Qürurverici tədbir

İsmayıllı Rayon Uşaq Yaradıcılıq Mərkəzində 6 noyabr 2014-cü il tarixdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilən tədbiri keçirilib.
Qürurverici tədbirQürurverici tədbir

İsmayıllı Rayon Uşaq Yaradıcılıq Mərkəzində 6 noyabr 2014-cü il tarixdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilən tədbiri keçirilib.
Kollecin direktor əvəzi Sevda Qasımova çıxış edərək bildirib ki, Azərbaycan Respublikası üzərində dalğalanan bayrağımız ilk dəfə 1918-ci ilin 9 noyabr tarixində Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilib və qaldırılıb. SSRİ-nin dağılmasından sonra, 1991-ci ildə müstəqil Azərbaycan Respublikasının rəsmi atributu elan edilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamından sonra, 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Qürurverici tədbir

Çıxışdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova tədbir iştirakçılarını və kollec tələbələrini salamlayıb, Bayraq Günü münasibəti ilə onları təbrik edib. Dünyanın ən uca bayrağının Bakının Dövlət Bayrağı Meydanında yüksələn Azərbaycan bayrağı olduğunu deyib.
Tədbirin aparıcıları Alidə Şəmsəddinli və Rahid Rəcəbli bu günün önəmi, dövlətimizin artan gücü barədə məlumat veriblər:
– Hörmətli tədbir iştirakçıları! Xalqımızın xilaskarı olan ulu öndərimiz Heydər Əliyevin sayəsində Azərbaycan bu gün dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Dövlətimiz əbədiyaşar liderimiz, Azərbaycan xalqının xilaskarı Ulu öndərimizin yolunun layiqli davamçısı olan möhtərəm prezidentimiz İlham Əliyev sayəsində daha böyük iqtisadi nailiyyətlərə çatıb, ölkəmizin beynəlxalq aləmdə mövqeyi möhkəmlənib.
Azərbaycanın qədim dövlətlərinin bayraqlarının fotoları əksini tapmış videoçarx göstərilib.
Kollec tələbələrinin ifasında mahnılar səslənib, rəqslər və səhnəciklər göstərilib, şeirlər söylənib.
Tələbələrin hazırladıqları ədəbi-bədii kompozisiya alqışlarla qarşılanıb.
Çinarə Bəhərçinli

Şərh Yaz