Mədəniyyət Sarayında tədbirlər


3 noyabr 2014-cü il tarixdə İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin Şura iclası keçirilib. İclasda çıxış edən İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov ölkədə mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıdan danışıb.

Mədəniyyət Sarayında tədbirlərMədəniyyət Sarayında tədbirlər

3 noyabr 2014-cü il tarixdə İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin Şura iclası keçirilib. İclasda çıxış edən İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov ölkədə mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıdan danışıb.
A.Abbasov Mədəniyyət Sarayının açılışından sonra burada təşkil edilən tədbirlər haqqında məlumat verib, gündəlikdə duran məsələlər ilə iclas iştirakçılarını tanış edib. Qarşıda duran vəzifələrin icrası ilə bağlı müzakirələr aparılıb.

***
Noyabr ayının 3-də Heydər Əliyev adına Mədəniyyət Sarayında İsmayıllı rayon Talıstan, Ağbulaq və Təzəkənd kənd yaradıcılıq klublarının hesabatları dinlənilib.
Sarayın foyesində Talıstan kənd yaradıcılıq klubunun “Bacarıqlı əllər” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi nümayiş etdirilib.
Təzəkənd kənd klubu müdirinin hesabat məruzəsi dinlənib. Talıstan və Ağbulaq kənd klublarında fəaliyyət göstərən bədii özfəaliyyət dərnəkləri üzvlərinin hazırladıqları səhnəciklər, rəqs və müxtəlif musiqi alətlərində solo ifalar alqışlarla qarşılanıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz