Üç vacib məsələ

Regionların Sosial-iqtisadi inkişaf Proqramına uyğun olaraq İsmayıllı rayonunun Ağbulaq kəndində sosial problemlərin həlli istiqamətində görüləcək tədbirlərlə bağlı RİH başçısı Mirdaməd Sadıqovun sakinlərlə görüşü keçirilib.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, xidmət idarələrinin rəhbərləri də iştirak ediblər. Səmimi söhbət zamanı kəndin bir sıra sosial-iqtisadi problemləri diqqət mərkəzində olub.

Çıxış edənlər ölkədə və rayonda həyata keçirilən iqtisadi inkişaf kursunu dəstəklədiklərini diqqətə çatdırıblar. Rayonda görülən quruculuq-abadlıq işlərindən razılıq ediblər.
Üç vacib məsələ
Çıxış edən sakinlər tərəfindən üç məsələnin – kənd yollarının təmir edilməsi, içməli su xəttinin çəkilişi, evlərin mavi yanacaqla təmin olunması kimi vacib sosial məsələlərin həllinə ehtiyac olduğunu vurğulanıb.
Görüşdə çıxış edən icra başçısı Mirdaməd Sadıqov ölkədə əldə olunan nailiyyətləri sadalamaqla bu uğurların aparılan siyasi kursun məntiqi nəticələri olduğunu bildirib və bu siyasətin uğurla davam etdirildiyini söyləyib. İcra başçısı son vaxtlar rayonda gərgin əmək sayəsində əldə olunan müsbət dəyişikliklərdən razılığını bildirib, kənd sakinlərinin qayğı və problemlərinin həlli ilə əlaqədar göstərişlər verib.
M.Sadıqov yaxın vaxtlarda kəndlərdəki mövcud problemlərin həlli istiqamətində görüləcək işlər haqqında da danışıb və ərazidə yeni iş yerlərinin yaradılması ilə bağlı tövsiyələrini verib.
Sonda kənd sakinləri onları narahat edən problemlərin həllində göstərilən diqqət və dəstəyə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz