Azərbaycan dövlətinin suverenlik rəmzi

Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan Dövlət bayrağımız – milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.
Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

Azərbaycan dövlətinin suverenlik rəmziAzərbaycan dövlətinin suverenlik rəmzi

Azərbaycan dövlətinin suverenlik rəmzi

Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan Dövlət bayrağımız – milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.
Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
Azərbaycan Respublikasının Dövlət bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasnın Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilmişdir.
Azərbaycan dövlətinin suverenlik rəmzi

Azərbaycan dövlətinin suverenlik rəmzi

Əsasnaməyə görə Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır.
Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.
2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmiş, əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxildir.
2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının – Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olmuşdur.
162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. İnşa olunmuş dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2 metr, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
İndi bu meydan xalqımızın ziyarət yerinə çevrilmişdir.
***
Dövlət Bayrağı Günü münasibətilə ölkənin hər yerində müxtəlif tədbirlər həyata keçirildiyi kimi,İsmayıllıda da bu əlamətdar gün təntənə ilə qeyd edildi. Noyabrın 8-də şəhərin mərkəzində böyük canlanma vardı. Əllərində bayraqlar tutmuş məktəblilər, şəhər sakinləri, idarə və təşkilatların nümayəndələri Mərkəzi meydana toplaşmışdı. Hərbi forma geymiş məktəbli oğlan və qızlar sıraya düzülərək tədbirin başlanmasını səbirsizliklə gözləyirdilər. Meydan ulu öndər Heydər Əliyevin sözləri yazılmış lövhələrlə bəzədilmişdi. Marş sədaları ətrafa yayılırdı.
Bayram tədbiri başlayır. RİH başçısı Mirdaməd Sadıqov, onun müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilatların nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri qoyurlar. Sonra tədbirə start verilir. Meydanda rayon mərkəzi kitabxanası Ulu öndərə və prezident İlham Əliyevə həsr edilmiş əsərlərdən ibarət sərgi təşkil etmişdi. Buradaca şəhər və kənd məktəblilərinin əl işlərindən ibarət rəsm və digər əl işləri sərgilənmişdi. Meydanın digər tərəfində isə məktəbli rəssamlar bayraq mövzusunda rəsmlər çəkirdilər.
Meydandakılarda yüksək qürur doğuracaq an yetişdi. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi rayon şöbəsinin sədri Vidadi Zərbiyevin göstərişi ilə hərbi forma geyinmiş 18 nəfər məktəbli oğlan və qız gurultulu alqışlar altında üç rəngli böyük bayrağı meydana gətirirlər. Şəhər 1 nömrəli tam orta məktəbinin bir qrup şagirdinin ifasında Azərbaycanın Dövlət himni oxunur.
Aparıcılar İsmayıllı RİH başçısı Mirdaməd Sadıqovu mikrofona dəvət edirlər. Mirdaməd müəllim Bayraq Günü münasibətilə meydana toplaşanları, onların timsalında ismayıllıları təbrik etdi, bayrağın hər bir azərbaycanlı üçün kəsb etdiyi əhəmiyyətdən, onun tarixindən danışdı. Başçı bildirdi ki, öyüməkdə olan gənc nəsilə bayrağı, dövlət atributlarını sevdirilməli, onların təbliği üçün hər şey edilməlidir. Ümumiyyətlə, hər bir azərbaycanlı dövlət atributlarını sevməli, onu göz bəbəyi kimi qorumalıdır. M.Sadıqov prezident cənab İlham Əliyevin İsmayıllının inkişafına xüsusi qayğı göstərdiyini diqqətə çatdırdı. Sonra başçı qeyd etdi ki, bir qrup İsmayıllı gənci Bakıda Bayraq Meydanında keçiriləcək tədbirlərdə iştirak edəcəkdir.

Azərbaycan dövlətinin suverenlik rəmzi

Söz şeirə və musiqiyə verildi. Məktəblilər bayrağa, dövlətə, orduya, ulu öndərə Heydər Əliyevə və prezident İlham Əliyevə həsr edilmiş şeirlər söylədilər. Rovşən Teyyubovun, Bəhruz Həşimovun və İntiqam İbrahimovun ifasında “Azərbaycan” mahnısı meydandakıların alqışlarına səbəb oldu. Meydanda üç rəngli bayraqlar dalğalanır, mahnılar oxunur, rəqslər bir- birini əvəz edir. Şəhər 3 nömrəli tam orta məktəbinin şagirdləri rəqs edirlər. Əsgər paltarı geyinmiş və əllərində “avtomat” tutmuş bağça uşaqlarının rəqsləri hamıdan çox alqışlandı. Onu da qeyd edək ki, həmin bağça uşaqları tədbirin sonunda Mirdaməd müəllim və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə şəkil çəkdirdilər. Yəqin ki, bu gün – Bayraq Günü fidan balaların yaddaşından uzun illər silinməyəcək və onların bayrağa olan məhəbbəti daha da artacaqdır.
RİH başçısı M.Sadıqov tədbirin sonunda çıxış edərək meydana toplaşanlara bir daha təşəkkürünü bildirdi. Sonra başçı və onu müşayiət edənlər məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış oldu, məktəbli rəssamların necə işlədiklərinə tamaşa etdilər.
Həmin gün rayonda Bayraq Gününə həsr edilmiş bir sıra idman yarışları da təşkil edilmişdir. Qalib idmançılar mükafatlandırılmışlar.
Əsl xalq bayramı kimi qeyd edilən Bayraq Günü tədbiri başa çatır. Mərkəz yavaş-yavaş boşalmağa başlayır və yaddaşlara həkk olunan anlar arxada qalır.
İnanırıq ki, sabahımız üç rəngli bayraq altında daha gözəl olacaq.
Ç.Bəhərçinli,
Ş.Soltanov,
B.Babayev

Şərh Yaz