Məişət zorakılığına yox, erkən nikaha son

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Maarifləndirilməsinə Kömək” ictimai birliyi tərəfindən “Məişət zorakılığına yox, erkən nikaha son” adlı layihə çərçivəsində 11 oktyabr 2014-cü il tarixdə İsmayıllı Tarix Diyarşünaslıq Muzeyində təlim keçirilib.
Təlimdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri, rayonun ictimai həyatında fəal olan gənclər iştirak edib.

Məişət zorakılığına yox, erkən nikaha sonMəişət zorakılığına yox, erkən nikaha son

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Maarifləndirilməsinə Kömək” ictimai birliyi tərəfindən “Məişət zorakılığına yox, erkən nikaha son” adlı layihə çərçivəsində 11 oktyabr 2014-cü il tarixdə İsmayıllı Tarix Diyarşünaslıq Muzeyində təlim keçirilib.
Təlimdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri, rayonun ictimai həyatında fəal olan gənclər iştirak edib.
Məişət zorakılığına yox, erkən nikaha son
İsmayıllı Rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Teymurov giriş nitqi ilə çıxış edib, gələn qonaqları salamlayıb, İsmayıllı rayonunda gənclərin maarifləndirilməsi sahəsində aparılan işlərdən, qazanılan uğurlardan danışıb.
İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşı, ictimai birliyin İsmayıllı rayonu üzrə koordinatoru Tərlan Mursalov layihənin gənclər üçün önəmini vurğulayıb.
“Gənclərin Maarifləndirilməsinə Kömək” ictimai birliyinin icraçı direktoru Əbdül Məhərrəmov məişət zorakılığı anlayışı, məişət zorakılığına qarşı mübarizə üsulları, bu kimi hallara qarşı dövlətin və cəmiyyətin mövqeyinin daha da kəskinləşdirilməsi, dövlət tərəfindən qəbul edilmiş normativ-hüquqi aktlar, erkən nikahın meydana çıxardığı mənfi fəsadlar haqqında ətraflı məlumat verib. İcraçı direktor tədbirin təşkilatçılığına kömək etdiyi üçün Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.
Təlimdə fərqlənən gənclərə sertifikatlar verilib və sonda xatirə şəkli çəkilib.
Çinarə Bəhərçinli

Şərh Yaz