Gözəlliyə qıymayın

Epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə İsmayıllı rayonu ərazisində 2014-cü ilin avqust ayının 1-dən “Təmiz şəhərdə yaşa” devizi altında “Gələcək öz əlimizdədir” layihəsi start götürüb.
Layihə çərçivəsində 18 oktyabr 2014-cü il tarixdə rayon mərkəzində rəsm müsabiqəsi təşkil edilib. Müsabiqədə Fazil Əzimov adına İsmayıllı Uşaq İncəsənət Məktəbinin balaca rəssamları insanları təmizliyə riayət etməyə çağıran rəsmlər çəkiblər.

Gözəlliyə qıymayınGözəlliyə qıymayın

“Təbiətin İsmayıllıya verdiyi gözəlliyə qıymayın, axı bura evimizdir”.

Epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə İsmayıllı rayonu ərazisində 2014-cü ilin avqust ayının 1-dən “Təmiz şəhərdə yaşa” devizi altında “Gələcək öz əlimizdədir” layihəsi start götürüb.
Layihə çərçivəsində 18 oktyabr 2014-cü il tarixdə rayon mərkəzində rəsm müsabiqəsi təşkil edilib. Müsabiqədə Fazil Əzimov adına İsmayıllı Uşaq İncəsənət Məktəbinin balaca rəssamları insanları təmizliyə riayət etməyə çağıran rəsmlər çəkiblər.
Gözəlliyə qıymayın
Rayon məktəblərinin şagirdləri “Təbiətin İsmayıllıya verdiyi gözəlliyə qıymayın, axı bura evimizdir”, “Təmizlik sağlamlıqdır” yazıları əks edilmiş plakatlarla insanları layihəyə dəstək verməyə dəvət ediblər.
Gözəlliyə qıymayın
İsmayıllı Mədəniyyət Sarayının qarşısında şəhər 1, 2, 3 nömrəli və Talıstan kənd körpələr evi-uşaq bağçalarının balaca fidanları əllərindəki plakatlar, təmizliyi qorumağa səsləyən fikirlər və rəqslərlə insanları şəhərin təmizliyini qorumağın vacibliyini çatdırıblar. Böyüklər adətən, uşaqların sözünü dinləyir və əməl etməyə çalışırlar. Bu baxımdan layihədə balacaların iştirakı mühüm əhəmiyyət kəsb edir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz