Təmizliyi qoruyaq

Oxuduğum N.Behdiyev adına şəhər 6 nömrəli tam orta məktəbinin müəllim və şagird kollektivi “Təmiz şəhərdə yaşa” devizi altında keçirilən “Gələcək öz əlimizdədir” layihəsinə qoşulub, hər həftənin şənbə günü yaşadığımız məhəllələrdə təmizlik işləri aparır, iməciliklər təşkil edirik. Bu yaxınlarda müəllim və şagirdlərimizdən bir qrupu M.F.Axundov və Ə.Ələkbərzadə küçələrinin kəsişdiyi ərazidən məktəbə qədər olan yolun kənarlarında təmizlik işləri aparıblar. Təmizliyi qoruyaq

Oxuduğum N.Behdiyev adına şəhər 6 nömrəli tam orta məktəbinin müəllim və şagird kollektivi “Təmiz şəhərdə yaşa” devizi altında keçirilən “Gələcək öz əlimizdədir” layihəsinə qoşulub, hər həftənin şənbə günü yaşadığımız məhəllələrdə təmizlik işləri aparır, iməciliklər təşkil edirik. Bu yaxınlarda müəllim və şagirdlərimizdən bir qrupu M.F.Axundov və Ə.Ələkbərzadə küçələrinin kəsişdiyi ərazidən məktəbə qədər olan yolun kənarlarında təmizlik işləri aparıblar.
Şəhər sakinlərindən, məktəbli dostlarımızdan bir xahişimiz var: gəlin, hər birimiz oxuduğumuz məktəbin ərazisini, çalışdığımız iş yerlərini, qapımızın açıldığı küçəni təmiz saxlayaq. Təmizliyi qoruyaq, təmiz şəhərdə yaşayaq. Axı təmizlik sağlamlıq və gözəllikdir.
Murad Ağazdə

Şərh Yaz