“İslamda uşaq hüquqları” mövzusunda seminar

7 noyabr 2014-cü il tarixdə İsmayıllı Rayon Təhsil Şöbəsinin konfrans zalında İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birgə “Uşaq hüquqları aylığı” çərçivəsində “İslamda uşaq hüquqları” mövzusunda seminar keçirilmişdir. 120 nəfərin iştirakı ilə keçirilən tədbirdə RİH-nin hüquq şöbəsinin müdiri Xətai Abbasov, RPŞ-nin əməkdaşı polis mayoru Əbülfət Yarıyev, RTŞ-nin aparəcə mütəxəssisi Ramiz Baloğlanov, metodist Rəşid Məmmədov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Göyçək Rəhimova, dini icma sədrləri, axund və imamlar, şəhər tam orta məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, “Həyat bilgisi ” fənnini tədris edən müəllimlər, eləcə də, şəhər məktəblərinin IX-XI sinif şagirdləri iştirak etmişlər.

RİH-in hüquq şöbəsinin müdiri Xətai Abbasov tədbirin əhəmiyyətindən, son vaxtlar bu sahədə keçirilən digər tədbirlərdən və görülmüş işlərdən danışdı. Daha sonra DQİDK-nin Şimal-Qərb bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Rəhim Rəhimli, UADM-ın direktoru Lətifə Əliyeva , RPŞ-nın əməkdaşı Ə.Yarıyev, RTŞ-nin aparıcı məsləhətçisi R.Baloğlanov çıxış etdilər.
Tədbir şagirdlərlə qarşılıqlı diskussiya formatında davam etdirildi. Verilən sualları cavablandırmaqda fərqlənən 4 şagirdə hədiyyələr təqdim olundu.
“İsmayıllı xəbərləri”

Şərh Yaz