Dama birinciliyi

5 noyabr 2014-cü il tarixdə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon Gənclər və İdman İdarəsi İsmayıllı Rayon Dama Federasiyasının birgə təşkilatçılığı ilə “9 noyabr – Milli Bayraq Günü” münasibəti ilə rayon hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilatlar arasında dama üzrə rayon birinciliyi keçirilib.
Tədbirdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək ölkədə və rayonda idmana göstərilən dövlət qayğısından söz açıb. Yarış iştirakçılarına uğurlar arzulayıb.

Dama birinciliyiDama birinciliyi [/col

Sonra İsmayıllı Dama Federasiyasının sədri Kamran Muradov və Rayon İcra Hakimiyyətinin əməkdaşı Rövşən Yəhyayev çıxış edərək əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışıblar.
Mədəniyyət və Turizm şöbəsinin əməkdaşı Xanlar Məmmədov I yeri, sahibkar Süleyman Səfərov II yeri və DSMF-nin rayon şöbəsinin əməkdaşı Ramiz Səfərov III yeri qazanıb.
Qaliblərə Rayon Gənclər və İdman İdarəsinin diplomları və İsmayıllı Rayon Dama Federasiyasının qiymətli hədiyyələri təqdim olunub.
Bəhruz Səfərəliyev,
Gİİ-nin əməkdaşı

Şərh Yaz