Radikulit, osteoxondroz xəstəliklərinin müasir müalicəsi

Osteoxondroz xəstəliyinin çox geniş yayılması müxtəlif ixtisaslı həkimlərin bu xəstəliklə ciddi məşğul olmasına gətirib çıxarmışdır.
30 yaşından sonra dünyada hər 4 nəfərdən biri osteoxondrozun əsas əlamətlərindən olan diskogen radikulitdən əziyyət çəkir.
Fəqərə sütunu baş, boyun və gövdənin düz şaquli vəziyyətdə saxlayan və onurğa beynini qoruyan bir örtükdür. Fəqərə sütunu 32 və bəzən 33 fəqərədən ibarət olur. Onlardan 7-si boyun, 12 döş, 5-i bel, oma və büzdüm fəqərələrdən ibarətdir.

Radikulit, osteoxondroz xəstəliklərinin müasir müalicəsi

Osteoxondroz xəstəliyinin çox geniş yayılması müxtəlif ixtisaslı həkimlərin bu xəstəliklə ciddi məşğul olmasına gətirib çıxarmışdır.
30 yaşından sonra dünyada hər 4 nəfərdən biri osteoxondrozun əsas əlamətlərindən olan diskogen radikulitdən əziyyət çəkir.
Fəqərə sütunu baş, boyun və gövdənin düz şaquli vəziyyətdə saxlayan və onurğa beynini qoruyan bir örtükdür. Fəqərə sütunu 32 və bəzən 33 fəqərədən ibarət olur. Onlardan 7-si boyun, 12 döş, 5-i bel, oma və büzdüm fəqərələrdən ibarətdir.
Fəqərə – cismindən, arxa və köndələn çıxıntılardan təşkil olunmuşdur. Fəqərələrin arasında isə fibroz həlqə yerləşir. Bu fibroz həlqə amortizator rolunu oynayır, fəqərə sütununa olan təzyiqi neytrallaşdırır və fəqərələrin zədələnməsinin qarşısını alır.
Fəqərə cisimləri pulpoz nüvədən və hialin təbəqədən təşkil olunur.
Fəqərə arası disklərin-həlqələrin müxtəlif təsirlərdən: mikro və makro zədələnmələr, iltihabi proseslər, infeksiyalar, revmatizm, rütubətli mühit, oturaq həyat tərzi və s. nəticəsində degenerasiyaya (dağılma) uğrayır ki, bu proses osteoxondroz adlanır.
Bu xəstəliyə əvvəlcə radikulit lümbaqo və s. adlar qoyulmuşdur. El arasında duzlaşma da deyirlər. Rentgenoloji, kompyuter və maqnit rezonans tomoqrafiyası zamanı xəstəliyin tam diaqnozu qoyulur.
Xəstəlik vaxtında diaqnoz qoyulub müalicə olunmasa daha ağır formada spondilyoza, spondilolistoza, onurğa beyin yırtığına gətirib çıxarır. Getdikcə fəqərə sütunu əyilir skloiz inkişaf edir. Bunun nəticəsində sinirlər sıxılır, aşağı ətraflarda arıqlamağa – atrofiyaya səbəb olur.
Belə xəstələr sərbəst gəzməkdə çox çətinliklə üzləşir, əl ağacına müraciət edərək iş qabiliyyətini itirir və sonda əlil olurlar. Bu zaman cərrahi əməliyyat qaçılmaz olur.
Cərrahi əməliyyat zamanı əmələ gələn fəsadlar: qanaxma, sinirlərin zədələnməsi və s. fəsadları və problemləri – uzun müddət korsetin gəzdirilməsi, fiziki iş qabiliyyətinin mümkün olmaması və digər fəsadlar xəstələrin həyat fəaliyyətinin davam etdirilməsi üçün ciddi problemlər törədir. Məsələn, fəqərə diskinin yırtığının təkrar əmələ gəlməsi və digər narahatlıqlar xəstəliyin erkən mərhələsində müalicənin xüsusi əhəmiyyətli olduğunu diqqətə çəkir.
Əməliyyatdan sonrakı bağırsaqların parezi-hissiyyatının kəskin pozulması və digər fəsadlara da az rast gəlinmir. Aşağı ətrafların tromboflebiti xüsusi qeyd olunmalıdır. Bu fəsadların müalicəsi bir sıra çətinliklərlə yanaşı xəstənin uzun müddət yataq rejimində qalması ilə bərabər xeyli vəsait xərclənməsinə də səbəb olur. Xəstəliyin müalicəsində ən effektli üsul distraksiya, yəni dartmaqla müalicədir. Əksər hallarda birinci seansda xəstələrin ağrıları kəskin azalır və xəstə özünü çox yaxşı hiss edir. Fəqərə sütununda hər hansı ağrı və narahatlıq hiss olunanda ara həkimlərinə – yalançı təbiblərə deyil, ixtisaslı həkimə müraciət etmələri vacibdir. Uzun müddət MRX-nın baş həkiminin müalicə işləri üzrə müavini və baş həkim işlədiyim dövrlərdə tez-tez məktəb, idarə və müəssisələrdə əhalinin dispanseriziyası zamanı müayinələr apararkən müşahidə etdiyim bu tip xəstələrin çoxluğu və bir nəfər yaxın qohumumun osteoxondroz xəstəliyindən ciddi əziyyət çəkməsi, bu xəstəliyin müalicəsində az effekt verən dərman müalicəsindən başqa, məni digər üsul axtarmağa sövq etdi.
Bu xəstəliklə əlaqədar bir neçə ay məşğul olduqdan sonra “distraksiya-dartma” aparatının maketini düzəldib sifariş verdim. Aparat hazır olandan sonra xəstələri müalicə etməyə başladım. İlk nəticə uğurlu oldu, yüksək dərəcədə effektli alındı. Xəstələr ilk seansdan ciddi dərəcədə yaxşılaşma olduğunu bildirdilər, ağrılar 70-80 faiz azaldı, yerimək yaxşılaşdı.
Bir neçə misal çəkmək yerinə düşərdi.
Şirvan şəhərindən xəstə M. bildirdi ki, sol aşağı ətraflarda, xüsusilə baldırlarında olan ağrıdan şikayətlidir. Birinci seansdan sonra ağrısı kəsildi və böyük minnətdarlıq edərək 10 günlük müalicədən sonra sağalıb getdi. Həmin xəstə 3 ildən sonra ağırlıq qaldırarkən belində ağrı hiss edib. bir seans distraksiya dartmadan sonra meşəyə odun qırmağa getdiyini qeyd edib (10 il əvvəl), hal-hazırda sağlam vəziyyətdədir.
2014-cü ilin may ayında xəstə A. iki nəfərin köməkliyi ilə terapevt tərəfindən distaksiya aparatına müalicəyə göndərilmişdi.
İlk seansdan sonra səhəri gün həmin xəstə minik maşınını özü idarə edərək müalicəyə gəldi və 5 seansdan sonra özünü çox yaxşı hiss edib iş fəaliyyətini davam etdirdi.
Distraksiya-dartma elektrik qızdırıcısı ilə aparıldığı üçün xəstələr dartma zamanı ağrı hiss etmirlər.
Distraksiya aparatında fəqərə sütunu xəstəliklərindən əlavə diz, topuq oynaqlarının artrozu, artrik və s. xəstəliklərlə elektroforrez, solyuks + naftalan və müasir “Ruslan” lazer aparatları ilə müalicə yüksək effektlə davam etdirilir. Aparatın amoostasiyası və müalicə effektliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin elmi şurasında müzakirə olunub və mənə bu barədə ixtiraçı kimi xüsusi vəsiqə verilib. Aparatla müalicə vəziyyətdən asılı olaraq 3-6 aydan sonra bir iki dəfə təkrar olunur, uzun müddətli remisiya xəstəliyin təkrar olunmaması müşahidə edilir.
Bu xəstəliyin praktikasında valideynlər və məktəb həkimlərinin üzərinə böyük məsuliyyət düşür.
Hikmət Cəfərov,
tibb üzrə fəlsəfə doktoru

Şərh Yaz