Zirvələrə doğru irəliləyiş


İnsan haqlarının əsas konsepti ondan ibarətdir ki, bütün insanlar insan olmalarına görə hamısı eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hamıya aid edilir.
“Konstitusiya” latınca “constitution” ifadəsindən olub, quruluş (təsisat, qurma) mənasını bildirir. Bu ifadənin tarixi kökü qədim zamanlarla bağlıdır. Hələ neçə-neçə əsr bundan əvvəl antik dövrün mütəfəkkirləri “konstitusiya” terminindən istifadə edirdilər. Roma imperatorlarının verdikləri dekretlər və digər sərəncamlar məhz konstitusiya adlanırdı. Müasir mənada konstitusiya ilk dəfə olaraq ABŞ-da (1787), daha sonra isə Fransada və Polşada (1791) qəbul edilmişdir.

Zirvələrə doğru irəliləyiş

Zirvələrə doğru irəliləyiş

Dövlətdə fərd azadlığı cəmiyyətin bütün üzvləri üçün vahid olan daimi qaydaların olmasından ibarətdir

Zirvələrə doğru irəliləyiş

İnsan haqlarının əsas konsepti ondan ibarətdir ki, bütün insanlar insan olmalarına görə hamısı eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hamıya aid edilir.
“Konstitusiya” latınca “constitution” ifadəsindən olub, quruluş (təsisat, qurma) mənasını bildirir. Bu ifadənin tarixi kökü qədim zamanlarla bağlıdır. Hələ neçə-neçə əsr bundan əvvəl antik dövrün mütəfəkkirləri “konstitusiya” terminindən istifadə edirdilər. Roma imperatorlarının verdikləri dekretlər və digər sərəncamlar məhz konstitusiya adlanırdı. Müasir mənada konstitusiya ilk dəfə olaraq ABŞ-da (1787), daha sonra isə Fransada və Polşada (1791) qəbul edilmişdir.
Konstitusiya haqqında təsəvvürlər bir qədər əvvəllər meydana gəlsə də, həmin dövrdə bu təsəvvürlər əsasən demokratiya və ədalət anlayışı əsasında dövlət hakimiyyətinin səmərəli təşkili məsələləri ətrafında qurulmuşdu. Artıq Konstitusiyanın qəbulunda məqsəd dövlət hakimiyyətinin həyata keçirilməsində sərhədi müəyyənləşdirmək, bu hakimiyyəti müəyyən çərçivə daxilində məhdudlaşdırmaq və bu hakimiyyətin həyata keçirilməsi zamanı mövcud hakimiyyət qollarının həm bir-birinə qarşı, həm də insan şəxsiyyətinə münasibətdə hörmətin bərqərar edilməsi olmuşdur. Konstitusiyanın inkişaf mərhələləri Azərbaycanın ictimai və dövlət quruluşunda baş verən dəyişikliklərlə əlaqədardır.
Konstitusiya Azərbaycan dövlətinin və cəmiyyətinin əsas qanunudur. Ona görə ki, hüquqi konstitusiyada ifadə olunan normalar real həyatda dövlət hakimiyyətinin həyata keçirilməsi ilə bağlı yaranan ictimai münasibətlərin daha vacib və zəruri sahəsini qaydaya və nizama salır.
Azərbaycanda Konstitusiyasının müasir dəyərlərinin tarixi kökləri vardı. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi
1918-ci ildə yaradılan və müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan, ölkənin hüquq sisteminə liberal dəyərlər gətirdi. Hüquq sistemində hakimiyyətlərin bölgüsü prinsipinin elan olunması demokratik islahatların əsas dəyəri oldu. ADR-in 25 yanvar 1919-cu ildə qəbul etdiyi “vəzifələrin uyğunsuzluğu” haqqında Qanun hakimiyyət bölgüsünün əsas şərtlərini icra hakimiyyətinin qanunverici hakimiyyətdən tam ayrı olmasını nəzərdə tuturdu. Sovetlər dövründə Azərbaycan SSR-də dörd Konstitusiya qəbul olundu. Azərbaycanın birinci Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunmuşdur. Respublikanın ictimai-siyasi, sosial-iqtisadi və hüquqi həyatda baş verən yeniliklər 1927-ci il martın 26-da Ümumazərbaycan Sovetlər qurultayı tərəfindən ikinci Azərbaycan Konstitusiyasının qəbul edilməsi ilə nəticələndi. Əvvəlki konstitusiyalardan fərqli olaraq Azərbaycanın 1937-ci il Konstitusiyası bir sıra yeni fəsilləri – “İctimai quruluş”, “Vətəndaşların əsas hüquq və vəzifələri”, “Naxçıvan MSSR-in ali dövlət hakimiyyəti orqanları”, “DQMV-nin dövlət hakimiyyəti orqanları”, “Məhkəmə və prokurorluq” adlanan fəsilləri ehtiva edirdi . Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi. 70 il ərzində Azərbaycan Respublikasına qarşı əslində müstəmləkəçilik siyasəti yeridilir, Azərbaycanın təbii ehtiyatları amansızcasına istismar olunur, milli sərvətləri çapılıb talanır. Azərbaycan xalqı təqiblərə və kütləvi cəza tədbirlərinə məruz qalırdı, onun milli ləyaqəti tapdalanırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı dövlət müstəqilliyi uğrunda mübarizəni davam etdirirdi.
“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə də bu mübarizənin yekunu olmuşdur.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün mərhum Prezident, ümummilli lider Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.
Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. 2009-cu il martın 18-də keçirilən referendumda isə Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası dörd əsas məsələni həll edir:
* birincisi, ictimai quruluşun, dövlətin ərazi-siyasi quruluşunun və idarəetmə mahiyyəti məsələsini;
* ikincisi, dövlət hakimiyyətinin təşkili məsələsini;
* üçüncüsü, şəxsiyyətin hüquqi statusu məsələsini;
* dördüncüsü, yerli özünüidarənin mahiyyəti məsələsini.
Azərbaycan Respublikasının Konstitusiyası yalnız dövlətin təşkilini deyil, həm də qeyri-dövlət sahələrini – sosial-iqtisadi quruluşun əsaslarını, cəmiyyətin mədəni həyatını, insan və vətəndaşın hüquq, azadlıq və vəzifələrini əhatə edir. Bu gün respublikamızın hüquqi dövlət quruculuğu yolunu tutması onun sosial və mənəvi həyatımızda yeni, yüksək zirvələrə doğru irəliləməsindən xəbər verir.
Şahin Kərimov,
İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbinin tarix müəllimi

Şərh Yaz