Yaddas kitabcasi

Bank filialının yeni binası açıldı

“Zaminbank” ASC-nin xidmət şəbəkəsinin inkişaf strategiyasına uyğun olaraq İsmayıllı filialı yeni ünvanda fəaliyyət göstərəcək.
Belə ki, 02 oktyabr 2014-cü il tarixdə İsmayıllı şəhəri, Nizami küçəsi, 37 ünvanında “Zaminbank” ASC-nin İsmayıllı filialının yeni binasının açılışı olub.
Açılışda dövlət rəsmiləri, bank əməkdaşları ilə yanaşı ictimaiyyət nümayəndələri də iştirak edib.

Bank filialının yeni binası açıldıBank filialının yeni binası açıldı

“Zaminbank” ASC-nin xidmət şəbəkəsinin inkişaf strategiyasına uyğun olaraq İsmayıllı filialı yeni ünvanda fəaliyyət göstərəcək.
Belə ki, 02 oktyabr 2014-cü il tarixdə İsmayıllı şəhəri, Nizami küçəsi, 37 ünvanında “Zaminbank” ASC-nin İsmayıllı filialının yeni binasının açılışı olub.
Açılışda dövlət rəsmiləri, bank əməkdaşları ilə yanaşı ictimaiyyət nümayəndələri də iştirak edib.
Bank filialının yeni binası açıldı
Açılış mərasimini giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev açıb, rayonda gedən sosial-iqtisadi artım tempi haqqında danışıb.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov bankın yeni binasının açılışı münasibəti ilə bank əməkdaşlarını və rayon sakinlərini təbrik edib, bankın xidmətlərinin ümumilikdə rayonun inkişafına yaxşı təsir edəcəyini bildirib.
“Zaminbank” ASC-nin sədri Nadir İsmayılov bankın İsmayıllı filialının fiziki və hüquqi şəxslərə Əsasnaməsində nəzərdə tutulan və bankın lisenziyası ilə icazə verilmiş bank əməliyyatları haqqında məlumat verib.
Bank filialının yeni binası açıldı
“Zaminbank” ASC-nin İsmayıllı filialının bank əməliyyatları aşağıdakılardır:
– Tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi;
– Kreditlərin (təminatlı və ya təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi və digər kreditləşmə növləri;
– Fiziki və hüquqi şəxslərin hesablarının açılması və aparılması;
– Hesablaşma – kassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlərin göstərilməsi;
– Ödəniş vasitələrinin (o cümlədən, kredit və debet kartlarının) buraxılması;
– Öhdəliklərin icrasına təminatların, o cümlədən, qarantiyaların verilməsi və öz hesabına va ya müştərinin hesabına akkreditivlərin açılması;
– Kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi.
Filial fiziki şəxlərə hesab açmadan “Caspian Money Transfer”, “Western Union”, “Contact” və “Inter Express” sürətli pulköçürmə sistemləri üzrə köçürmələr həyata keçirir.
Həmçinin filial kommunal xidmətlər (qaz, enerji, su) və mobil operatorlar (Azercell, Bakcell, Nar Mobile) üzrə ödənişləri qəbul edir.
Tel.: (994 20) 285-14-85/86/87
Faks: (994 20) 285-14-88
Ş.Soltanov

Şərh Yaz