Geriyə boylanma, qoca !

İnsan ahıllaşdıqca ötən günləri düşünür, geriyə boylanır, keçdiyi yolu kino lenti kimi gözünün önündə canlandırır. Nə işlər gördüyünü, hansı əməllərlə yaddaşlarda qaldığını saf-çürük edir, gəncliyini yenidən yaşayır. Ümumiyyətlə, insan yaşa dolduqca keçmiş xatirələri tez-tez yada salır, bununla da özündə təsəlli tapır. İnsan var ki, gəncliyində gördüyü işlərdən bu gün ürək dolusu danışır, geridə qalan illəri boş yaşamadığını yadına salır. Bütün bunları düşünən qocanı nostalji hissləri ağuşuna alıb geriyə – gəncliyinə aparır. Geriyə boylanma, qoca, onsuz da yaşadığın vaxtı qaytara bilməyəcəksən. Onu da xüsusilə vurğulayaq ki, ahıl adamlar kövrək, bir az da ərköyün uşaq kimi, tez inciyən, küsən olurlar. Çalışın, belə insanları incik salmayın. Əbəs yerə deməyiblər ki, qocalıq ikinci uşaqlıq kimidir…
Geriyə boylanma, qoca !Geriyə boylanma, qoca !

İnsan ahıllaşdıqca ötən günləri düşünür, geriyə boylanır, keçdiyi yolu kino lenti kimi gözünün önündə canlandırır. Nə işlər gördüyünü, hansı əməllərlə yaddaşlarda qaldığını saf-çürük edir, gəncliyini yenidən yaşayır. Ümumiyyətlə, insan yaşa dolduqca keçmiş xatirələri tez-tez yada salır, bununla da özündə təsəlli tapır. İnsan var ki, gəncliyində gördüyü işlərdən bu gün ürək dolusu danışır, geridə qalan illəri boş yaşamadığını yadına salır. Bütün bunları düşünən qocanı nostalji hissləri ağuşuna alıb geriyə – gəncliyinə aparır. Geriyə boylanma, qoca, onsuz da yaşadığın vaxtı qaytara bilməyəcəksən. Onu da xüsusilə vurğulayaq ki, ahıl adamlar kövrək, bir az da ərköyün uşaq kimi, tez inciyən, küsən olurlar. Çalışın, belə insanları incik salmayın. Əbəs yerə deməyiblər ki, qocalıq ikinci uşaqlıq kimidir…
Geriyə boylanma, qoca !
Ömrünün 50 ilini müxtəlif idarələrdə faydalı əməyə sərf eləmiş bir ağsaqqalla tanış olmaq oxucu üçün də maraqlı olardı: Şamil Rizvan oğlu Mursaliyev belələrindəndir. Bu ilin oktyabrında onun 80 yaşı tamam olur. Rəqəmi görüb gözünüzün önünə beli bükülmüş, güclə yeriyən, taqətsiz bir qocanı gətirməyəsiniz. Maşallah, Şamil kişi Məşədi İbad demişkən: – quş kimidir. Şux yerişi, yaxşı hafizəsi, hər şeyi dəqiqliyi ilə görən gözləri, şıq geyimi onu xeyli cavan göstərir. Yaddaşına söz ola bilməz. Haralarda, hansı vəzifələrdə işlədiyi, ötən illərin ağrı-acısı, sevinci yaddaşına möhkəm həkk olunub. Bu barədə haradan soruşsan dərhal cavab verəcək…
Şamil kişi 1934-cü il oktyabrın 15-də rayonumuzun Mican kəndində anadan olub. Orta təhsil aldıqdan sonra 1953-cü ildə sənədlərini Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna verib və imtahanlardan yaxşı qiymətlər alaraq, tələbə adını qazanıb…
O zamanlar dolanışıq heç də yaxşı deyildi, qıtlıq hər kəsi çətinlikdə qoyurdu. Belə vaxtlarda tələbə həyatı heç də qayğısız keçmirdi. Bütün bunlara baxmayaraq, tələbələr bütün güclərini və vaxtlarını dərslərə sərf edər, yaxşı da oxuyardılar. Tələbəlik illəri geridə qaldı, Şamil Mursaliyev 1957-ci ildə ali məktəbə əlvida dedi və maliyyə-kredit, iqtisadçı ixtisasına yiyələndi. Gənc iqtisadçının qarşısında əmək meydanında geniş imkanlar açıldı. Həmin il avqustun 1-də təyinatını Dövlət bankının Ağsu şöbəsinə verdilər. Burada üç il işlədikdən sonra, 1960-cı ildə onu daha yüksək vəzifəyə və iri rayona – Şamaxıya göndərdilər. Dövlət bankının Şamaxı şöbəsində kredit qrupunun rəhbəri, kredit üzrə böyük müfəttiş vəzifəsində çalışdı. Altı ilə yaxın burada işlədi. Sonra doğma rayona qayıtdı və öz ixtisası üzrə müxtəlif vəzifələrdə əmək fəaliyyətini davam etdirdi.
Təcrübəli iqtisadçı “Mətbuatyayım”ın rayon şöbəsində mühasıb, əmək ehtiyatları üzrə müvəkkil, Maşın Hesablama Stansiyasının rəisi, Statistika İdarəsində rəis müavini, İsmayıllı Rayon İcraiyyə Komitəsində plan komissiyasının sədri, rayon Əhaliyə Məişət Xidməti Kombinatının direktoru və sair vəzifələrdə işləmişdir. Son iş yeri DSMF-nun rayon şöbəsi olmuşdur. Orada gəlirlər sektoru üzrə müfəttiş vəzifəsində çalışmışdır.
Ş.Mursaliyev 22 aprel 1985-ci ildən 10 avqust 1992-ci ilə qədər İsmayıllı şəhər mehmanxanasında böyük inzibatçı işləmişdir. O buranı qəbul edəndə mehmanxana bərbad vəziyyətdə idi, təmir işinə böyük ehtiyac vardı, adi təmizlik işləri belə görülmürdü. Bunun nəticəsində, mehmanxanaya gələn qonaqların sayı da azalmışdı, mehmanxana ziyanla işləyirdi. Şamil kişi burada xeyli iş gördü, səliqə-sahman yaratdı. Nəticədə, mehmanxananın işi canlandı, hətta, əvvəlcədən yerlər də sifariş olunurdu. Gələn qonaqlar kollektivdən, göstərilən xidmətdən də tam razı gedirdilər.
Şamil kişi rayonun ictimai-siyasi həyatında da fəallığı ilə seçilənlərdən olub. 1976-ci ildə Bakıda Marksizm-Leninizm Universitetinə daxil olub, iki ildən sonar oranı yüksək qiymətlərlə bitirib.
Ş.Mursalovun oğul-uşaqları ali təhsil alıb, hərəsi bir sahədə çalışır. Nəvələrinin sevimli babasıdır.
Biz ona həmişə gümrah qalmağı arzulayırıq.
Bu ilin oktyabr ayının 1-də rayonda keçirilən ahıllar günündə Şamil kişi də iştirak edirdi. Onun toplantıdakı çıxışı yuxarıda dediklərimizi bir daha sübut etdi. Ağsaqqal şəhərin abadlaşdırılması, küçələrin sanitariya vəziyyətinin yaxşılaşdırılması məsələlərinin vacibliyini vurğuladı. O, qeyd etdi ki, şəhər əhalisi bu məsələlərdə rayon təşkilatlarına yaxından köməklik göstərməlidir. Məsələn, küçələrin, arxların, səkilərin və həyətlərin kol-koslardan, otlardan, məişət tullantılarından təmizlənməsi, səliqə-sahman yaradılması, yaşıllaşdırma işlərində sakinlərin də fəal iştirakı olmalıdır. Həmin işlər məhəllə sakinlərinin iməciliyi, yaxud fərdi qaydada həyata keçirilə bilər. Belə olduqda, hər xırda şeydən ötrü dövlət strukturlarına müraciət etməyə ehtiyac qalmaz. Dövlət bizim hər qayğımızı çəkir, bəs əvəzində bizim işimiz nədən ibarət olmalıdır. Bu zaman ahılların məsləhətləri daha çox fayda verə bilər.
Şamil kişi söhbət zamanı bir sıra digər təkliflər də irəli sürdü. Bütün bunlar onun qəlbində hələ də xalqı üçün yanan ürəyin döyündüyündən xəbər verir. Biz onu həmişə bu ruhda görmək istəyir və deyirik: sükanı belə saxla, qoca!
B.Babayev

Şərh Yaz