəticəsidir ki, bu il taxıl biçini 15-20 gün ərzində başa çatmış, biçin kompaniyası zamanı yanğın halları baş verməmişdir.
Fevral ayının 13-də rayonun Təzəkənd kəndində Sahibkarlığa kömək Milli Fondunun xətti ilə kredit yarmarkası keçirilmiş, sahibkarlara kredit verilmişdir.
Ümumiyyətlə, cari ildə rayonumuzdan olan 70 sahibkara 1 milyon 215 min manat kredit verilmişdir ki, bu da 282 yeni iş yerinin yaranması deməkdir.
Aqrar sahədə yeni iş yerlərinin yaradılması məqsədilə rayonumuzda bir sıra layihələr həyata keçirilir. Hal-hazırda rayonumuzda BMT-nin İnkişaf Proqramı əsasında Azərbaycan Böyük Qafqaz regionunda torpaq və meşələrin davamlı idarə olunması, eləcə də Avropa Birliyinin dəstəyi ilə “Fermerlərin imkanlarının Yerli İnnovasiyalar vasitəsilə zənginləşdirilməsi” layihələri həyata keçirilir. Bu layihələrin həyata keçirilməsi nəticəsində rayonun Topçu, Qurbanəfəndi, Sumağallı kəndlərində istixanalar, Brovdal kəndində isə tinglik təsərrüfatı yaradılmışdır. Yaradılmış istixanaların hər birindən 3 tondan artıq tərəvəz məhsulları götürülmüşdür. İstixanaların hər birində isə 10 nəfər işlə təmin olunmuşdur. Hal-hazırda həmin istixanalarda təkrar tərəvəz məhsulları əkilmişdir.
Rayonumuzda fermer mağazalarının, yaşıl marketlərin təşkili istiqamətində də iş aparılır. Bu məqsədlə Topçu kəndində sahibkarlar tərəfindən “Fermer mağazası” tikilmişdir. Hal-hazırda mağazada son tamamlama işləri aparılır. Bu tipli mağazaların digər kəndlərdə də tikilməsi istiqamətində bundan sonra da işlər davam etdiriləcəkdir.
Qalınçaq kəndində çox böyük istehsal gücünə malik olan “Şən fermer” MMC tərəfindən quşçuluq fermasının tikintisinə başlanmışdır. Fabrikin illik istehsal gücü 1000 tondur. Burada hind toyuqlarının yetişdirilməsi planlaşdırılmış, təsdiq olunmuş layihə əsasında 10 tövlə tikilməsi nəzərdə tutulmuşdur. Bu tövlələrin hər birində 20 min başdan artıq quş saxlamaq mümkündür. Ərazidə eyni zamanda saatda qranula şəklində 10 ton yem istehsal edən dəyirman və inqubator tikilməsi də nəzərdə tutulmuşdur. Tikinti başa çatdıqdan sonra tək fabrikdə 220 nəfər digər yardımçı sahələrlə birlikdə isə 500 nəfər işlə təmin olunacaqdır. İşçilərin orta aylıq əmək haqqı 450 manat təşkil edəcək və onlara sutka ərzində pulsuz yemək veriləcəkdir.
İstehsalı artırmaq prioritet vəzifəmizdir

Rayonumuzda heyvandarlıq sahəsinin intensiv inkişaf etdirilməsi istiqamətində çox böyük iş aparılır. Bu məqsədlə müasir komplekslər tikilir. Tikinti işləri başa çatdıqdan sonra həmin komplekslərə inkişaf etmiş Avropa dövlətlərindən yüksək məhsuldar cins mal-qaranın gətirilməsi planlaşdırılır. Belə komplekslərdən biri rayonun Keyvəndi kəndində “Azza-Aqro” MMC tərəfindən tikilir. Kompleksin tikintisinə əvvəlki illərdə başlanmış, bu il də tikinti işləri davam etdirilmişdir. Hal-hazırda kompleksin ərazisində 400 başlıq tövlələrdən birinin tikintisi başa çatdırılmaq üzrədir. Tövlədə quraşdırılmaq üçün avadanlıqlar İsveç dövlətindən gətirilmişdir. Bundan başqa, inzibati binanın, eləcə də işçilər üçün xidməti binanın tikintisi başa çatdırılmışdır. Kompleksin tikintisi başa çatdıqda burada 1500 baş qaramalın nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanının 1-ci bəndində rayonlar üzrə aqrar siyasətin həyata keçirilməsinin təmin edilməsi, kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin təşkili, aqrar sahə ilə bağlı problemlərin həllində müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının yeni struktur bölmələri ilə səmərəli əməkdaşlığın qurulması məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri yaradılması nəzərdə tutulmuşdur.
Hal-hazırda idarənin inzibati binasının tikintisi aparılır. Müasir arxitektura üslubunda tikilməsi nəzərdə tutulmuş bu binanın 2-ci mərtəbəsinin inşası başa çatmaq üzrədir. Qısa müddət ərzində binanın tikintisi başa çatdırılacaqdır.
Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə hər ay rayonumuzda kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi ənənəvi hal almışdır. Novruz bayramı münasibətilə 08-20 mart tarixlərində şəhərin 4 yerində, eləcə də rayonun 30 iri kəndində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçirilmişdir. Yarmarkalarda əhaliyə bazar qiymətlərindən 25-30 faiz aşağı qiymətlərlə tonlarla taxıl və taxıl məhsulları, ət və süd məhsulları, meyvə, tərəvəz, bal, quşçuluq məhsulları və s. satılmışdır. İlin sonrakı aylarında da müvafiq olaraq yarmarkaların təşkili davam etdirilmişdir.
İstehsalı artırmaq prioritet vəzifəmizdir

Üzümçülük sahəsi rayonumuzun iqtisadiyyatının ən gəlirli sahələrindən biridir. Vaxtilə rayonumuzda 12 min hektar üzüm bağı olmuşdur. Bu sahəyə son illərdə maraq artmışdır. Hal-hazırda rayon üzrə 859 hektar üzüm bağı vardır. 2012-2020-ci illərdə Azərbaycan Respublikasında Üzümçülüyün İnkişafı Dövlət Proqramının icrası ilə əlaqədar hər il rayonumuzda yeni üzüm bağları salınır, cari ildə 20 ha sahədə yeni üzüm bağı salınmışdır. Üzümçülərimiz bağlardan1474 ton məhsul yığmışlar.
Meyvə bağlarının salınmasına da maraq böyükdür. Cari ilin ötən dövrü ərzində Qubaxəlilli kəndində 170 hektar sahədə yeni nar bağı salınmışdır. Hal-hazırda rayon üzrə 1000 hektardan artıq meyvə bağı mövcuddur. Cari ilin ötən dövrü ərzində meyvə bağlarından 5014 ton məhsul toplanmışdır.
Rayonumuzda istər şəhər ərazisində, istərsə də magistral yolların kənarlarında yeni yaşıllıq zolaqlarının salınmasına xüsusi diqqət olunur. Hər il minlərlə ağac və bəzək bitkiləri əkilir. Bu il də bu istiqamətdə xeyli iş görülüb.
Belə ki, ümummilli lider H.Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə İsmayıllı-Muğanlı və İsmayıllı-Qaraməryəm magistral yolunun kənarında, eləcə də bələdiyyələrin ərazilərində 9 min 100 ədəd cökə, akasiya, xan çinarı, ağcaqayın cinsindən olan ağaclar əkilmişdir. Əkilmiş ağacların mühafizə olunması, qorunub saxlanması məqsədilə idarə və təşkilatlara təhkim olunmuş, ağaclar əkilən sahələrin ətrafı tikanlı məftillərlə hasara alınmışdır.
İsmayıllı-Muğanlı avtomobil yolunun kənarında yerləşən yaşıllıq zolaqlarında quruyan ağacların bərpası istiqamətində iş aparılmış, sentyabr-oktyabr ayları ərzində 3500-ə yaxın yeni ağac əkilmişdir.
Bundan başqa, Heydər Əliyev fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonuna qoşulan rayonumuzda fəaliyyət göstərən idarə və təşkilatlar tərəfindən noyabr ayında 9200 ədəd ağacın əkilməsi nəzərdə tutulmuşdur.
Noyabr ayının 5-dən bu günə qədər İsmayıllı-Muğanlı magistral yolunun 2-15-ci kilometrində 5 mindən artıq akasiya, çinar, lapan, ağcaqayın, qovaq və s. ağaclar əkilmişdir.
Rayonumuzda aparılan abadlıq-quruculuq işlərinin həyata keçirilməsi ilə əlaqədar yeni yaşıllıq zonaları yaradılır. İstər şəhər ərazisində, istərsə də magistral yolların kənarlarında və kəndlərdə minlərlə bəzək ağacları və güllər əkilir. Bəzək ağaclarına və tinglərə olan tələbatı təmin etmək məqsədi ilə tinglik təsərrüfatlarının yaradılmasına ehtiyac vardır. Odur ki, belə bir tinglik təsərrüfatı Diyallı kəndində yaranmışdır. Təsərrüfat 5 ha ərazini əhatə edir. Bu ərazinin 2,20 hektarında qazon, 2,80 hektarında isə müxtəlif ağac cinslərinə məxsus tinglər yetişdirilir. Ərazi müasir suvarma sistemi ilə təhciz olunmuşdur. Yaxın günlərdə dekorativ ağacların, gülçülüyün inkişaf etdirilməsi ilə əlaqədar istixanaların quraşdırılması planlaşdırılır.
Hal-hazırda sahələrdə qızğın payızlıq əkin-səpin işləri aparılır. Növbəti ilin məhsulu üçün 29 min hektardan artıq sahədə payızlıq səpin aparılması nəzərdə tutulmuşdur. Bu günə qədər 25 min hektar sahədə şum çıxarılmış, 16 min hektar sahədə isə səpin aparılmışdır. Cari ildə havaların quraq keçməsi bir qədər əkin-səpin işlərində çətinlik yaratsa da, əkinçilərimiz yol verilmiş geriliyi aradan qaldırmaq əzmindədirlər. Hal-hazıda sahələrdə 200-dən artıq şum çıxaran və səpin aparan texnika işləyir. Əkin zamanı sahələrə mineral gübrələrin verilməsi təmin olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: “Demək olar ki, biz özümüzü taxıldan başqa artıq əsas ərzaq məhsulları ilə maksimum dərəcədə təmin edirik. Əlbəttə, ərzaq təhlükəsizliyimizin təmin edilməsi üçün bu, çox önəmli amildir”. Möhtərəm Prezidentimizin bu sözlərindən də aydın olur ki, ölkəmizdə taxıl istehsalını artırmaq prioritet vəzifə olaraq qalır.
Respublikamızda ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə möhtərəm Prezidentimizin dediyi sözləri rəhbər tutan kənd təsərrüfatı işçilərimiz 2015-ci ildə rayon üzrə 100 min ton taxıl istehsal etmək əzmindədirlər. Bunun üçün real imkanlar var.
Həsən Həsənov,
RİH başçısının müavini, aqrar məsələlər şöbəsinin müdiri

Şərh Yaz