Yaponiyadan təşəkkür məktubu

Hörmətli İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Zati-aliləri Mirdaməd Mirsadıq oğlu Sadıqova ən dərin ehtiramla.
Mən, İto şəhər Beynəlxalq Müdafiə Cəmiyyətinin sədri cənab Fujihiro Onuma və xanımı ilə birgə İsmayıllı rayonunun qonağı olduq. Zati-aliləri, səfər zamanı köməkçiləriniz və sadə insanlar bizi gülərüzlə, böyük hörmətlə qarşıladılar. Rayondakı bu səmimi qəbulu, xoş hissləri heç vaxt unutmayacağıq.
Yaponiyadan təşəkkür məktubu

Hörmətli İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Zati-aliləri Mirdaməd Mirsadıq oğlu Sadıqova ən dərin ehtiramla.
Mən, İto şəhər Beynəlxalq Müdafiə Cəmiyyətinin sədri cənab Fujihiro Onuma və xanımı ilə birgə İsmayıllı rayonunun qonağı olduq. Zati-aliləri, səfər zamanı köməkçiləriniz və sadə insanlar bizi gülərüzlə, böyük hörmətlə qarşıladılar. Rayondakı bu səmimi qəbulu, xoş hissləri heç vaxt unutmayacağıq. Buna görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Səfər zamanı Zati-alinizin rəhbərliyi sayəsində biz rayon ilə mübadilə işini müvəffəqiyyətlə başa çatdıra bildik. İnşallah bundan sonra İsmayıllı rayonu ilə İto şəhəri arasında dostluq əlaqələri daha da dərinləşəcəkdir. Bu da Azərbaycan və Yaponiya ölkələri arasındakı əlaqələrin daha da möhkəmlənməsində, inkişafında mühüm rol oynayacaqdır. Mən də yoldaşım Onumanın mübadilə fəaliyyətlərinə köməklik göstərərkən Zati-alinizin xoş münasibətinin şahidi oldum.
Zati-alinizə möhkəm can sağlığı, işlərinizdə uğurlar arzulayıram. Ən səmimi salamlarla.
Toşiyuki Fujivara,
Yaponiyanın Azərbaycandakı sabiq səfiri
28 sentyabr 2014-cü il

Şərh Yaz