Təmizlik sağlamlıqdır

16 oktyabr 2014-cü il tarixində A.Aslanov adına 2 nömrəli tam orta məktəbdə İsmayıllı Rayon İcra Hakimiyyətinin 17 iyul 2014-cü il 120 nömrəli sərəncamına əsasən 1 avqust 2014-cü il tarixdən etibarən “Təmiz şəhərdə yaşa” devizi altında “Gələcək öz əlimizdədir” layihəsinin icrasına uyğun olaraq “Təmizlik sağlamlıqdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə təmizliyi əks etdirən şeirlər və mahnılar səsləndirilib. Bu mövzu ilə əlaqədar yazılmış plakatlar, şəkillər, rayonumuzun müxtəlif guşələrini göstərən slaydlar nümayiş etdirilib.

Təmizlik sağlamlıqdırTəmizlik sağlamlıqdır

Müəllimlər və şagirdlər tədbirin səmərəliliyi və faydası haqqında danışıblar. Məktəbin direktoru R.Dadaşov çıxışında qeyd edib ki, layihənin məqsədi rayonumuzda aparılan abadlıq və quruculuq işlərini daha yüksək və intensiv şəkildə həyata keçirməkdir. Ölkə əhalisinin həyat, məişət şəraitinin daha da yüksəldilməsi, kommunal xidmətlərin, sanitar-gigiyenik və ekoloji vəziyyətin yaxşılaşdırılması , ətraf mühitin təmizliyinin qorunub saxlanması istiqamətində həyata keçirilən tədbirlər hamı tərəfindən bəyənilir.
Yaşıllıq zolaqları salmaq, yeni tinglər və ağaclar əkmək, onlara qulluq etmək, bu işə geniş ictimaiyyəti cəlb etmək hamımızın borcudur. Çünki, təbiət bizim evimizdir, sağlam gələcəyimiz isə sağlam, təmiz mühitdən başlayır.
Tədbirin sonunda “Təmizlik sağlamlıqdır” mövzusunda şagirdlərin çəkdikləri rəsm nümunələri nümayiş etdirilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz