Təmizlik və sağlamlıq

Noyabr ayının 8-də İsmayıllı Uşaq Kitabxanasının və şəhər 2 nömrəli körpələr-evi uşaq bağçasının təşkilatçılığı ilə “Təmiz şəhər” layihəsi çərçivəsində tədbir keçirilib.
Təmizlik və sağlamlıqTəmizlik və sağlamlıq

Təmizlik və sağlamlıq

Noyabr ayının 8-də İsmayıllı Uşaq Kitabxanasının və şəhər 2 nömrəli körpələr-evi uşaq bağçasının təşkilatçılığı ilə “Təmiz şəhər” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə çıxış edən İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov layihənin önəmindən danışıblar, bildiriblər ki, uşaq bağçaları tərəfindən bu cür tədbirlərin keçirilməsi alqışlanası bir addımdır. Çünki uşaqlar iştirakçıları olduqları tədbirləri, xüsusilə də bu tədbirlərin tərbiyəvi cəhətlərini uzun illər yadda saxlayır və qarşıya qoyulan məqsədin icraçısına çevrilirlər.
Körpələr evi-uşaq bağçasının balacaları təmizlik və sağlamlıqla bağlı şeirlər söyləyib, rəqslər ediblər. Balacaların iştirakı ilə hazırlanan əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbir iştirakçıları Uşaq Kitabxanasında yaradılan şəraitlə tanış olublar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz