İsmayıllı misgərlik nümunələri Parisdə


Heydər Əliyev Fondunun, Azərbaycanın Fransadakı Səfirliyinin Paris şəhəri meriyasının birgə təşkilatçılığı ilə 19-30 sentyabr 2014-cü il tarixində Fransada-Azərbaycan mədəniyyəti günləri keçirilib.

İsmayıllı misgərlik nümunələri Parisdəİsmayıllı misgərlik nümunələri Parisdə

Heydər Əliyev Fondunun, Azərbaycanın Fransadakı Səfirliyinin Paris şəhəri meriyasının birgə təşkilatçılığı ilə 19-30 sentyabr 2014-cü il tarixində Fransada-Azərbaycan mədəniyyəti günləri keçirilib.

İsmayıllı misgərlik nümunələri Parisdə

Azərbaycanı, onun mədəniyyətini, ənənələrini və həyat tərzini Fransada təbliğ etmək, müxtəlif mədəniyyətlərə və həyat tərzinə malik xalqların bir-birini daha yaxından tanıması və iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsi məqsədilə Parisin San Sülpis (SaintSulpice) meydanında “Azərbaycan şəhərciyi” təşkil olunub. Şəhərcikdə Azərbaycanın tarixi və mədəniyyəti, milli mətbəxi, xalq sənətkarlıq nümunələri, turizm imkanları, Azərbaycanın milli musiqi və rəqsləri təqdim olunub. Tədbirlər ərəfəsində Paris küçələri, ictimai nəqliyyatlar Azərbaycana aid afişalarla bəzədilib.
Şəhərcikdə Azərbaycan haqqında müxtəlif istiqamətlərdə müfəssəl məlumatlar öz əksini tapıb. “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgisində min illərdir ölkəmizdə yaranıb inkişaf edən mədəniyyət barədə məlumat verilib. Azərbaycanın qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatların, o cümlədən misgərlik məmulatlarının, şəbəkələr, milli geyimlər, milli musiqi alətləri, Azərbaycan xalçalarının geniş çeşidinin nümunələri təqdim olunub.
Nümayəndə heyətinin tərkibində Lahıc Tarix Mədəniyyət Qoruğunun baş fond mühafizi Nəzər Əliyev özünün və qəsəbə sənətkarlarının əl işlərindən ibarət sərgi ilə iştirak edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz