İsmayıllı Uşaq Kitabxanasında növbəti yaradıcı tədbir

Oktyabr ayının 25-də İsmayıllı Uşaq Kitabxanasının və şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının təşkilatçılığı ilə “Ekologiyanın qorunması” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova son dövrlər İsmayıllıda geniş vüsət alan ekoloji maarifləndirmə tədbirləri haqqında danışıb.

İsmayıllı Uşaq Kitabxanasında növbəti yaradıcı tədbirİsmayıllı Uşaq Kitabxanasında növbəti yaradıcı tədbir

İsmayıllı Uşaq Kitabxanasında növbəti yaradıcı tədbir

İsmayıllı Uşaq Kitabxanasının müdiri Rəna Süleymanova gələn qonaqları salamlayıb, kitabxananın əsaslı təmir edilməsinə görə prezident İlham Əliyevə təşəkkür edib. Kitabxanada uşaqlar üçün yaradılan “Nağıl otağı” haqqında məlumat verib. Keçirilən tədbirin önəmindən danışıb.
Şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının balacaları təmizliklə bağlı fikirlər söyləyib, rəqslər və səhnəciklər göstəriblər.
İsmayıllı RİH-nin hüquq şöbəsinin məsləhətçisi Pakizə Xəlilova çıxış edərək 20 oktyabrdan 20 noyabradək respublikamızda “Uşaq hüquqları aylığı” keçirildiyini deyib. Uşaqlara hüquq və vəzifələri haqqında məlumat verib.
Çinarə Bəhərçinli

Şərh Yaz