İcma əsaslı turizmin inkişafı

Avropa İttifaqının Azərbaycanda regionların və kənd yerlərinin inkişafı sahəsində yerli təşəbbüslərin dəstəklənməsi Proqramı çərçivəsində “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi tərəfindən “İcma Əsaslı Turizmin İnkişafına Yönəlik Təşəbbüslərin Dəstəklənməsi” layihəsi çərçivəsində İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Teymurov ölkədə və rayonda turizmin inkişafı sahəsində görülən işlərdən danışıb.

İctimai birliyin marketinq və biznesin inkişafı üzrə mütəxəssisi Həsən Mürşüdov bildirib ki, layihənin əsas məqsədi kənd icmalarında turizm və qonaqpərvərlik sektorunu inkişaf etdirməklə iqtisadi inkişafın yüksəldilməsinə töhfə verməkdir. Hədəf cari ilin sentyabr ayından rayonlarda turizm və qonaqpərvərlik sektorunda fəaliyyət göstərən kiçik və orta sahibkarlar üçün təlim kurslarının təşkilinə başlamaqdır. Təlimin məqsədi turizm və qonaqpərvərlik sektorunda fəaliyyət göstərən sahibkarlara öz bizneslərinin inkişafı üçün zəruri olan bilik və bacarıqları qazandırmaqla müştəri xidmətinin təmin edilməsi, turizm təcrübəsinin inkişaf etdirilməsi və biznesin idarə edilməsi ilə bağlı əsas bacarıqları öyrətməkdir. H.Mürşüdov Biznesin idarə edilməsi, vergi və hesabatlılıq, marketinq, qonaqpərvərlikdə müştəri xidməti bacarıqları, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin qorunması haqqında məlumat verib. Biznesin idarəedilməsi” , “Vergi və hesabatlılıq” mövzularında təlim kursu keçirilib. Təlimdə iştirak edənlərə sertifikat verilib.
Ç.Bəhərçinli

Şərh Yaz