İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun Məruzəsi

2014-cü ilin 9 ayı rayon üçün uğurlu olmuş, bölgəmiz iqtisadi, sosial, mədəni baxımdan tərəqqi edən ölkəmizin sürətli inkişafına qoşulmuşdur. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin yerinə yetirilməsi və ümumilikdə əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilmiş, səhiyyə, mədəni-maarif, təhsil və digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, yeni kənd təsərrüfatı və emal müəssisələri yaradılmış, avtomobil yolları çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
İsmayıllı Rayon  İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun Məruzəsi2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun M Ə R U Z Ə S İ

2014-cü ilin 9 ayı rayon üçün uğurlu olmuş, bölgəmiz iqtisadi, sosial, mədəni baxımdan tərəqqi edən ölkəmizin sürətli inkişafına qoşulmuşdur. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin yerinə yetirilməsi və ümumilikdə əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilmiş, səhiyyə, mədəni-maarif, təhsil və digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, yeni kənd təsərrüfatı və emal müəssisələri yaradılmış, avtomobil yolları çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
İsmayıllı Rayon  İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun Məruzəsi
Sentyabr ayının 22-də cənab Prezidentin İsmayıllıya etdiyi tarixi səfər vətəndaşlarımızın yaddaşında unudulmaz hadisə olaraq qalır. Səfər zamanı cənab Prezident rayonda gedən genişmiqyaslı tikinti-quruculuq və iqtisadiyyatın inkişafı ilə bağlı görülən işlərlə yaxından tanış oldu, bir sıra obyektlərin açılışında iştirak etdi. Rayonu inkişaf etdirmək, insanların həyatına zənginlik gətirmək, onların məşğulluğunu artırmaq, tikinti-abadlıq və quruculuq işlərini əsaslı şəkildə davam etdirmək barədə dəyərli tövsiyə və tapşırıqlar verdi.
İsmayıllı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə 23 sentyabr 2014-cü il tarixli “İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılan 2 milyon manat vəsait və digər maliyyə mənbələri hesabına rayonda tikinti-abadlıq və quruculuq işləri davam etdiriləcək, infrastrukturun yeniləşməsi sahəsində daha müsbət addımlar atılacaqdır.
İsmayıllı Rayon  İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun Məruzəsi
Rayonda hesabat dövründə müqayisəli qiymətlərlə 122 milyon 506 min manat məbləğində ümumi məhsul istehsal olunmuşdur.
Hesabat dövründə rayon büdcəsinin gəlir hissəsi 15 milyon 472 min 402 manata qarşı 15 milyon 748 min 987 manat icra olunmuşdur. Büdcə gəlirlərinin icrası 101,8 faiz yerinə yetirilmişdir.
9 ayda əhaliyə 15 milyon 143 min manat və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çox pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 82 milyon 111 min manat olmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7 milyon 817 min manat və ya 10,5 faiz artıqdır.
Bir işçiyə hesablanmış nominal orta aylıq əmək haqqı 2013-cü illə müqayisədə 23,6 manat artaraq 258,6 manata çatmışdır.
İsmayıllı Rayon  İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun Məruzəsi
Hesabat dövründə rayonda tikinti, abadlıq və quruculuq işləri davam etdirilmişdir. Heydər Əliyev adına Mədəniyyət Sarayı, Rayon Mərkəzi Xəstəxanası yenidən qurulmuşdur, Yeni Azərbaycan Partiyası üçün inzibati binanın, 140 yerlik uşaq bağçasının və Uşaq əyləncə və istirahət parkının tikintisi başa çatdırılmışdır. Həmin obyektlərin açılışı sentyabr ayının 22-də cənab İlham Əliyev tərəfindən həyata keçirilmişdir. İsmayıllı bələdiyyəsinin inzibati binasının, Rayon Təhsil Şöbəsinin binasının əsaslı təmiri başa çatdırılmışdır. Nizami Gəncəvi küçəsində iki beşmərtəbəli yaşayış binasıının tikintisi, şəhərin elektrik təsərrüfatının yenidən qurulması davam etdirilmişdir. Heydər Əliyev prospektində, M.F.Axundov küçəsində əsaslı yenidənqurma işləri görülmüş, şəhərin görkəminə xələl gətirən yaşayış evlərinin və ictimai obyektlərin dam örtüyü dəyişdirilmiş və fasadı müasir memarlıq üslubunda təmir olunmuşdur. M.F.Axundov küçəsində 9 mərtəbəli 2 yaşayış evinin tikintisinə başlanmışdır. Nizami küçəsində “Soyqırım abidəsi” qoyulmuş, abidənin ətrafı abadlaşdırılmışdır.
Qalınçaq kənd tam orta məktəbi üçün 360 şagird yerlik, Şəbyan ümumi orta və Küllülü kənd ibtidai məktəblərinin hər biri üçün 80 şagird yerlik, Sumağallı kənd uşaq bağçası üçün 40 uşaq yerlik yeni binalar tikilib istifadəyə verilmişdir.
Keyvəndi kəndində 1500 başlıq südlük-ətlik istiqamətli iri heyvandarlıq kompleksinin və digər obyektlərin tikintisi davam etdirilmiş, bir sıra obyektlərin tikintisi başa çatdırılmış və ya başa çatdırılmaq üzrədir.
Kənd yollarının tikintisinə diqqət artırılmışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ayrılmış 5,4 milyon manat vəsait hesabına ümumi uzunluğu 18 km olan İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan avtomobil yolunun tikintisi başa çatdırılmışdır.
İsmayıllı-Lahıc avtomobil yolunda tikinti işləri davam etdirilmişdir. Asfalt vurulması üçün yol əsası hazır vəziyyətə gətirilib. Yolun 15 km. hissəsi asfaltlaşdırılmış və yolkənarı arxlar tikilmişdir. 4 km. dağlıq hissədə tikinti işləri davam edir.
Diyallı kəndinin giriş yolu təmir olunmuş, 1,6 km asfalt örtük vurulmuşdur.
Yanvar-sentyabr ayları ərzində İsmayıllı şəhərinin 20 küçəsində 123 min kvadratmetr yol əsası işlənərək asfalt örtük vurulmuşdur.
Rayonumuz aqrar rayon olduğu üçün kənd təsərrüfatı iqtisadiyyatda aparıcı rol oynayır. Hesabat dövründə rayonda istehsal olunan ümumi məhsulun 51,5 faizi kənd təsərrüfatının payına düşür. Ümumi məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon 897 min manat artmışdır.
İclasda cənab Prezident demişdir: “Demək olar ki, biz özümüzü taxıldan başqa artıq əsas ərzaq məhsulları ilə maksimum dərəcədə təmin edirik. Əlbəttə ki, ərzaq təhlükəsizliyimizin təmin edilməsi üçün bu, çox önəmli amildir”.
Taxıl istehsalçıları dövlətimizin aqrar sahəyə olan diqqət və qayğısından yararlanaraq, eləcə də tətbiq etdikləri mütərəqqi aqrotexniki tədbirlər nəticəsində rayonun tarixində ən yüksək göstəriciyə nail olmuşlar. Cari ilin məhsulu üçün ötən ilin payızında rayonda 28849 hektar sahədə taxıl əkilmişdir ki, onun 22953 hektarını buğda, 5896 hektarını isə arpa təşkil edir. Rayon üzrə məhsul istehsalı 83620 tona çatdırılmış, məhsuldarlıq 28,1 sentner təşkil etmişdir.

İsmayıllı Rayon  İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun Məruzəsi

Bu günə qədər 23 min hektardan artıq sahədə yay şumu çıxarılmış, 5 min hektardan artıq sahədə səpin aparılmışdır. Taxıl sahələrinə 1000 tondan artıq mineral gübrələr verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli sərəncamının icrası ilə əlaqədar iyun ayında 6640 nəfər istehsalçıya becərdikləri 28926 hektar əkin sahəsinə görə 1 milyon 157 min manat yardım verilmişdir.
Doqquz ayda rayon üzrə diri çəkidə 3899 ton ət, 25613 ton süd, 7 milyon 318 min ədəd yumurta, 390 ton yun istehsal olunmuşdur. İstər baş sayları, istərsə də istehsal göstəriciləri ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur.
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə süni mayalama tədbirləri davam etdirilmiş və cari ilin ötən dövrü ərzində rayon üzrə 1928 baş iri buynuzlu qaramalda süni mayalama aparılmış, mayalanmış heyvanlardan 1321 baş yüksək məhsuldarlıq göstəricilərinə məxsus cins buzov və balaq alınmışdır.
Rayonumuzda BMT-nın İnkişaf Proqramı əsasında icra edilən “Azərbaycan Böyük Qafqaz regionunda torpaq və meşələrin davamlı idarə olunması” və “Fermerlərin imkanlarının Yerli İnnovasiyalar vasitəsilə zənginləşdirilməsi” layihələri çərçivəsində Topçu, Qurbanəfədi, Sumağallı kəndlərində sahədə istixanalar yaradılmış və həmin sahələrdə tərəvəz məhsulları istehsal edilmişdir. “Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası” layihəsinə uyğun olaraq rayonun Topçu kəndində “Fermer mağazası” təşkil olunmuşdur.
Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə hər ay rayonumuzda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçirilmiş, əhaliyə bazar qiymətlərindən 25-30 faiz aşağı qiymətlərlə tonlarla taxıl və taxıl məhsulları, ət və süd məhsulları, meyvə, tərəvəz, bal, quşçuluq məhsulları və s. satılmışdır.

İsmayıllı Rayon  İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun Məruzəsi

2013-cü ildə tikilib istifadəyə verilmiş “İsmayıllı Quşçuluq fabriki”ndə 50 nəfərə yaxın adam işlə təmin olunmuş, müəssisədə 240 ton ət istehsal edilmişdir.
Digər quşçuluq müəssisəsi – İsmayıllı Quşçuluq ASC-də hesabat dövründə 90800 baş quş bəslənmiş, 88302 başı satılaraq 1400 sentner ət istehsal edilmişdir.
Dövlət Proqramının icrası istiqamətində Qalınçaq kəndi ərazisində illik istehsal gücü 1000 ton ət olan hind toyuğu fabrikinin tikintisinə başlanmışdır. Burada inkubator sexi, dənəvər şəklində vitaminli yem istehsal edən dəyirman quraşdırılacaq, geniş sahələrdə yem bitkiləri əkilib becəriləcəkdir. Cari ildə 20 hektar sahədə yeni üzüm bağları salınmış, üzümlüklərin ümumi sahəsi 859 hektar çatdırılmışdır. Üzüm bağlarından 1474 ton məhsul yığılmışdır.
Cari ilin ötən dövrü ərzində Qubaxəlilli kəndində 170 hektar sahədə yeni nar bağı salınmışdır. Hal-hazıradək rayon üzrə 1005 hektar meyvə bağı mövcuddur. Bu il meyvə bağlarından 5014 ton məhsul toplanmışdır. Meyvə yığımı davam edir.
Baytarlıq idarəsi tərəfindən rayonda epizootik vəziyyətin sağlam saxlanması ilə əlaqədar qorxulu yoluxucu xəstəliklərə qarşı vaksinasiya tədbirləri həyata keçirilmiş, baş verən xəstəliklərin müalicəsi istiqamətində müvafiq müalicə işləri aparılmışdır.
Cənab Prezident iclasda ekoloji məsələlərə xüsusi önəm vermişdir. Qeyd etmişdir ki, “ekologiya məsələlərinin həllinə daim diqqət göstərilməlidir. Çünki bu həyatdır, bizim həyatımızdır, uşaqlarımızın həyatıdır, xalqımızın gələcəyidir. Biz təbiəti qorumalıyıq və çalışmalıyıq ki, vaxtilə çirklənmiş ərazilərin hamısını təmizləyək”.
Hesabat dövründə şəhər ərazisində və magistral yolların kənarlarında yeni yaşıllıq zolaqlarının salınmasına xüsusi diqqət yetirilmişdir. Hər il minlərlə ağac və bəzək kolları əkilir. Bu il Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə İsmayıllı-Muğanlı və İsmayıllı-Qaraməryəm magistral yolunun kənarında, eləcə də bələdiyyələrin ərazilərində 9100 ədəd cökə, akasiya, xan çinarı, ağcaqayın ağacları əkilmişdir. Əkilmiş ağacların mühafizə olunması, qorunub saxlanması təmin edilmişdir.

İsmayıllı Rayon  İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun Məruzəsi

11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində yol verilmiş nöqsanlara görə rayon üzrə 72 akt, 36 protokol və 10 ədəd icrası məcburi olan göstəriş verilmişdir. Ətraf mühitə atılan tullantılara görə 89 hüquqi və fiziki şəxsə 13500 manat ödəmə tapşırığı verilmişdir. Aparılan monitorinq və reydlər nəticəsində vətəndaşlar tərəfindən qanunsuz olaraq meşələrin qırılması ilə əlaqədar 30 akt tərtib edilmiş, təbiətə dəymiş ziyana görə 3070 manat cərimənin ətraf mühitin mühafizəsi fonduna köçürülməsi təmin edilmişdir.
Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 20 hektar sahədə meşə bərpa işləri görülmüşdür ki, bunun da 12 hektarı meşə səpini, 8 hektarı isə meşə əkinindən ibarətdir. Müəssisənin tinglik sahəsində 0,20 hektar sahəyə toxum səpilmiş, 0,5 hektar sahədə çiling kökləndirmə işləri aparılmış, 2,5 hektar sahədə isə böyütmə şöbəsi salınmışdır. Cari ilin yaz mövsümündə tinglik sahəsindən 27400 ədəd müxtəlif ağac tingi çıxarılaraq yeni meşə zolaqlarının salınmasına, yaşayış məntəqələrinin və avtomobil yollarının ətraflarının yaşıllaşdırılmasına sərf edilmişdir. Ötən 9 ay ərzində meşə qanunvericiliyinin pozulması ilə əlaqədar 38 akt-protokol tərtib edilmiş və aktlara əsasən 3600 manat cərimə hesablanmışdır. Etiraf etməliyik ki, meşələrin mühafizəsi sahəsində nöqsanlar hələ də çoxdur. Müəssisənin rəhbər işçi və mütəxəssisləri meşələrin mühafizəsi və bərpası üçün fəaliyyətlərində dönüş yaratmalıdırlar.
Hesabat dövrü ərzində Rayon Suvarma Sistemləri İdarəsi tərəfindən suvarmanı mütəşəkkil keçirmək məqsədi ilə 2 ədəd hidrometrik post və 8 ədəd hidrotexniki qurğular cari təmir olunmuş, 251 min kub metr suvarma sistemləri lildən təmizlənmiş, daşqın və selə qarşı mübarizə məqsədi ilə çay məcrasının təmizlənməsi işində 166 min kubmetr ekskavator, 432 minkub metr buldozer işləri görülmüşdür. Kənar təşkilatların gücü ilə Göyçayçay-İsmayıllı magistral beton kanalın 604 metr məsafəsi yenidən qurulmuşdur.
Girdiman çayının sol sahilində Lahıc qəsəbəsinin mühafizəsi üçün 118 metr daş-beton bəndi tikilmiş, əlavə 80 metr bəndin tikintisi üçün layihə smeta sənədləri hazırlanmışdır. Buynuz kəndində olan Göyçayçay baş suqəbuledici qurğuda əsaslı təmir işlərinə başlanmış 39,9 min manatlıq iş görülmüşdür. 2014-cü ildə rayon ərazisində 8 ədəd subartezian quyusu qazılmışdır.
Torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması məqsədi ilə İsmayıllı şəhəri (keçmiş Mican kəndi) ərazisində 200 hektar torpaq sahəsində meliorativ tədbirlər görülmüşdür.
2014-cü ilin 9 ayı ərzində rayon ərazisində torpaq qanunvericiliyinin pozulmasının 5 halı aşkar edilmişdir. Xüsusi mülkiyyətdə olan torpaqda tikinti işləri aparıldığına və mərz nişanlarının yerini dəyişdirdikləri üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən 645 manat cərimə hesablanmışdır.
Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə cari ilin fevral ayının 13-də rayonun Təzəkənd kəndində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kredit yarmarkası keçirilmiş, sahibkarlara kredit verilmişdir.
Ümumiyyətlə, ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə rayonumuzdan olan 70 sahibkara 1 milyon 215 min manat kredit verilmişdir.
“Sənaye ili” çərçivəsində yenidənqurma və əsaslı təmirdən sonra kərpic zavodunun və əhəng sexinin fəaliyyəti bərpa olunmuş, velosiped istehsalı zavodunun tikintisinə başlanılmışdır.
İsmayıllı Qaz İstismar Sahəsi tərəfindən hesabat dövründə 13034 abonentə 20,5 milyon kubmetr qaz yanacağı verilmiş, satılan qazın dəyəri 101,3 faiz, yəni artıqlaması ilə ödənilmişdir. 9 ayda İsmayıllı şəhərində 7475 paqonnı-metr qaz xətti yenidən quraşdırılmış, 637 paqonnı-metr korroziyaya uğramış xətt yenisi ilə əvəz olunmuşdur. Diametri 219 millimetr olan İsmayıllı-Buynuz dəmir daşıyıcı qaz kəmərinin 17 km hissəsi təmir edilmiş, Diyallı kəndinə qaz xətti çəkilmiş, 388 abonent təbii qaz yanacağı ilə təmin olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, rayonun yaşayış məntəqələrinin qazlaşdırılması vəziyyəti hələ də qənaətbəxş deyildir. 1995-ci ilə qədər rayonun 56 yaşayış məntəqəsinə təbii qaz verilirdi, hal-hazırda rayonun 108 yaşayış məntəqəsindən cəmi 32-nə təbii qaz verilir. Əllidən artıq iri yaşayış məntəqəsinin qazlaşdırılmasına ciddi ehtiyac vardır.
Hesabat dövründə elektrik təsərrüfatının yenidən qurulması davam etdirilmiş, şəhərdə 10-0,4 kilovoltluq elektrik veriliş xəttində 1560 ədəd köhnə dayaq dəmir-beton dayaqla əvəz olunmuş, 51,2 km. SİP kabel xətti çəkilmiş, 1150 ədəd smart-kart tipli sayğac quraşdırılmışdır.
9 ayda istehlakçılara 38 milyon 220 min kilovat-saat enerji verilmiş, 2 milyon 169 min 390 manat vəsait yığılmışdır ki, bu da satılan enerjinin dəyərinin 94,6 faizini təşkil edir.
Qeyd etmək lazımdır ki, enerji təsərrüfatında mövcud nöqsanlar ləng aradan qaldırılır. Əksər kəndlərdə enerji təsərrüfatı köhnə olduğuna görə qəzalar nəticəsində enerji ilə təchizatda tez-tez fasilələr yaranır və əhalinin haqlı narazılığına səbəb olur. Payız-qış mövsümündə əhalini dayanıqlı qaydada elektrik enerjisi ilə təmin etmək üçün Elektrik Şəbəkəsinin rəisi Ə.Bədəlov konkret təsirli tədbirlər görməlidir.
İsmayıllı “Sukanal” İdarəsi 3544 abonentə xidmət edir ki, bunun da 3377-si əhali abonentləridir. 9 ayda kommunal binalarda yaşayan 783 abonent üçün smart tipli sayğac quraşdırılmışdır. Həmin abonentlər fasiləsiz olaraq içməli su ilə təmin olunurlar. Hesabat dövründə su xətlərində cari təmir işləri aparılmış, şəhərdaxili xətlərdə baş vermiş qəzalar aradan qaldırılmışdır. Bir sıra kommunal yaşayış binalarının kanalizasiya xətləri təmir olunmuş və ya yenisi ilə əvəz edilmişdir. “Sukanal” İdarəsi tərəfindən 9 kəndi içməli su ilə təmin edən İstisu-İvanovka su kəmərində cari təmir işləri görülmüş, yay aylarında su təchizatında yaranmış çətinliklər aradan qaldırılmışdır.
“Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci Layihə” çərçivəsində İsmayıllı şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin infrastrukturunun tikintisi işləri davam etdirilmiş, tutumu 1500 ton olan sonuncu su anbarında tikinti başa çatdırılmışdır.
Bir sıra iri yaşayış məntəqələrinin, o, cümlədən Quşencə, Basqal, Tircan, Gəraybəyli, Qubaxəlilli və başqa yerlərin su təchizatında çətinliklər qalmaqda davam edir. Qarşıda duran ən mühüm vəzifə “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci Layihə” çərçivəsində İsmayıllı şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin tam başa çatdırılması, bütün istehlakçılar üçün smart tipli sayğacların quraşdırılması və iri yaşayış məntəqələrinin su təchizatını yaxşılaşdırmaq məqsədilə müvafiq tədbirlərin görülməsindən ibarətdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 9 ayda 880 ailənin 4005 nəfər üzvünə ünvanlı sosial yardım təyin olunmuşdur. Adambaşına düşən orta aylıq məbləğ 25 manat 92 qəpik, bir ailəyə düşən aylıq məbləğ 118 manat təşkil edir.
DSMF tərəfindən 9 ayda əmək pensiyalarının ödənilməsinə 19 milyon 82 min manat, digər müavinətlərin ödənilməsinə isə 305,1 min manat vəsait xərclənmişdir. Pensiya və müavinətlər vaxtında ödənilmiş, rübün sonuna qalıq qalmamışdır.
Sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqlarının yığılması vəziyyəti qənaətbəxş olmuş, proqnoz tapşırığa 100 faiz əməl olunmuşdur.
Rayon Məşğulluq Mərkəzi tərəfindən 9 ayda 372 nəfər işaxtaran vətəndaş rəsmi qeydiyyata alınmışdır. Hesabat dövründə 298 nəfər işlə təmin edilmişdir. Onu da qeyd etmək lazımdır ki, hesabat dövründə rayonda 475 yeni iş yeri yaradılmışdır. İşlə təmin olunanların 51 nəfəri qadındır. İşsizlərin sosial müdafiəsinin gücləndirilməsi, kadr potensialının inkişaf etdirilməsi məqsədilə 13 nəfər qeyri-məşğul vətəndaş Göyçay Regional Peşə Tədris Mərkəzində təşkil edilmiş 2 aylıq “Bərbər hazırlığı” kursuna cəlb olunmuşdur. 150 nəfər işaxtaran gənc vətəndaşa peşəyönümü məsləhətləri verilmişdir.
Kommunal Müəssisələri Kombinatı şəhər ərazisində 315 min kvadratmetr sahəsi olan küçə və meydanlara, 24,3 hektar yaşıllıq sahəsinə qulluq edir, küçələrin işıqlandırılmasına nəzarəti həyata keçirir. 9 ayda Kombinat tərəfindən tutumu 1,1 kubmetr olan 39 ədəd və tutumu 0,25 kubmetr olan 40 ədəd metal tullantı qutusu alınaraq şəhərin müxtəlif ərazilərinə qoyulmuşdur. Bu il kombinata əvəzsiz olaraq JAK markalı yükünü özüboşaldan maşın və avtokran verilmişdir.
9 ayda göstərilən kommunal xidmətin həcmi 372 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 51,5 min manat çoxdur.
Respublikanın kənd rayonları arasında ilk olaraq rayonumuz 2014-cü ilin avqust ayından “Təmiz şəhərdə yaşa” devizi altında “Gələcək öz əlimizdədir” layihəsinin icrasına başlanmışdır. Bu istiqamətdə geniş hazırlıq işləri gedir. İlkin nəticələr var. Əminik ki, sakinlərin yaxından köməkliyi ilə rayonumuz Respublikanın ən təmiz və abad guşələrindən birinə çevriləcəkdir.
Mənzil İstismar Sahəsinin xidmətində 1262 ailə yaşayan 978 mənzil vardır. 45 yaşayış binasından 42-nin dam örtüyü dəyişdirilmişdir. Heydər Əliyev prospektindəki 105, 105 ”a”, 107, 111, 113, M.F. Axundov küçəsindəki 15 və 17 saylı binaların məhəllələri tam asfaltlaşdırılmış, abad məhəllələrin sayı artmışdır.
“Azəristiliktəchizat”ASC-nin İsmayıllı İstilik Sistemləri İstismarı Sahəsi tərəfindən bu il Heydər Əliyev prospektindəki 105 “A”, 111 və 113 saylı yaşayış binalarının isidilməsi üçün “Kaskad” tipli kombilər quraşdırılmışdır. Bu da 88 mənzilin qızdırılmasına imkan verəcəkdir. Ümumilikdə şəhərdə kommunal çoxmərtəbəli binalarda 235 mənzil istiliklə təmin ediləcəkdir.
İsmayıllı Poçt filialının 2 şəhər və 25 kənd şöbəsi əhaliyə və təşkilatlara müxtəlif adda poçt və maliyyə xidməti göstərir. 9 ayda tarif gəlirləri proqnozu 124,3 min manata qarşı 172,1 min manat və ya 114,3 faiz yerinə yetirilmişdir. Əhaliyə göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmaq üçün Lahıc, Basqal və Tircan poçt şöbələrində elektron sistem quraşdırılmışdır. İvanovka, Qalagah, Ruşan və Qalacıq kəndlərində yeni poçt binalarının tikintisi davam etdirilmişdir.
Telekommunikasiya Qovşağı 9 ayda 166 mənzilə yeni telefon çəkmiş, 128 abunəçinin telefon xəttini yenidən bərpa etmişdir. Qovşaq üzrə 2179 ədəd boş tutum mövcuddur. Şəhər ərazisində 651, kəndlərdə isə 1528 abunəçiyə telefon xətti çəkmək imkanları qalmaqdadır. Qovşağın daxili imkanları hesabına 6 ədəd 192 portluq ADSL avadanlığı alınıb Xanagah, Qurbanəfəndi və Aşıqbayramlı kəndlərində quraşdırılmışdır. Hazırda 3005 abunəçi genişzolaqlı internet xidmətindən istifadə edir. Şəhərdə aparılan abadlıq işləri ilə əlaqədar olaraq M.F.Axundov və Babək küçələrində 2 kilometr yerüstü kabel yeraltı sistemə keçirilmişdir.
“İsmayıllı-Avtonəqliyyat” ATSC tərəfindən 9 ayda keçən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin dövriyyəsi 46 faiz artmış, 12,4 min manat əlavə gəlir əldə olunmuşdur. Şəhərdaxili avtobus marşrutunun ümumi uzunluğu 10 kilometr artırılaraq 30 kilometrə çatdırılmışdır. Gün ərzində avtobuslar şəhərdaxili marşrutlarda 700 kilometrdən artıq məsafə qət edirlər.
İsmayıllı-Lahıc marşrutuna əlavə reysin və İsmayıllı-Talıstan marşrutunun açılması təşkil olunmuş. İsmayıllı-Bakı marşrutu üzrə müasir tipli, yüksək komfortlu avtobus xəttə buraxılmışdır. Şəhər ərazisində 30 ədəd müasir tipli dayanacaq quraşdırılması və təzə taksi avtomobillərinin istismara buraxılması əhalinin rahatlığına səbəb olmuşdur.
Rayonda fəaliyyət göstərən 12 bank və bank olmayan kredit təşkilatları tərəfindən 9 ay ərzində 25 milyon 426 min manat kredit verilmişdir. Çox təəssüf ki, kreditlərin faizi yüksəkdir, orta hesabla illik 26-28 faiz təşkil edir. Banklar yenə də istehlak kreditlərinə üstünlük verirlər. Kreditlərin yalnız 8,1 milyon manatı və ya 31,8 faizi kənd təsərrüfatının inkişafı və istehsalın genişləndirilməsi məqsədilə verilmişdir. Qalan kredit isə əsasən istehlak məqsədi ilə götürülmüşdür.

İsmayıllı Rayon  İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun Məruzəsi

Zəngin təhsil və ziyalılıq ənənələri olan rayonumuzda hesabat dövrü ərzində dövlət təhsil siyasəti uğurla həyata keçirilmişdir. Dövlət təhsil siyasətinin həyata keçirilməsində rayon təhsil şöbəsi və ümumtəhsil məktəbləri rayon icra hakimiyyəti ilə sıx əməkdaşlıq şəraitində işləyir, tədrisin keyfiyyətini yüksəldirlər. Təhsilin maddi-texniki bazasının inkişaf etdirilməsi sahəsində görülən işlər rayonun inkişaf sürəti səviyyəsindədir.
Rayon İcra Hakimiyyəti 2014-cü ili “İnnovativ təlim texnologiyaları ili” elan etmiş, təhsil şöbəsi də öz növbəsində ilin tələblərindən irəli gələn vəzifələri yerinə yetirməyə çalışmışdır. Qısa müddətdə 19 ədəd elektron lövhə alınaraq məktəblərdə quraşdırılmışdır. Müəllimlərin bu lövhələrlə işləmək bacarığına yiyələnməsi üçün kurslar təşkil edilmişdir. Təhsil Nazirliyi və rayon İcra Hakimiyyətinin dəstəyi, “Xəzər” Beynəlxalq İnvestisiya Şirkətinin sponsorluğu ilə keçirilən “Qunduz” informatika və kompyuter bacarıqları” müsabiqəsində də şagirdlərimiz fərqlənən nəticələr qazanmışlar. Sizə yaxşı məlumdur ki, ali məktəblərə qəbul imtahanlarında müvəffəqiyyət qazanan tam orta məktəblərin məzunlarının şərəfinə “Təhsil bayramı” keçirmişik. Nailiyyətlər, uğurlar burada təhlil və təqdir olunub. 2014-cü ildə ali məktəblərə test imtahanlarında 279 nəfər məzun müvəffəqiyyət qazanaraq tələbələr sırasına daxil olmuşdur. 20 nəfər abituriyent 600-dən yuxarı bal toplamışdır. Şəhər 5 saylı tam orta məktəbinin məzunu Ləman Abbasova və 4 saylı tam orta məktəbinin məzunu Qəmər Qüdrətli Prezident təqaüdünə layiq görülmüşlər. İki məktəb barəsində bir qədər ətraflı danışmaq istərdim. Şəhər 5 saylı tam orta məktəbin 42 məzunu ali məktəblərə müvəffəqiyyətlə imtahan vermiş və tələbə olmaq arzusuna çatmışdır. Bir şagird Qızıl medala, deyildiyi kimi, bir şagird Prezident təqaüdünə layiq görülmüşdür. Çox az kontingenti olan Uştal məktəbinin 7 məzunu ali təhsil müəssisələrinə qəbul olunmuşdur. Təəssüf ki, bu istiqamətlərə uyğun mövqe tutmayan tam orta məktəblər də vardır. Mücühəftəran, Xəlilli, İstisu və Zərnava kənd tam orta məktəblərinin məzunlarından bir nəfər belə ali məktəbə daxil ola bilməmişdir. Məktəblər arasında belə kəskin fərqlərin geniş təhlili rayon Təhsil Şöbəsinin öhdəsinə düşür. Rayon təhsil şöbəsinin müdiri Rasim Orucov ötən dərs ilinin nəticələrini müxtəlif istiqamətlərdən təhlil etməli, yarıtmayan məktəb direktorları, direktor müavinləri barədə təşkilati tədbirlər görməlidir.
Cənab Prezident iclasda qeyd etmişdir ki, “sosial infrastruktur layihələri arasında uşaq bağçalarının tikintisini xüsusilə qeyd etmək istəyirəm. Biz bir neçə il bundan əvvəl bu məsələ ilə ciddi məşğul olmağa başlayanda məlumat verildi ki, uşaq bağçaları ilə təminat Azərbaycanda cəmi 17 faizdir. Fəaliyyət göstərən uşaq bağçaları mövcud tələbatın çox cüzi hissəsini təmin edir. Bu il İsmayıllı şəhərində 140 yerlik və Sumağallı kəndində 40 yerlik uşaq bağçası istifadəyə verildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin açılışını etdiyi 140 yerlik uşaq bağçası-körpələr evi rayonda ən nümunəvi məktəbəqədər tərbiyə müəssisəsi olacaqdır. Uşaqların sağlamlığı, təlim və tərbiyəsi, fiziki və intellektual hazırlığı üçün burada hər cür şərait yaradılmışdır. Qarşıda duran məsələlərdən biri iri kəndlərdə uşaq bağçalarının açılmasıdır və bunun üçün müvafiq tədbirlər görülür.
Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra açılışı İsmayıllı sakinlərinin sosial-sağlamlıq həyatına əvəzedilməz bir hədiyyə oldu. Burada yaradılan şərait imkan verəcək ki, düzgün diaqnoz üçün, əsaslı müalicədən ötrü rayon sakinləri başqa ünvan axtarmasınlar.
Hesabat dövründə 147 nəfər şəkərli diabet xəstəliyinə görə dispanser qeydiyyatına götürülmüş, qanunla müəyyən edilmiş qaydada onların müalicəsinə yardım edilmişdir. Ötən 9 ayda 84 nəfər ilkin onkoloji xəstə, 27 nəfər vərəm xəstəsi dispanser qeydiyyatına götürülmüşdür.
Cərrahiyə şöbəsində 9 ayda 317 nəfər əməliyyat olunmuşdur. Cərrahi əməliyyatlar əsasən uğurlu alınmışdır. Yol verilən nöqsanlar tibbi şura iclaslarında ciddi müzakirə olunmuşdur.
0-1 və 1-2 yaşlı uşaqlar arasında ölüm halları 2013-cü ilə nisbətən müvafiq olaraq 5 və 4 nəfər azalmışdır. 2014-cü ilin 9 ayında yoluxucu xəstəliklər kəskin sürətdə azalmışdır. Səhiyyə xidmətinin, digər göstəriciləri də müsbətə doğrudur.
Bununla belə, narahatçılıq doğuran hallar da var. Rayon üzrə 15 həkim ştatı hələ də boşdur. Onların 7-si kənd həkim məntəqələrindəndir. Bir neçə həkim və tibb məntəqəsi şəraitsiz binalarda yerləşir və ya bina olmadığı üçün fəaliyyət göstərmir. Əminəm ki, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Avtandil Rəhimov müvafiq tədbirlər görəcəkdir.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən yaşayış məntəqələrinin sanitariya rejiminin gözlənilməsi, yoluxucu xəstəliklərin üzə çıxarılması, ətraf mühitin mühafizəsi sahəsində müəyyən işlər görülmüş, obyektə sanitariya yoxlamalarının nəticələri əsasında inzibati cəzalar tətbiq olunmuşdur. Bunlara baxmayaraq, sanitariya maarifinin və sanitariya nəzarətinin insan sağlamlığı və ekoloji tarazlıq baxımından lazımi səviyyədə olduğunu demək mümkün deyildir. Hələ də mərkəzdə 14 nəfər ali və orta ixtisas təhsilli kadrlara ehtiyac var. Laboratoriya müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunmayıb.
Əsaslı təmirdən və yenidənqurmadan sonra müasir formaya salınmış Rayon Mədəniyyət Sarayı istifadəyə verilmişdir. Görülən işlərə cənab Prezident yüksək qiymət verdi. Alim və Fərqanə Qasımovlar mədəniyyət sarayında ilk möhtəşəm konsertlə çıxış etdilər. Mədəniyyət sarayı bundan sonra ümumilikdə rayonda çoxistiqamətli mədəniyyətin formalaşması və inkişafına təməl olacaqdır. Heydər Əliyev adına parkda Yay filarmoniyasının, onun yaxınlığında çövkən yarışlarının keçirilməsi üçün meydançanın tikintisi ötən 9 ayda mədəniyyət sahəsində əldə edilən uğurlardandır. Cari və əsaslı təmir üçün ayrılmış 75 min manat vəsaitin rüblər üzrə bölgü əsasında xərclənməsi təmin edilmişdir.
Hesabat dövründə rayona 85 min turist səfər etmişdir. Bu da keçən ilin müvafiq dövründən 3 min nəfər çoxdur. Lahıc qəsəbəsi öz tarixiliyi, qədim memarlığı, müasir inkişafı və yollarının abadlaşdırılması ilə daha çox turist cəlb edir. Tarixi günlər, milli və dini bayramlar, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə zəruri bilinən çoxsaylı yubiley tədbirləri keçirilmişdir.
İvanovkanın və Lahıcın folklor qrupları müxtəlif Respublika tədbirlərində və müsabiqələrində rayonu müvəffəqiyyətlə təmsil edirlər.
Mədəniyyət və turizm sahəsində çalışan kadrların keyfiyyət tərkibi yaxşılaşsaydı, uğurlar daha çox olardı. Mədəni-maarif müəssisələrində çalışan 340 nəfər mədəniyyət işçisindən 167 nəfəri müxtəlif profilli orta ixtisas, 98 nəfəri isə orta təhsillidir. 33 klubun yalnız 3-ü, 49 kitabxananın 2-si xüsusi layihə əsasında tikilmiş binada yerləşir. Rayon Uşaq İncəsənət Məktəbində tədrisin təşkili üçün şərait yoxdur. Rayon Mədəniyyət və Turizm şöbəsinin rəhbərliyi qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görməlidir.
Hesabat dövründə “Dini etiqad azadlığı” haqqında Azərbaycan Respublikası Qanununun pozulması hallarına yol verilməmişdir. Radikal dini qruplara qarşı ciddi mübarizə aparılmış, milli və dini zəmində heç bir ziddiyyət və qarşıdurma baş verməmişdir. 9 ay ərzində rayonda çoxsaylı ictimai-siyasi tədbirlər, dövlət və dini bayramlar, ideya-siyasi tərbiyəyə xidmət edən görüşlər keçirilmişdir.
“Heydər Əliyev İdarəetmə Məktəbi”nin məşğələləri yüksək səviyyədə keçirilmişdir. Müxtəlif sahələrdə fərqlənən işçilərə mükafat və təltiflərin təqdimatı, peşə bayramları, yeni ailə quranların nikah mərasimləri Heydər Əliyev Mərkəzində aparılmışdır. İctimai və qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün rayonda normal şərait yaradılmışdır. Rayon Gənclər və İdman İdarəsinin fəaliyyətində yaranan pozitiv dəyişikliklər dövlət gənclər və idman siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsinə imkan yaratmışdır. Hesabat dövründə gənclərlə iş sahəsi üzrə 37 rayon miqyaslı tədbir keçirilib, 14 respublika, 6 zona tədbirində gənclərimiz iştirak ediblər. İntellektual oyunlarda və yarışlarında, rayon gənclərinin təmsilçiləri yüksək bilik nümayiş etdirə biliblər. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi xarici ölkələrin gəncləri arasında keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm” müsabiqəsinin 120 nəfər qalibini İsmayıllıya səfərə rayon gəncləri ilə görüşə göndərmişdi. Binəqədi gənclərinin İsmayıllı gəncləri ilə işgüzar görüşü keçirilmiş və əməkdaşlıq müqaviləsi bağlanmışdır.

İsmayıllı Rayon  İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun Məruzəsi

Hesabat dövründə idman sahəsində 100 tədbir keçirilib ki, bunlardan 19-u Respublika, 13 Beynəlxalq tədbir olub. Zona, Respublika və beynəlxalq yarışlarda qalib gələn idmançılarla bir qayda olaraq görüşlər keçirilir, onların müvəffəqiyyəti təqdir olunur, mükafatlandırılır.
Hesabat dövründə vətəndaşların qəbul edilməsi, onların ərizə, şikayət, təklif və müraciətlərinə baxılmasına xüsusi diqqət yetirilmişdir. 2014-cü ilin 9 ayında Rayon İcra Hakimiyyətinə 1215 vətəndaş müraciəti daxil olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 705 ədəd azdır. Daxil olan müraciətlərin 212-si Prezident Administrasiyasından, 62-si digər yuxarı dövlət orqanlarından, qalanı isə vətəndaşlardan daxil olan ərizələrdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Prezident Administrasiyasından daxil olan vətəndaş müraciətləri 59 ədəd azalmışdır. Vətəndaşlardan daxil olan ərizədən 78 ədədi RİH-nin elektron poçtuna gəlmişdir.
Cari ilin 9 ayında Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən 164 saylı qaynar xəttə 106 vətəndaş müraciət etmişdir.
Rayon İcra Hakimiyyəti başçısının aparatında 35, yerlərdə isə 49 səyyar qəbul və görüş keçirilmişdir. 979 nəfər vətəndaş aparatda keçirilən qəbullarda, 343 nəfər vətəndaş isə səyyar qəbul və görüşlərdə Rayon İcra Hakimiyyəti başçısına müraciət və təkliflərini çatdırmışdır. Bütün müraciətlər diqqətlə araşdırılır və qaldırılan məsələlərin həlli istiqamətində lazımi tədbirlər görülür.
Ölkə Prezidenti cənab İlham Əliyev iclasda bütün sahələr üzrə proqram xarakterli konkret vəzifələr qoymuşdur. Rayonumuzda görüləsi işlər hələ də çoxdur. İsmayıllı rayonu da bu inkişafa öz töhfəsini verməlidir. Əminəm ki, ilin sonuna qədər bütün vəzifələr müvəffəqiyyətlə icra ediləcək və 2015-ci ilə böyük inamla başlayacağıq. Bu işdə hamınıza uğurlar arzulayıram.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə 2014-cü ilin 9 ayında İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı iştirakçılarının Müraciəti

Möhtərəm cənab Prezident!
Biz, bölgələrə göstərdiyiniz diqqətdən, rayon əhalisini öz qayğınız əhatəsində yaşatdığın&#3

Şərh Yaz