Ağacəkmə kompaniyası

Oktyabr ayının 18-də İsmayıllı rayonunda növbəti ağacəkmə kompaniyasına start verilib.
Ağacəkmə kompaniyası

Oktyabr ayının 18-də İsmayıllı rayonunda növbəti ağacəkmə kompaniyasına start verilib. Rayon ziyalıları, yerli təşkilatların nümayəndələri və şəhər sakinləri təşəbbüsə qoşularaq ağacəkmə kompaniyasında həvəslə iştirak ediblər. Rayon ərazisində təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün Bakı-İsmayıllı magistral yolunun kənarında xüsusi təyin olunan sahədə akasiya, cökə, palıd növündən olan 2000 ədəd ağac əkilib. Sakinlərin xüsusi səliqə ilə əkdiyi tinglərin dibləri bərkidilib və suvarılıb. Əkilən yeni ağaclara vaxtaşırı qulluq edilməsi qərara alınıb. Eyni zamanda əkilən cavan tinglərin qorunması üçün sahənin sərhədlərinə çəpər çəkilib, mal-qaranın əraziyə girişi məhdudlaşdırılıb. Əkin materialı kimi İsmayıllı rayon landşaftına uyğun tinglərdən istifadə olunub. Yaşıllıqların sayının artırılması istiqamətində keçirilən bu aksiya davam etdiriləcək.
“İsmayıllı xəbərləri”

Şərh Yaz