Təmizlik sağlam gələcəkdir

Rayonumuzda aparılan geniş quruculuq və abadlıq işlərinin davamı olaraq RİH başçısı hörmətli Mirdaməd müəllimin 17 iyul 2014-cü il tarixli 120 nömrəli sərəncamına əsasən 01 avqust 2014-cü il tarixdən “Təmiz şəhərdə yaşa“ devizi altında “Gələcək öz əlimizdədir” layihəsinin icrasına başlanmışdır. Bu layihə istər dövlət qurumları, istərsə də sadə vətəndaşlar tərəfindən yüksək qiymətləndirilmişdir. Artıq bu işin icrasına başlanmış küçələrdə və məhəllələrdə vətəndaşlarla birlikdə vaxtaşırı iməciliklər aparılır. Lakin təəssüflər olsun ki, hələ də bəzi sahibkarlar və vətəndaşlar bu işlərə seyrçi mövqeyindən yanaşırlar. Obyektlərinin və evlərinin qarşısını təmizləmirlər, buradan çıxan tullantıları ərazidə yerləşən qutulara deyil, ətrafa atırlar. Bununla da mədəniyyətlərinin səviyyəsini göstərilər. Belələrinə qarşı aidiyyəti qurumlarla bərabər ziyalılar, ağsaqqallar, məktəblilər, bir sözlə, ictimaiyyət mübarizə aparmalıdır.

Bütün bunlara baxmayaraq rayon ərazisində aidiyyəti qurumlarla bərabər vaxtaşırı reydlər keçirməklə əhali arasında maarifləndirmə işləri aparılır.
Küçə ticarətinə qarşı keçirilmiş reydlər zamanı Qanuna əməl etməyən 5 fiziki şəxs barəsində cərimə olunmaqla protokol tərtib edilib. Bu sahədə işlər tərəfimizdən gələcəkdə də davam etdiriləcəkdir.
Odur ki, bütün hüquqi və fiziki şəxsləri, vətəndaşları işlədikləri və yaşadıqları yerləri təmiz saxlamağa dəvət edirik.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Reyestr Xidmətinin rəsmi çıxarışı əsasında Sahibkarlıq subyektlərində yeyinti məhsullarının daşınması, saxlanması və satışı zamanı aparılan sanitariya müayinəsi zamanı 26 fiziki və hüquqi şəxs inzibati qaydada cərimə olunmuşdur. Digər fiziki şəxslərə isə yol verdikləri nöqsanları aradan qaldırmaq üçün vaxt verilmişdir.
Hörmətli İsmayıllı sakinləri ! Yaşadığınız ətraf mühitin təmizliyi özümüzün və gələcək nəslimizin sağlamlığı üçündür. Təmizliyə riayət etmək hər birimizin borcudur. Axı rayonumuzu gözəl təbiətinə və təmiz havasına görə Azərbaycanın mirvarisi adlandırmışlar.
Xanlar Qəmbərov,
İsmayıllı Rayon GEM-nin direktoru

Şərh Yaz