Müəllimlərin bayram tədbiri

Müəllimlik həqiqətən də şərəfli peşədir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, “Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, ən bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaşlar yetirir”.
Bəli, doğrudan da belədir. Müəllim ömrü bir çırağa bənzər. Sönənə qədər bilik dolu hərarətini şagirdinin duyğularına, idrakına hopdurur. Müəllim ömrü bir aya bənzər. O, şagirdin mənəvi dünyasındakı qaranlıqları öz işığı ilə əridir və nurlandırır.
Bu çətin peşə sahiblərinin işi dünyanın beynəlxalq təşkilatları tərəfindən də diqqətsiz qalmayıb. Belə ki, 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxil edilib. Müstəqil Azərbaycanda bu tarixi gün isə 1993-cü il oktyabrın 5-də rəsmiləşib.
Həmin gündən Azərbaycanda hər il oktyabrın 5-i Müəllimlər Günü kimi qeyd olunur. Və bu gün İsmayıllıda son illərdə olduğu kimi, bu il də yüksək səviyyədə qeyd olundu.
Oktyabr ayının 3-ü, “Qala” şadlıq sarayı. Həzin musiqi çalınır, müəllim haqqında şeir səslənir:
Başa qar yağdırır dolaşıq fikir,
Çoxaldır ürəyə düşən qəmləri.
Dünyanın ən ağır dərdini çəkir,
Dünyanın ən sadə müəllimləri.
Tədbirin aparıcıları çıxış edir, müəllimləri və tədbir iştirakçılarını salamlayırlar:
– Hər vaxtınız xeyir olsun, əziz müəllimlər və hörmətli qonaqlar. Hörmətli müəllimlər, sizi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təbrik edir, sizə can sağlığı, uzun ömür arzulayırıq. İcazənizlə bugünkü möhtəşəm bayram tədbirini açıq elan edirik.
Məktəblilər tərəfindən müəllimlərin şəninə yazılan şeirlər səsləndirilir. Şeirlərin ardınca Rövşən Teyyubovun ifasında səslənən musiqi tədbirə xoş əhval qatır.
Həyatını Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinin çiçəklənməsinə həsr edən ulu öndər Heydər Əliyevin, həmçinin İsmayıllı təhsilinin illərlə qazandığı uğurlarda adlarını əbədiləşdirərək dünyasını dəyişən pedaqoqların xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

Müəllimlərin bayram tədbiriMüəllimlərin bayram tədbiri

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, müəllimlərin müəllimi Mirdaməd Sadıqova söz verilir.
RİH başçısı müəllimləri və tədbir iştirakçılarını salamlayır, xoş arzu və istəklərini çatdırır:
– Əziz və hörmətli müəllimlər, sizi, simanızda Azərbaycanımızın çoxminli pedaqoji işçilər ordusunu Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təbrik edir, sizlərə möhkəm can sağlığı arzulayıram. Çox qədim və zəngin elm, təhsil ənənələrinə malik olan Azərbaycan xalqının müəllimə, müəllim peşəsinə hörməti yüksək olub. Bu gün də ölkəmizdə müəllim şəxsiyyəti, müəllim peşəsi ən yüksək səviyyədə diqqət mərkəzindədir. Bu diqqət möhtərəm prezident İlham Əliyevin verdiyi sərəncam və göstərişlərində də çox aydın əksini tapıb. Hörmətli Prezidentimiz “Azərbaycanın gələcək inkişafı məhz təhsillə bağlıdır” deməklə təhsilin ən prioritet sahə olduğunu bəyan edib. Ölkə rəhbəri sistemli olaraq təhsillə bağlı müxtəlif Fərman və Sərəncamlar imzalayaraq, müəllimləri müxtəlif fəxri adlara layiq görür. Bu diqqətdən İsmayıllı təhsilində öz dəsti-xətti olan bir qrup müəllim də kənarda qalmayıb.
Müəllimlərin bayram tədbiri
İsmayıllı məzunları hər il qəbul imtahanlarında yüksək nəticələr qazanır. Bu nəticələrin əldə edilməsində müəllimlərimiz səylə çalışırlar. Hər bir müəllimi bir daha ürəkdən təbrik edir, onlara bu şərəfli və çətin peşə fəaliyyətlərində uğurlar arzulayıram.
İcra başçısı cənab Prezidentin diqqəti nəticəsində İsmayıllı Dövlət Humanitar və Texnologiyalar Kollecinin açılmasından və kollecin səmərəli fəaliyyətindən, İsmayıllı təhsilinə verdiyi töhfədən də söz açıb.
Sonra tanınmış müğənni Sahibə Abdullayevanın ifasında şux musiqi səslənir.
Musiqinin ardınca RİH başçısı Mirdaməd Sadıqov təhsil sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə bir qrup təhsil işçisinə Fəxri fərmanlar təqdim edib.
Müəllimlər Qalib Güləliyevin ifasında səslənən musiqi sədaları altında rəqs etdilər.
Şəhər 1 nömrəli tam orta məktəbinin 5-ci sinif şagirdi Sevda Rəsulovanın söylədiyi şeir və şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının şirin balalarının ifasında məşhur “Üzümçülər” rəqsi alqışlarla qarşılandı.
İsmayıllı RİH başçısının müavini Sevil Əhmədova bir qrup müəllimə pul mükafatları təqdim etdi.
Bəhruz Həşimov və Qubaxəlilli kənd tam orta məktəbinin müəllimi Əlisafa Muradov müəllimləri mahnılarla təbrik etdilər.
Tədbirin aparıcıları Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabovanın doğum gününün oktyabr ayının 5-ə təsadüf etdiyini deyərək, onu ürəkdən təbrik etdilər, uzun ömür, can sağlığı arzuladılar.
İntiqam İbrahimov öz ifası ilə tədbir iştirakçılarını feyziyab edib.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək gənc idmançıların və məşqçi-müəllimlərin qazandığı uğurlardan söz açıb. İsmayıllı idmançılarının son illərdə qazandığı uğurları rayonda idmana göstərilən diqqət və qayğının, həmçinin məşqçi müəllimlərin zəhmətinin nəticəsi kimi qiymətləndirib. Elə bu münasibətlə uğur qazanan idmançılar mükafatlandırılıb.
Müəllimlərin bayram tədbiri
Şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasının balaca rəqqaslarının “İgidlər” mahnısının sədaları altında ifa etdikləri rəqs böyük maraqla izlənib.
İvanovka Kənd tam orta məktəbinin direktoru Mixayil Uryupin Əməkdar müəllim adına, şəhər 3 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Çingiz Muradlı isə “Tərəqqi” medalına layiq görülüb. Müəllimlər çıxış edərək Azərbaycan təhsilinin tərəqqisində hər zaman əllərindən gələni edəcəklərini bildirdilər.
Söz İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucova verildi. Rasim müəllim təhsildə
qazanılan uğurları diqqətə çatdırdı:
– Yeni başa vurduğumuz təhsil ilində rayonumuz uğurlu nəticələr qazanıb. Bu il rayonun ümumtəhsil məktəblərini 830 nəfər məzun bitirib. Onlardan 276 nəfəri ali məktəblərə qəbul olunub, 31 nəfər 500-600, 20 nəfər 600-dən yüksək bal toplayıb. Prezident təqaüdünə 2 nəfər şagirdimiz layiq görülüb. Qazanılan uğur münasibəti ilə həm məzunlarımızı, həm də müəllimlərini ürəkdən təbrik edirəm. Həmçinin, bütün müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təbrik edir, onlara uzun ömür, can sağlığı, uğurlu iş arzulayıram. Tədbirdə ad günü olan Səkinə Məmmədovaya hədiyyələr də təqdim edilir.
Təqaüddə olan müəllim Səkinə Məmmədova, Şahsuvar Abbasov çıxış edərək fərəhli gün yaşadıqlarını deyiblər.
Tədbirdə müəllimlər üçün “Məktəbə aid ən yaxşı şeir yazan müəllim” və “Ən yaxşı rəqs edən müəllim” müsabiqələri keçirilib. Müsabiqədə qalib gələn müəllimlərə hədiyyələr təqdim edilib.
Rayon Mədəniyyət Sarayının “Niyal” xalq çalğı alətləri ansamblının üzvlərinin ifa etdiyi mahnılar tədbirə xüsusi zövq qatırdı. Beləcə müəllimlərin fərəhini hələ uzun illər yaşayacaqları bayram tədbiri sona çatdı.
Çinarə Bəhərçinli,
Şahməmməd Soltanov

Şərh Yaz