“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi”ndə 190-cı maddəyə dəyişiklik edilib

Məlumat üçün bildirirəm ki, rayon statistika idarəsi hüquqi və fiziki şəxslərlə qarşılıqlı əməkdaşlıqdan məmnundur. Lakin təəssüflər olsun ki, regionun real iqtisadi mənzərəsinin statistik göstəricilərdə daha dolğun əks etdirilməsi üçün rəsmi statistik hesabat məlumatları bir sıra hallarda müəssisə və təşkilatlar tərəfindən təqdim edilmir, yaxud gecikmələrlə və ya səhvlərlə təqdim olunur.
Nəzərinizə çatdırıram ki, “Rəsmi statistika haqqında” Qanunun 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər statistik müşahidələrin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar.

Qanunun 27-ci maddəsinə əsasən, məlumatların təqdim edilməməsinə, yaxud vaxtında təqdim edilməməsinə və ya hesabatların təhrif edilməsinə görə cavabdeh şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 987-IVQD nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanuna əsasən, Məcəllənin 190-cı maddəsində “Statistika müşahidələrinin keçirilməsi üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə” 300 manatdan 700 manatadək məbləğində cərimə nəzərdə tutulmuşdur.
Qanuna görə, məsuliyyətə cəlb etmə hüquqi və fiziki şəxsləri statistik məlumatları təqdim etməkdən azad etmir.
Əziz Əzizov,
İsmayıllı Rayon Statistika İdarəsinin rəisi

Şərh Yaz