“Sönmüş talelər” tamaşası İsmayıllıda göstərilib

Dağıstan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan Dövlət Dram Teatrının yaradıcı kollektivi Azərbaycanda qastrol səfərindədir. Səfər çərçivəsində kollektiv noyabr ayının 13-də İsmayıllı Rayon Gənclər Mərkəzində yazıçı-dramaturq, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ədəbi-dram hissə müdiri Rafiq Rəhimlinin “Sönmüş talelər” tamaşası ilə çıxış edib.

Narkotik və narkomanlığa qarşı mübarizəyə həsr olunmuş tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi və Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Naidə Əlimətova, musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova tamaşanı böyük maraqla izlədiyini deyib, teatrın işinə uğurlar arzulayıb.
350 nəfərdən çox rayon sakini tamaşaya baxmaq üçün Gənclər Mərkəzinə toplaşıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz