İsmayıllı rayonunun İvanovka kəndində yaşayan, 07 oktyabr 1981-ci il təvəllüdlü Vyuqovski Qriqoriy Vasilyeviç 19 sentyabr 2014-cü il tarixdə, saat 20 radələrində evdən gedəcəyi yer barədə heç bir söz demədən, xəbərsiz çıxaraq bir daha geri qayıtmamışdır.
ElanElan

Elan

Vyuqovski Qriqoriy Vasilyeviçin əlamətləri aşağıdakı kimidir:
– boyu – 182 santimetr;
– gözlərinin rəngi – mavi;
– saçları – sarışın və seyrək;
– sifəti – uzunsov və sarı rəngdə çalarları olan, çənə nahiyyəsində çapığı.
Vyuqovski Qriqoriy Vasilyeviç evdən çıxan zaman əynində göy rəngdə cins şalvar, qara rəngdə jaket, ayağında qara rəngdə ayaqqabı olmuşdur.
Vyuqovski Qriqoriy Vasilyeviçin spirtli içkiyə meyilli olması bildirilir. Onu görənlərdən xahiş olunur 102, (020) 285 -55-11, (050) 554-14-24 nömrəli telefonlara məlumat versinlər.
İsmayıllı Rayon Polis Şöbəsi

Şərh Yaz