Qarşıda duran vəzifələr müəyyənləşdirilib

Oktyabr ayının 27-də İsmayıllı Rayon İcra Hakimiyyətinin akt zalında 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun hesabat məruzəsi dinlənilib.
Yığıncaqda rayonun idarə müəssisə və təşkilat rəhbərləri, bələdiyyə sədrləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Qarşıda duran vəzifələr müəyyənləşdirilibQarşıda duran vəzifələr müəyyənləşdirilib

Oktyabr ayının 27-də İsmayıllı Rayon İcra Hakimiyyətinin akt zalında 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun hesabat məruzəsi dinlənilib.
Yığıncaqda rayonun idarə müəssisə və təşkilat rəhbərləri, bələdiyyə sədrləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
RİH başçısı Mirdaməd Sadıqov çıxışında bildirib ki, ölkəmizdə böyük işlər görülüb, dövlətimizin beynəlxalq nüfuzu artıb, aparılan islahatlar daha da dərinləşib. İcra başçısı ölkə rəhbərinin rayonlara səfərlərinin inkişafın böyük hərəkətverici qüvvəsinə çevrildiyini deyib. M.Sadıqov söyləyib ki, prezident İlham Əliyev İsmayıllıya səfəri zamanı görülən işlərdən razı qalıb.

Qarşıda duran vəzifələr müəyyənləşdirilib

RİH başçısı 2014-cü ilin 9 ayı ərzində rayonda görülən işlər haqqında geniş məlumat verib.
Hesabat dövründə rayonda tikinti, abadlıq və quruculuq işləri davam etdirilib. Heydər Əliyev adına Mədəniyyət Sarayı, Rayon Mərkəzi Xəstəxanası yenidən qurulub, Yeni Azərbaycan Partiyası üçün inzibati binanın, 140 yerlik uşaq bağçasının və Uşaq əyləncə və istirahət parkının tikintisi başa çatdırılıb. Nizami Gəncəvi küçəsində iki beşmərtəbəli yaşayış binasının tikintisi, şəhərin elektrik təsərrüfatının yenidən qurulması davam etdirilib. Heydər Əliyev prospektində, M.F.Axundov küçəsində əsaslı yenidənqurma işləri görülüb, şəhərin görkəminə xələl gətirən yaşayış evlərinin və ictimai obyektlərin dam örtüyü dəyişdirilib, fasadları müasir memarlıq üslubunda təmir olunub. İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan avtomobil yolunun tikintisi başa çatdırılıb.

Qarşıda duran vəzifələr müəyyənləşdirilib

Hesabat yığıncağında rayon ərazisində həyata keçirilən layihələrdən danışılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Məruzə ətrafında şəhər sakini Cümşüd Hacıyev, İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə RİH başçısının nümayəndəsi Məhərrəm Əhmədov, Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlirza Əliyev, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Avtandil Rəhimov çıxış edib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov yeni layihələr barədə məlumat verib.
Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub. Müraciət alqışlarla qarşılanıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz