Şahmat məktəbinin uğurları

Azərbaycan Respublikası Prezidentinin 5 may 2009-cu il tarixli 260 nömrəli sərəncamı ilə təsdiq olunmuş “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət proqramı”nın icrası istiqamətində İsmayıllı rayon Uşaq-Gənclər Şahmat Məktəbində müəyyən işlər görülmüşdür.

Şahmat məktəbinin uğurlarıŞahmat məktəbinin uğurları

Azərbaycan Respublikası Prezidentinin 5 may 2009-cu il tarixli 260 nömrəli sərəncamı ilə təsdiq olunmuş “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət proqramı”nın icrası istiqamətində İsmayıllı rayon Uşaq-Gənclər Şahmat Məktəbində müəyyən işlər görülmüşdür.
Dövlət proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi rayonumuzda şahmat idman növünün daha da inkişaf etdirilməsi, şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsi, şahmatın kütləviliyinə nail olunması məqsədilə rayon ictimaiyyəti ilə, ümumtəhsil məktəbləri ilə tez-tez əlaqə saxlayırıq. Eyni zamanda Şahmat Məktəbində bir çox tədbirlər həyata keçirilmiş, respublika miqyaslı yarışlar təşkil edilmişdir.
Belə ki, rayonumuzda Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilmiş Respublika turniri, 16 yaşadək oğlanlar və qızlar arasında Respublika Şahmat Olimpiadası, rayon birincilikləri, təsnifat turnirləri, bayram və əlamətdar günlərə aid yarışlar keçirilmişdir.
Şahmat məktəbinin uğurları

Rayonumuzun şahmatçıları respublika miqyaslı yarışlarda bir çox uğurlar qazanmışlar.
* 2013-cü ilin 25 fevral-06 mart tarixlərində Ağcabədi şəhərində, Xocalı şəhidlərinin xatirəsinə həsr edilmiş respublika şahmat turnirində şahmatçımız Qəfər Bədəlov 10 yaşlı oğlanlar arasında I yeri tutmuşdur.
* Keçən ilin 10-16 aprel tarixlərində, Bakı şəhərində ümummilli lider Heydər Əliyevin 90 illiyik yubileyinə həsr edilmiş Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) birinciliyində şahmatçımız Cəbrayıl Hüseynli 14 yaşlı oğlanlar arasında birinci olmuşdur.
* Oğuz şəhərində 24 iyun-04 iyul 2013-cü il tarixlərində “Silahlı Qüvvələr” gününə həsr edilmiş Respublika Şahmat turnirində şahmatçımız Qəfər Bədəlov 10 yaşlı oğlanlar arasında birinci, Aqşin Mirzəyev 16 yaşlı oğlanlar arasında ikinci, Nərmin Hacıyeva 8 yaşlı qızlar arasında üçüncü yeri tutmuşlar.
* 09-18 dekabr 2013-cü il tarixlərində Mingəçevir şəhərində keçirilmiş Q.Mustafayevin xatirəsinə həsr edilmiş Respublika Şahmat turnirində şahmatçılarımız Qəfər Bədəlov və Gülşən Allahverdiyeva üçüncü yerəsahib olublar.
* 2014-cü ilin 26 fevral-06 mart tarixlərində Ağcabədi şəhərində “Xocalı şəhidlərinin” xatirəsinə həsr edilmiş respublika birinciliyində şahmatçımız Cəbrayıl Hüseynli I yeri tutub.
* Bakı şəhərində 01-05 aprel 2014-cü il tarixlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr edilmiş Respublika Şahmat Festivalında şahmatçımız Gülşən Allahverdiyeva II ikinci olub.
* Təhsil Nazirliyinin Balakən şəhərində 04-12 oktyabr 2014-cü il tarixlərində keçirdiyi “Təhsil” Respublika İdman Mərkəzinin respublika çempionatının zona yarışında rayonumuzu 8 şahmatçısı təmsil etmişdir. Həmin yarışda Qəfər Bədəlov 12 yaşadək oğlanlar, Aqil Abdullayev 6 yaşadək oğlanlar arasında, Səbirə Məmmədli 12 yaşadək qızlar, Gülşən Allahverdiyeva 6 yaşadək qızlar arasinda birinci yeri , Aqşin Mirzəyev 16 yaşadək oğlanlar, Samir Müseyibov 8 yaşadək oğlanlar arasında üçüncü yeri tutaraq 01-10 noyabr 2014-cü il tarixlərində Quba şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanmışlar.
* Məktəbimizin məşqçi-müəllimi Ramil Cavadov 21 sentyabr-01 oktyabr 2014-cü il tarixlərində İsveçrədə keçirilmiş şahmat məsələlərin əyani həlli üzrə Dünya çempionatında iştirak etmiş və II yeri tutaraq Beynəlxalq usta normasını ödəmişdir.
* 01-10 noyabr 2014-cü il tarixlərində Quba şəhərində Təhsil nazirliyinin “Təhsil” RİM-in Şahmat üzrə Respublika Çempionatinda şahmatçımız Gülşən Allahverdiyeva III yeri tutmuşdur.
Məqsədimiz bu nailiyyətlərimizlə kifayətlənməyərək dünya və Avropa çempionatlarında, Beynəlxalq turnirlərdə müvəffəqiyyətlə çıxış etmək ,yüksək nəticələr əldə etməkdir.
Nadir Hacıyev,
Azərbaycan Respublikasinin Fəxri Bədən tərbiyəsi və İdman işçisi, İsmayıllı rayon Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru

Şərh Yaz