Yaddas kitabcasi

Ölkəmizi tanıyaq – Bakı məktəbliləri İsmayıllıda


“Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Bakının Nizami və Xətai rayonlarının məktəbliləri noyabrın 10-da İsmayıllıya gəliblər. IX-XI sinif şagirdləri əvvəlcə İvanovkaya aparılıb. Burada onlara rusdilli əhalinin yaşadığı kəndin tarixi, mədəniyyəti, sakinlərin məşğuliyyəti və kəndin digər özəllikləri barədə məlumat verilib. Daha sonra şagirdlər rayon mərkəzində olub, onlara İsmayıllın tarixi, turizm və kənd təsərrüfatı potensialı, sosial və iqtisadi sahələrdə həyata keçirilən layihələr barədə məlumat verilib.

Ölkəmizi tanıyaq -  Bakı məktəbliləri İsmayıllıdaÖlkəmizi tanıyaq

“Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Bakının Nizami və Xətai rayonlarının məktəbliləri noyabrın 10-da İsmayıllıya gəliblər. IX-XI sinif şagirdləri əvvəlcə İvanovkaya aparılıb. Burada onlara rusdilli əhalinin yaşadığı kəndin tarixi, mədəniyyəti, sakinlərin məşğuliyyəti və kəndin digər özəllikləri barədə məlumat verilib. Daha sonra şagirdlər rayon mərkəzində olub, onlara İsmayıllın tarixi, turizm və kənd təsərrüfatı potensialı, sosial və iqtisadi sahələrdə həyata keçirilən layihələr barədə məlumat verilib.

Ölkəmizi tanıyaq -  Bakı məktəbliləri İsmayıllıda

Qonaqlar rayondakı Heydər Əliyev Mərkəzində olublar. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Mərkəzin konfrans zalında keçirilən görüşdə İsmayıllı rayonunun tarixi, flora və faunası, mədəni, sosial-iqtisadi həyatı barədə məktəblilərə ətraflı məlumat verib.
Bildirilib ki, İsmayıllı Böyük Qafqazın Cənub yamaclarında yerləşir. Dağlıq relyefə malik rayonun ən hündür nöqtəsi 3629 metr yüksəklikdə olan Babadağ zirvəsidir. Babadağ yaxınlığında, dəniz səviyyəsindən 3400-3500 metr yüksəklikdə, bir-biri ilə yanaşı 3 təbii göl bu yerlərin sərvətidir. İsmayıllı qədim tarixi abidələrlə də zəngindir. Xanagah kəndi yaxınlığında VII əsrə aid Qız qalası, Sulut kəndində XVIII əsrə aid Fit dağı məscidi, VII əsrə aid Cavanşir qalası bu qəbildəndir. Bu məlumatları Bakı məktəbliləri maraqla qarşılayıblar. Ulu Öndərin həyat və fəaliyyətinə dair 200-dən çox sənədin, o cümlədən, şəkillərin, əlyazmaların, disklərin nümayiş etdirildiyi Heydər Əliyev Mərkəzi, burada fəaliyyət göstərən 6 dərnəyin işi şagirdlərdə xoş təəssüratlar yaradıb. Məktəblilərə hədiyyələr təqdim olunub.

Ölkəmizi tanıyaq -  Bakı məktəbliləri İsmayıllıda

Buradan xüsusi sahəyə gedən şagirdlər akasiya növündən olan 180 ədəd ağac əkiblər. Əkilən cavan tinglərin qorunması üçün sahənin ətrafı çəpərlənib. Məktəblilərin növbəti ünvanı isə Lahıc qəsəbəsi olub. Memarlıq sənətinin orijinal abidəsi sayılan bu kənd şagirdlərdə xoş təəssürat yaradıb.
Ş.Soltanov

Şərh Yaz