Şeir antologiyası

2014-cü ildə “Beynəlxalq Rəsul Rza Mükafatı laureatlarının şeir antologiyası” adlı kitab çapdan çıxıb.
Şeir antologiyasıŞeir antologiyası

2014-cü ildə “Beynəlxalq Rəsul Rza Mükafatı laureatlarının şeir antologiyası” adlı kitab çapdan çıxıb.
Şeir antologiyası
Kitabda müxtəlif illərdə Beynəlxalq Rəsul Rza Mükafatına layiq görülmüş şairlərin yaradıcılığından nümunələr toplanıb. Rəsul Rza Fondunu təsis etdiyi mükafat hər il şairin anadan olduğu gün – may ayının 19-da elan edilir. İlk şərt kimi müəllifin istedadlı olmasına üstünlük verilir. İkinci şərt isə Rəsul Rzanın amalı, əqidəsi onun ədəbi məktəbi, nəhayətdə, Azərbaycan ədəbiyyatının təbliği əsas götürülür.
Kitabda həmyerlimiz Mövlud Teymurun şeirləri də yer alıb.

Torpaq

Gün döydükcə torpağı,
Torpaq qızıla dönür.
El öydükcə torpağı,
Şəkərə, bala dönür.

İşıqlıdı, nurludu,
Çeşidlidi, dürlüdü.
Sünbülü qürurludu,
Demərəm kola dönür.

Qaragözdü bu torpaq,
Bir ağ üzdü bu torpaq,
Gül, nərgizdi bu torpaq,
Ləçəkdə xala dönür.

Qoymaz bizə o, minnət –
Babalardan əmanət.
Ölsən, torpaqdı cənnət,
Qalsan, amala dönür!
Ç.Bəhərçinli

Şərh Yaz