İsmayıllıda Qurban bayramı sevinci


Müsəlman dünyasının ən gözəl mərasimlərindən biri olan Qurban bayramı İsmayıllı rayonunda təntənə ilə qeyd olunub.

İsmayıllıda Qurban bayramı sevinciİsmayıllıda Qurban bayramı sevinci

Müsəlman dünyasının ən gözəl mərasimlərindən biri olan Qurban bayramı İsmayıllı rayonunda təntənə ilə qeyd olunub.
İsmayıllıda Qurban bayramı sevinci
Rayonda səhər saatlarından etibarən canlanma müşahidə olunmağa başlayıb. Əhalinin bir qismi namaz qılmaq üçün məscidlərə gediblər. İsmayıllı şəhər Cümə məscidində namaz qılınıb. Dövlətimizin bütövlüyü, sülh və əmin-amanlıq içərisində olması üçün dualar oxunub.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iri və xırdabuynuzlu heyvanlar müəyyən olunmuş yerdə qurban kəsilib. Şəhər və kəndlər də daxil olmaqla ümumilikdə 5400-dən çox ailəyə qurban payları verilib. Kəsilən qurbanlar Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, aztəminatlı ailələrə, yaşlılara və kimsəsizlərə paylanılıb.
Şəhərin müxtəlif yerlərində konsert proqramları təşkil edilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz