Fəal ailəm, sağlam aləm

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Koka-Kola şirkətinin birgə təşkilatçılığı ilə Bakı şəhərində və respublikanın digər rayon və şəhərlərində “Fəal ailəm, sağlam aləm” sosial ailə yarışlarının keçirilməsinə start verildi.
Layihənin məqsədi 2015-ci ildə Bakı şəhərində keçiriləcək birinci Avropa Olimpiya oyunlarına dəstəkdən ibarətdir.

Fəal ailəm, sağlam aləmFəal ailəm, sağlam aləm

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Koka-Kola şirkətinin birgə təşkilatçılığı ilə Bakı şəhərində və respublikanın digər rayon və şəhərlərində “Fəal ailəm, sağlam aləm” sosial ailə yarışlarının keçirilməsinə start verildi.
Layihənin məqsədi 2015-ci ildə Bakı şəhərində keçiriləcək birinci Avropa Olimpiya oyunlarına dəstəkdən ibarətdir.
Zona yarışları 7 noyabr 2014-cü il tarixdə Qax şəhər Olimpiya İdman Kompleksində keçirildi.
Yarışlara birbaşa nəzarət edən texniki hakimlər qrupu, həmçinin idman qurumlarının rəsmi nümayəndələri və məşhur idmançılardan ibarət hakimlər kollegiyası rəhbərlik edirdi.

Fəal ailəm, sağlam aləm

Yarışda on rayon və şəhər komandası birinci mərhələdə güclərini sınadılar. İsmayıllı rayonunu İvanovka kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Oleq Ravçiyevin ailəsi təmsil edirdi. Onun ailəsi yarışın bütün mərhələlərində uğurla çıxış edərək birinci olmuşdur. Zaqatalalılar ikinci, Qəbələ komandası isə üçüncü yerə çıxaraq final mərhələsinə vəsiqə qazandı.
O.Ravçiyevin ailə komandasına dekabr ayında keçiriləcək “Bakı ailəvi idman “ final oyununda uğurlar arzulayırıq.
İlham Vahabov,
İsmayıllı RTŞ-nın metodisti

Şərh Yaz