Ağsaqqallarla gənclər bir yerdədirlər


İsmayıllı Rayon İcra Hakimiyyəti, YAP İsmayıllı rayon təşkilatı, İsmayıllı Rayon Gənclər və İdman İdarəsi, İsmayıllı Rayon Təhsil Şöbəsi, İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə birgə 9 noyabr – Dövlət Bayrağı Günü və Azərbaycan Respublikasının Konstitusiyası Günü münasibəti ilə silsilə tədbirlər həyata keçirir.

Ağsaqqallarla gənclər bir yerdədirlərAğsaqqallarla gənclər bir yerdədirlər

İsmayıllı Rayon İcra Hakimiyyəti, YAP İsmayıllı rayon təşkilatı, İsmayıllı Rayon Gənclər və İdman İdarəsi, İsmayıllı Rayon Təhsil Şöbəsi, İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə birgə 9 noyabr – Dövlət Bayrağı Günü və Azərbaycan Respublikasının Konstitusiyası Günü münasibəti ilə silsilə tədbirlər həyata keçirir.
Ağsaqqallarla gənclər bir yerdədirlər

Noyabrın 7-də “Qala” şadlıq sarayında yaşlıların gənclərlə görüşü – nərd yarışı keçirilmişdir. Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının İsmayıllı Rayon Komitəsi və Stolüstü Oyunlar Federasiyasının rayon bölməsinin təşkilatçılığı ilə keçirilən tədbir mütəşəkkiliyi, iştirakçılarının sayı və yaş müxtəlifliyi ilə seçilirdi. Dövlət Bayrağı önündə təşkilatçıların nümayəndələri hər iki tarixi gün münasibətilə çıxış etdilər, ölkəmizin və İsmayıllının sürətli inkişafından, Azərbaycanın müstəqilliyinə əbədilik xarakteri verən ulu öndər Heydər Əliyevin üçrəngli bayrağımızı Dövlət bayrağı kimi, ilkin olaraq qəbul etməsindən, Prezident İlham Əliyevin Dövlət bayrağını daha ucalara qaldırmasından, dövlətçiliyimizin ziyarət yeri olan Bayraq Meydanı yaratmasından, ölkə rəhbərinin xalqımızı zəngin həyata qovuşdurmasından danışdılar.
İkinci Dünya Müharibəsi veteranı Həsənalı Aslanov, Müharibə, Əmək və Hərbi Qolluqçular Veteranları Şurasının sədri Abduləli Əliyev, əmək veteranı Həsən Hüseynov, RİH başçısının İsmayıllı şəhər İƏD-i üzrə nümayəndəsi Məhərrəm Əhmədov, ATİAHİ rayon komitəsinin sədri Hafiz Kərimov, Stolüstü Oyunlar Federasiyasının rayon bölməsinin sədri Kamran Muradov çıxışlarında gənclərə, ağsaqqallara, bütün əhaliyə göstərdiyi qayğıya, İsmayıllının sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirdiyinə görə prezident İlham Əliyevə minnətdarlıq etdilər.
Şıxışlarda qeyd olundu ki, rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov müəyyən olunmuş irili-xırdalı bütün layihələrin icrasında ağsaqqallarla gənclərin birgə rəyini öyrənir, onların məsləhətlərini, təkliflərini əsas götürür. Əksər tədbirlərdə gənclərlə ağsaqqallar bir yerdə olurlar. Bu da uğurlu fəaliyyətin əsasını təşkil edir.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov ağsaqqallara, əmək veteranlarına, görüş -yarışa gəlmiş rayonun veteran futbolçularına gənclərlə bir araya gəldiklərinə, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasına qayğı ilə yanaşdıqlarına görə təşəkkür etdi.
Sonra nərd yarışı üçün püşkatma keçirildi. Cütlüklər müəyyənləşdirildi və yarış başlandı. 3 saata qədər davam edən yarışın nəticəsi olaraq birinci yeri iş adamı Şakir Qasımov, ikinci yeri rayon Məşğulluq Mərkəzinin əməkdaşı Namiq Ağayev, üçüncü yeri Rayon Gənclər və İdman İdarəsi rəisinin müavini Bəhruz Səfərəliyev qazandı.
Qaliblərə diplomlar və hədiyyələr təqdim olundu. Çay süfrəsi arxasında səmimi söhbət, qarşılıqlı informasiya paylaşması yarışın yekunundan sonra da davam etdi.
Rəvan İsgəndərli

Şərh Yaz