Yaddas kitabcasi

Kross qaçışı

8 noyabr 2014-cü il tarixdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsi, Atletika Federasiyasının İsmayıllı rayon bölməsi ilə birgə 9 Noyabr –Dövlət Bayrağı Günü münasibəti ilə gənclər arasında kross qaçışı üzrə rayon birinciliyi keçirdi.
Yarış üçün start xətti şəhərin Heydər Əliyev prospektində, İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinin bərabərində, finiş xətti isə İsmayıllı Rayon İcra Hakimiyyətinin qarşısında oldu.

Kross qaçışıKross qaçışı

Yarışa başlamazdan öncə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Atletika Federasiyası İsmayıllı rayon bölməsinin sədri Rövşən Behbutov çıxış edərək iştirakçıları salamladı, bayram münasibəti ilə hamını təbrik etdi və onlara uğurlar arzuladı.
48 nəfərin iştirak etdiyi rayon birinciliyində Teymur Məlikzadə I yeri, Nail Ələkbərli II yeri, Şükran Hacızadə III yeri qazandı.
Qaliblərə Rayon Gənclər və İdman İdarəsinin diplomları və medalları , Rayon Atletika Federasiyasının qiymətli hədiyyələri təqdim olundu.
Finiş xəttinə ən tez çatan idmançı Teymur Məlikzadəyə pul mükafatı təqdim edildi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz