Heç kəs ondan ayrılmaq istəmirdi

İsmayıllı gözəlliklər diyarı, Azərbaycanın mirvarisidir. Bu yerlər şərəfli adları Azərbaycan tarixinə düşən neçə-neçə elm, sənət və zəhmət, əmək və müharibə qəhrəmanının vətəni, sevdiyi torpaqdır. Bu torpağın yetirmələri doğma yurda qəlbən bağlılıqları ilə onun dillər əzbəri olmasına səy göstəriblər.
Dediklərim ulu öndər Heydər Əliyevin şəxsi müşahidələrində İsmayıllı və ismayıllılar barəsində söylədiyi fikirlərdə daha geniş ifadə olunub:
– İsmayıllı çox yaxşı rayondur, mən buranı yaxşı tanıyıram, əhalisi çox zəhmətkeşdir. Azərbaycana rəhbərlik etdiyim o illərdə mən bu rayondan bir dənə də olsun mənfi şey eşitməmişdim. Təbiəti yaxşıdır, bütün ətrafı gözəl meşələr, çaylardır. İndi Allah sizə belə gözəl bir yer nəsib edibdir…

Heç kəs ondan ayrılmaq istəmirdiHeç kəs ondan ayrılmaq istəmirdi

İsmayıllı gözəlliklər diyarı, Azərbaycanın mirvarisidir. Bu yerlər şərəfli adları Azərbaycan tarixinə düşən neçə-neçə elm, sənət və zəhmət, əmək və müharibə qəhrəmanının vətəni, sevdiyi torpaqdır. Bu torpağın yetirmələri doğma yurda qəlbən bağlılıqları ilə onun dillər əzbəri olmasına səy göstəriblər.
Dediklərim ulu öndər Heydər Əliyevin şəxsi müşahidələrində İsmayıllı və ismayıllılar barəsində söylədiyi fikirlərdə daha geniş ifadə olunub:
– İsmayıllı çox yaxşı rayondur, mən buranı yaxşı tanıyıram, əhalisi çox zəhmətkeşdir. Azərbaycana rəhbərlik etdiyim o illərdə mən bu rayondan bir dənə də olsun mənfi şey eşitməmişdim. Təbiəti yaxşıdır, bütün ətrafı gözəl meşələr, çaylardır. İndi Allah sizə belə gözəl bir yer nəsib edibdir…
Bu gözəl məkanın doğum yerimiz olmasından fəxr duyuruq. Əməli fəaliyyətimizlə onun çiçəklənməsi yolunda qüvvə və bacarığımızı əsirgəmədən çalışırıq. İsmayıllılar bütün dövrlərdə vətənə, dövlətə və dövlətçiliyə sədaqətli olublar. Bu hal ölkəmizdə ikinci dəfə qazanılan müstəqilliyin qorunub saxlanması və inkişaf etdirilməsi məsələsində özünü daha açıq və yüksək səviyyədə göstərib və göstərməkdədir. Bu gün Azərbaycanın hər yerində gedən inkişafa sevinən ismayıllılar doğma rayonda vüsət almış tikinti-quruculuq, abadlıq işlərinə yüksək dəyər verirlər. Burada hər kəs tam aydınlığı ilə bilir ki, dövlət başçısı cənab İlham Əliyevin prezidentlik müddətində ölkədə çox böyük işlər görülüb və görülməkdə davam edir.
Müstəqilliyimizdən, insan amilinə verilən dəyərdən bəhrələnən vətəndaşlarımız sözün həqiqi mənasında xoşbəxtliklərini çəkdikləri zəhmətdə, çalışqanlıqda görürlər. Bunun sayəsində ölkədə son illərdə ümumi daxili məhsul xeyli artmış, əhalinin sosial rifah halı xeyli yaxşılaşmış, yoxsulluq azalmış, Azərbaycan əhalisinin pul gəlirləri çoxalmışdır. İşləyənlərin əmək haqqı, pensiyaçıların təqaüdləri dəfələrlə artırılmışdır. Ölkənin hər bir vətəndaşına göstərilən diqqətin müqabilində İsmayıllı ağsaqqalları, ziyalıları, sahibkarları bir nəfər kimi, cənab İlham Əliyevin daxili və xarici siyasətini ürəkdən bəyənir və onu daim dəstəkləyirlər.
Heç kəs ondan ayrılmaq istəmirdi
Yaxın keçmişimizi xatırlayanda istər-istəməz Azərbaycanın böyük istiqlal şairi Məhəmməd Hadinin təəssüf dolu, məşhur bir misrası yada düşür: “Yox millətimin imzası imzalar içində”. Amma nə yaxşı ki, bu gün bu üzüntünü yaşamırıq, bizə və övladlarımıza qismət olmadı. Çox fərəhlidir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqımızın imzasını bütün dünyaya tanıtmışdır. Ulu öndərin uzaqgörənliyindən doğulan uğurlu və sistemli siyasi xəttinin layiqli davamçısı cənab İlham Əliyev də bu sahədə çox mühüm addımlar atmışdır.
Prezident İlham Əliyevin ölkənin ayrı-ayrı regionlarına səfərləri vətəndaşlar tərəfindən maraqla izlənilir və rəğbətlə qarşılanır. Əlbəttə, məlum məsələdir ki, ölkə başçısının regionlara səfərləri görülən işlərə baxış, görüləcək işlərə istiqamət vermək baxımından çox əhəmiyyətlidir.
2013-cü ilin avqust ayında cənab Prezidentin İsmayıllı rayonuna səfəri yaxşı yadımızdadır. Prezidentin müvafiq Sərəncamı ilə həmin ilin fevral ayında Əməkdar elm xadimi Mirdaməd Sadıqov rayona İcra Hakimiyyəti başçısı təyin olunmuşdu. Təyinatdan sonra bölgədəki ictimai-siyasi duruma, verilən tövsiyə və tapşırıqların icrasına nəzarət, qarşıda duran vəzifələrin müəyyən edilməsi qədər yüksək əhəmiyyətə malik bir səfər ismayıllılar üçün çox yaddaqalan oldu. Prezident rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Səmimi söhbət zamanı görülən işlər alqışlandı, görüləcək işlər müəyyənləşdirildi, başlıca diqqət insanların güzəranına, vətəndaşların daha rahat yaşamasını təmin edə biləcək məsələlərə yönəldildi.
Bu görüşdə prezident İlham Əliyevin dediklərini yaxşı xatırlayıram:
– Mən çalışacağam ki, bundan sonra da xalqın etimadını doğruldum. Çünki hələ görüləsi işlər çoxdur. Doğrudan da, bizim gözəlləşən şəhərlərimiz, abadlaşan kəndlərimiz, bugünkü reallıqdır…
– Azərbaycan bölgənin lider dövlətidir. Bunu artıq bütün beynəlxalq aləm də etiraf edir. Azərbaycan dünya miqyasında böyük nüfuza malikdir, dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüdür, iqtisadi islahatlar sahəsində nümunə göstərən ölkədir. Bilirəm ki, Azərbaycanın bölgələrində aparılan islahatlar və regional inkişaf proqramları ilə bağlı təcrübə başqa ölkələrdə də öyrənilir. Biz buna necə nail ola bilmişik? Biz bölgələri necə canlandıra bilmişik?
Hələ görüləsi işlər çoxdur. Elə rayonlar vardır ki, orada işlər çox yaxşı gedir. Elə rayonlar vardır ki, bir qədər zəif gedir. Ona görə mən də çalışıram ki, bütün rayonlarda mütəmadi qaydada olum və işlərin nə yerdə olduğunu öz gözümlə görüm…
Prezidentin belə aydın, səmimi çıxışını rayonun rəhbərliyi, sadə sakinləri, əsl iş adamları özlərinin fəaliyyət proqramı kimi qəbul etdilər. Qısa müddətdə hər bir sahədə nəzərə çarpan canlanma, tikinti-abadlıq işləri rayon mərkəzinin simasını yaxşılığa doğru, ürəkaçan şəkildə dəyişdi. İsmayıllılar böyük qürur hissi ilə doğma rayonlarını Azərbaycanın mirvarisi adlandırdılar. Görülən işlərin, gedən inkişafın fonunda bu ad həqiqətən də İsmayıllıya yaraşır.
Bir il sonra ölkə rəhbərinin İsmayıllıya yenidən səfərə gəlməsi bu bölgənin daha çox diqqətdə olmasını bir daha sübut etdi. Özümü xoşbəxt sayıram ki, cənab Prezidentin 22 sentyabr 2014-cü il səfərində onu qarşılayan ictimaiyyət nümayəndələri sırasında mən də var idim.
Vətənini bu qədər qəlbən sevən, onun tərəqqisi və inkişafı üçün yorulmadan çalışan Prezidentin üzbəsurət çıxışını, ölkənin vətəndaşlarına verdiyi qiyməti, tövsiyələrini dinləmək bir əbədi xoş xatirədir.
Görüş zamanı söz yox ki, hər birimizin diqqəti cənab Prezidentdə, onun sadə, lakin kifayət qədər məzmunlu ifadələrində idi:
– Rayonun inkişafı sürətlə gedir. Mən keçən il İsmayıllı rayonuna gəlmişdim və indi gördüklərim məni çox sevindirir. Şəhərin abadlaşması, küçələrin salınması, binaların bərpası, yeni ictimai yerlərin yaradılması Azərbaycanda gedən ümumi siyasətimizin təzahürüdür. Çünki mən istəyirəm ki, hər bir şəhərdə, hər bir rayonda işlər yaxşı getsin.
Son dövrdə İsmayıllıda görülən işlər, yerli rəhbərlik tərəfindən irəli sürülmüş təşəbbüslər xalq tərəfindən də dəstəklənir. Mən də Prezident kimi daim İsmayıllının inkişafını diqqət mərkəzində saxlayacağam…
Həmin gün Prezidentin ictimaiyyətlə görüşü əsaslı təmirdən sonra açılışı keçirilən Rayon Mərkəzi Xəstəxanasının önündə oldu. Xəstəxanadakı şəraitlə tanışlıqdan sonra cənab İlham Əliyev sanki sevincini bizimlə bölüşürdü:
– İndi burada bütün imkanlar var. Gözəl şərait, avadanlıq və tibbi xidmət də buna uyğun şəkildə, yüksək səviyyədə olmalıdır. Çünki insanların sağlamlığı əlbəttə ki, hər bir insan üçün, dövlətimiz üçün çox vacibdir. Yeni gənc nəsil yetişir. Onlar da fiziki, mənəvi cəhətdən sağlam olmalıdırlar.
İnsanların sağlamlığını şərtləndirən bir neçə amil var. Onlardan birincisi əlbəttə ki, tibbi xidmətdir – vaxtında diaqnostikadan, müayinədən keçməkdir…
Sonda çox yaddaqalan bir məqam oldu. Cənab İlham Əliyevin nitqindəki şirinlik, sadəliklə fikirlərini yekunlaşdırsa da, heç kəs ondan aralanmaq istəmirdi. Həmin dəqiqələrdə görüş iştirakçılarının timsalında Azərbaycan xalqının öz Prezidentinə olan sevgisini, məhəbbətini, bağlılığını gördüm.
Bir sadə, Vətənini qəlbən sevən ziyalı vətəndaş kimi cənab İlham Əliyevlə fəxr edirəm. Qürur duyuram ki, bütün ailə üzvləri ilə bərabər o, Azərbaycanın tərəqqisi, çiçəklənməsi üçün çalışır. Sevinirəm ki, bu çalışmada onun böyük, tarixi uğurları var. İlham Əliyev yüksək dövlət idarəçiliyi bacarığı, dərin zəkası və gərgin əməyi sayəsində xalqımızın da imzasının imzalar içində olmasına nail olub.
Xalqımızın və dövlətimizin yeganə, həll olunmamış problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində cənab İlham Əliyev çox mühüm işlər görür, beynəlxalq danışıqlar aparır, məsələnin sülh yolu ilə, sərhədlərimizin bərpası şəraitində təmin olunmasına çalışır.
26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının ildönümləri ilə əlaqədar möhtəşəm hərbi paradların keçirilməsini qürur hissi ilə dəfələrlə izləmişik. Paradın gedişini izləmək hər birimizdə dövlətimizin qüdrətinə böyük inam yaradır. Bütün ölkə vətəndaşları kimi, biz ağsaqqallar da fəxr edirik ki, bu cür – sistemli, nizamlı və qüdrətli ordumuz var. Bu gün böyük inam hissi ilə bildiririk ki, torpaqlarımız sülh yolu ilə alınmazsa, məhz Ali Baş Komandan cənab İlham Əliyevin əmri və ordumuzun gücü ilə alınacaqdır. Prezidentimizə inamımıza görə əminik ki, üçrəngli bayrağımız tezliklə Xankəndidə, Şuşada, Xocalıda və işğal altında olan digər torpaqlarımızda dalğalanacaqdır.
İsmayıllı ağsaqqalları, onlardan yetərincə və düzgün tərbiyə alan gənclər və yeniyetmələr bu gün ölkədə və rayonda gedən quruculuq işlərinin gedişindən çox razıdırlar. Çox sevindirici haldır ki, hər kəs görülən işlərdə qüvvəsi, bacarığı, imkanları daxilində iştirakçı olmağa səy göstərir. Çox şadıq ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan milli dövlətçilik konsepsiyası onun varisi, layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ölkəmizdə, ayrı-ayrı bölgələrdəki inkişaf məhz bu gərgin əməyin və düzgün seçilmiş istiqamətin nəticəsidir.
Cənab Prezident İsmayıllıya olan, 22 sentyabr 2014-cü il tarixli səfərini də elə bu ruhda tamamladı:
– Hər bir rayonda, hər bir kənddə əgər bütün problemlər həll olunarsa, onda ölkədə problem qalmayacaq. Hər halda biz buna çalışmalıyıq və əminəm ki, İsmayıllı rayonu qısa müddət ərzində ölkədə ən qabaqcıl rayonlardan birinə çevriləcəkdir. Mən də çalışacağam ki, sizinlə bərabər bu məqsədə nail olaq…
Cümşüd Hacıyev

Şərh Yaz