İlk milli Konstitusiyamız


“Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın Əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi ilə bağlı proseslərin müvəffəqiyyətli həlli şəxsən Heydər Əliyevin xidmətidir”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

XX əsrin sonlarında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsə də, ictimai-siyasi həyatda hökm sürən qeyri-sabitlik və ölkə rəhbərliyində xalqın mənafeyini əks etdirən siyasi iradənin olmaması dövlətçiliyimizə ağır zərbələr vururdu. Bu vəziyyət 1993-cü il iyunun 15-dək davam etdi. Yalnız ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra cəmiyyətdə köklü dəyişikliklər baş verdi.
İlk milli Konstitusiyamızİlk milli Konstitusiyamız

“Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın Əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi ilə bağlı proseslərin müvəffəqiyyətli həlli şəxsən Heydər Əliyevin xidmətidir”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

XX əsrin sonlarında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsə də, ictimai-siyasi həyatda hökm sürən qeyri-sabitlik və ölkə rəhbərliyində xalqın mənafeyini əks etdirən siyasi iradənin olmaması dövlətçiliyimizə ağır zərbələr vururdu. Bu vəziyyət 1993-cü il iyunun 15-dək davam etdi. Yalnız ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra cəmiyyətdə köklü dəyişikliklər baş verdi.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyamız ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına təkan verdi. Azərbaycan Prezidenti yeni Konstitusiyanın qəbul edilməsinin milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alaraq, 1996-cı il 1 noyabr tarixli Fərmanı ilə hər il noyabrın 12-nin ölkəmizdə Konstitusiya günü kimi qeyd edilməsini qərara aldı. Sonralar ulu öndər deyirdi:
“Azərbaycanda müstəqil dövlətin təsisatlarının yaranması və dövlət quruculuğu prosesi 1995-ci ildə böyük vüsət aldı. Bunun əsasını da Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçilik möhkəmlənib, demokratik prinsiplər bərqərar olubdur. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi uğurla, sürətlə həyata keçirilir. Azərbaycanın öz iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirməsi üçün imkanlar yaradılıb və bir çox nailiyyətlər əldə olunubdur. Azərbaycan bir dövlət kimi möhkəmlənib”.
Yeni qəbul olunmuş Konstitusiya ilk dəfə olaraq siyasi plüralizm, təqsirsizlik prezumpsiyası, xüsusi mülkiyyət və azad sahibkarlıq, mülkiyyətin toxunulmazlığı kimi prinsipləri özündə ehtiva edirdi. Əvvəlki konstitusiyalardan fərqli olaraq ölkənin yeni əsas sənədində insan hüquq və azadlıqlarına geniş yer verilmiş, Konstitusiyanın müddəalarının üçdə biri məhz bu məsələyə həsr olunmuşdur. İnsan hüquqlarının təmin edilməsi dövlətin ali məqsədi elan olunmuşdur. İlk milli Konstitusiyada öz əksini tapmış bu müddəalar BMT və ATƏT kimi mötəbər beynəlxalq təşkilatların prinsip və normaları ilə səsləşir.
Konstitusiyanın qəbulu, sadəcə, yeni ictimai-siyasi sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyildi, həmçinin ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələ isə, ilk növbədə, siyasi sistemin mərkəzində insanın və vətəndaşın hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideyalarının durması ilə səciyyələnirdi. Ölkənin əsas sənədində məsələnin bu cür qoyuluşu məhz Heydər Əliyevin təşəbbüsü ilə gerçəkləşmişdir. Konstitusiyanın qəbulundan bir il sonra – Konstitusiya günü münasibətilə Azərbaycan xalqına təbrikində ulu öndər deyirdi:
“Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir”.
İlk milli Konstitusiyamız cəmiyyətin inkişafının gələcək modeli üçün hüquqi əsas yaratmaqla, müstəqilliyimizin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması baxımından mühüm rol oynadı. Məhz Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olan bu böyük tarixi və hüquqi sənəd Azərbaycanın müstəqillik yolunda daha da inamla addımlamasına, milli, mənəvi dəyərlərimizin qorunmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açdı. Bu haqda Prezident İlham Əliyevin ulu öndərin 90 illik yubileyi haqqında 2013-cü il 21 yanvar tarixli Sərəncamında belə deyilir:
“Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu – Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir”.
İlk milli Konstitusiyamız

Yeni Konstitusiyanın verdiyi imkanlar sayəsində Azərbaycanda çox qısa bir vaxtda hüquqi, iqtisadi, sosial islahatları həyata keçirmək, demokratik dəyərlərin cəmiyyətdə bərqərar olması yolunda hüquqi addımlar atmaq mümkün oldu.
Sonrakı dövrlərdə ölkənin ictimai-siyasi həyatında, iqtisadi inkişafında baş verən keyfiyyət dəyişiklikləri, ölkəmizin Avropa hüquq məkanına daxil olması ilə əlaqədar Konstitusiyaya bir sıra əlavə və dəyişikliklərə ehtiyac yarandı. Bu tarixi və təbii proseslərin nəticəsi kimi ölkədə iki dəfə konstitusiya islahatı həyata keçirildi.
İlk dəfə – 2002-ci ildə Azərbaycanda konstitusion dəyişikliklərə yaranan ehtiyac məhz həyatın bütün sahələrində qabarıq nəzərə çarpan sürətli inkişafdan irəli gəlirdi. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” 2002-ci il 22 iyun tarixli Fərmanına əsasən 2002-ci il avqustun 24-də keçirilmiş referendumun nəticəsi kimi ölkənin əsas sənədinə bir sıra mütərəqqi dəyişikliklər edildi. Dəyişikliklər məhkəmə islahatlarının həyata keçirilməsinə, Milli Məclisin fəaliyyətinin, seçki sisteminin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə xidmət etdi.
Referendumda edilmiş dəyişikliklərdə insan hüquq və azadlıqlarının qorunmasının daha da gücləndirilməsi, vətəndaşlara məhkəmələrə, ombudsmana, Konstitusiya Məhkəməsinə müraciət etmək hüququnun verilməsi nəzərdə tutulmuşdu. Referendumun nəticələrinə görə indi hər bir ölkə vətəndaşı Konstitusiya Məhkəməsinə müraciət edə bilər.
Hüquq və azadlıqların qorunması ilə bağlı məsələlərdən biri də qanunvericiliyin Avropa Şurası konvensiyalarına uyğunlaşdırılması idi. Konvensiyalarda əks olunan müddəalar Milli Məclisdə ratifikasiya edilsə də, 1995-ci il Konstitusiyasında öz əksini tapmamışdır. Referendumda ilk dəfə olaraq ölkədə Ombudsman institutunun yaradılması və bu müddəanın Konstitusiyada əks olunması təsdiqləndi. 2002-ci il 24 avqust referendumu Milli Məclisə seçkiləri daha da demokratikləşdirmək, xalqın iradəsini daha dolğun ifadə etmək üçün seçkilərin birmandatlı dairələr üzrə aparılması qaydasını müəyyən etdi.
Ölkənin əsas sənədinə edilmiş dəyişiklikliyə görə, Milli Məclisin səlahiyyətləri dəqiqləşdirilərək ona Ombudsmanın seçilməsi, Apellyasiya Məhkəməsinə hakimlərin təyin olunması hüququ verildi. Bu dəyişikliklərin bir qrupu məhkəmə hakimiyyətinin rolunun artırılması, Prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi ilə bağlı idi.
Sonrakı mərhələdə ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində əldə edilən uğurlar, sosial-iqtisadi islahatların dərinləşməsi, vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi ilə əhatə olunması, Avroatlantik məkana inteqrasiya, bütövlükdə respublikanın həyatında özünü qabarıq göstərən fundamental dəyişikliklər və pozitiv yeniliklər ölkə Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişikliklər edilməsini gündəmə gətirdi. Başqa sözlə, sürətlə bir-birini əvəzləyən uğurlar Konstitusiyaya nəzər salmağı və onu daha da təkmilləşdirməyi zəruri etdi.
Bu məqsədlə 2009-cu il martın 18-də keçirilən referendum Azərbaycan xalqının demokratikləşmə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar açan konstitusiya islahatlarını dəstəklədiyini təsdiq etdi. Azərbaycanda sosial-iqtisadi inkişafa paralel şəkildə hüquqi və siyasi islahatların da genişləndirilməsinə təminat yaradan konstitusiya islahatı həm də xalqın hakimiyyətə olan inamının bariz nümunəsi oldu. Bütövlükdə isə referenduma çıxarılan məsələlərin xalq tərəfindən dəstəklənməsi göstərdi ki, ölkəmizin nailiyyətlərini gündəlik həyatında hiss edən, respublikanın əldə etdiyi uğurlarla qürur duyan xalqımız daha təminatlı gələcəyə, yüksək maddi-sosial rifaha, davamlı demokratikləşməyə aparan mövcud siyasi kursu dəstəkləyir. Onun ən böyük arzusu isə ölkənin əsas sənədinin təməl müddəalarının müstəqil Azərbaycanın bütün ərazisində bərqərar olması, Konstitusiyamızda təsbit olunmuş “Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir” prinsipinin gerçəkdə öz əksini tapmasıdır. Bütün ölkə vətəndaşları qəlbən inanırlar ki, o gün uzaqda deyil. Buna Prezident İlham Əliyevin bu sahədə apardığı məqsədyönlü siyasət möhkəm əsaslar verir.
Turxan Seyid,
İsmayıllı rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor

Şərh Yaz