Uşaqların yaşamaq və inkişaf etmək hüququ

Azərbaycanda BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr – 20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı” keçirilir. Proqram çərçivəsində İsmayıllı Uşaq Kitabxanasında Rayon İcra Hakimiyyəti və İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaqların yaşamaq və inkişaf etmək hüququ” adlı seminar keçirilib.

Uşaqların yaşamaq və inkişaf etmək hüququUşaqların yaşamaq və inkişaf etmək hüququ

Azərbaycanda BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr – 20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı” keçirilir. Proqram çərçivəsində İsmayıllı Uşaq Kitabxanasında Rayon İcra Hakimiyyəti və İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaqların yaşamaq və inkişaf etmək hüququ” adlı seminar keçirilib.

Uşaqların yaşamaq və inkişaf etmək hüququ

Seminarda məktəblilərlə yanaşı müxtəlif təşkilatlar və KİV nümayəndələri də iştirak edib.
İsmayıllı RİH-nin hüquq şöbəsinin müdiri Xətai Abbasov son illərdə respublikamızda uşaq hüquqlarının təmin olunması istiqamətində həyata keçirilən sosial, iqtisadi və hüquqi islahatlardan danışıb, bu sahədə mühüm qanunvericilik aktlarının qəbul edildiyini deyib. Uşaqları, hüquqlarını bilməyə, vəzifələrinə əməl etməyə çağırıb.
RİH-nin hüquq şöbəsinin mütəxəssisi Pakizə Xəlilova hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququnun olduğunu diqqətə çatdırıb.

Uşaqların yaşamaq və inkişaf etmək hüququ

İsmayıllı Rayon Təhsil Şöbəsinin məsləhətçisi Ramiz Baloğlanov uşaq hüquq və vəzifələrinin yaranması tarixi haqqında məlumat verib. Xocalı soyqırımı zamanı öldürülən uşaqların yaşamaq hüququnun qəddarcasına pozulduğunu deyib.
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva erkən nikaha daxil olan qızların hüquqlarının pozulmasından və bu hallara qarşı aparılan maarifləndirmə işlərindən danışıb.

Uşaqların yaşamaq və inkişaf etmək hüququ

İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Şəkər Hacıyeva bildirib ki, hər bir uşaq öz hüquqlarını yaxşı bilməli, onların tapdanmasına icazə verməməli, eyni zamanda vəzifələrinə də əməl etməlidir.
Seminarda məktəblilərə hüquq və vəzifələri ilə bağlı suallarla müraciət olunub, maraqlı diskusiya aparılıb.
Xətai Abbasov sonda bildirib ki, hazırlanan tədbirlər planına uyğun olaraq “Uşaq hüquqları aylığı” çərçivəsində bu cür görüşlər keçiriləcək.
Çinarə Bəhərçinli

Şərh Yaz