Rayonmuzun demoqrafik göstəriciləri

Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da inkişaf göz önündədir. Ölkənin demoqrafik göstəricilərində də inkişaf var. Bunu aşağıda gətirəcəyimiz rəqəmlərdən də görmək olar.
2014-cü ilin əvvəlinə rayon əhalisinin sayı 0.7 min nəfər artaraq, 83.1 min nəfərə çatmışdır. Əhalinin 26.9 min nəfəri şəhər və şəhər tipli qəsəbələrdə, qalanı isə kəndlərdə yaşayır. Onu da qeyd edək ki, rayonda yaşayanların 41.7 min nəfəri kişi, qalanı isə qadındır. Hazırda hər min kişiyə 992.8 qadın düşür. Rayonun hər kvadrat kilometrinə 40 nəfər düşür.

Rayonmuzun demoqrafik göstəriciləriRayonmuzun demoqrafik göstəriciləri

Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da inkişaf göz önündədir. Ölkənin demoqrafik göstəricilərində də inkişaf var. Bunu aşağıda gətirəcəyimiz rəqəmlərdən də görmək olar.
2014-cü ilin əvvəlinə rayon əhalisinin sayı 0.7 min nəfər artaraq, 83.1 min nəfərə çatmışdır. Əhalinin 26.9 min nəfəri şəhər və şəhər tipli qəsəbələrdə, qalanı isə kəndlərdə yaşayır. Onu da qeyd edək ki, rayonda yaşayanların 41.7 min nəfəri kişi, qalanı isə qadındır. Hazırda hər min kişiyə 992.8 qadın düşür. Rayonun hər kvadrat kilometrinə 40 nəfər düşür.
Rayonmuzun demoqrafik göstəriciləri
Əhalinin yaş strukturu aşağıdakı kimidir: Əhalinin ümumi sayından 0-14 yaşda olanların xüsusi çəkisi 19.1 min nəfər, 15-64 yaşda olanlar 58.4 min nəfər, 65 yaşdan yuxarı olanlar 5.6 min nəfər təşkil edir. Əhalinin orta yaşı 32 il təşkil edir. Yeri gəlmişkən, onu da qeyd edək ki, rayonda il ərzində 1527 nəfər körpə (ortra hesabla günə 4 nəfər) dünyaya gəlir. Rayonda əhalinin təbii artımı və hərəkəti məhz doğum hesabına baş verir. Keçən il rayonda 1488 körpə dünyaya gəlmişdir. Bunlardan 804 nəfəri oğlan, qalanı isə qızdır. Doğum səviyyəsi ümumi əhalinin hər min nəfərinə hesabı ilə 18 nəfər, şəhər əhalisi üzrə 18.4, kənd əhalisi üzrə 17.8 nəfər təşkil etmişdir.
Doğum səviyyəsini ümumi respublika göstəriciləri ilə müqayisə etdikdə əhalinin hər min nəfərinə hesabı ilə ümumi əhali üzrə 0.6 nəfər az, şəhər əhalisi üzrə 1.0 nəfər çox, kənd əhalisi üzrə isə 2.1 nəfər azdır.
Nikah vəziyyəti də doğumun səviyyəsinə əhəmiyyətli təsir göstərir. Keçən il 797 nikah bağlanmış, 93-ü pozulmuşdur. Yəni əhalinin hər min nəfər hesabı ilə 2012-ci ildəki 8.9 nikah və 1.0 boşanma əvəzinə 9.6 və 1.1 boşanma düşür. Göründüyü kimi, son il ərzində nikahın səviyyəsi əhalinin min nəfər hesabı ilə əvvəlki ilə nisbətən 0.7, boşanmanın səviyyəsi 0.1 vahid artmışdır.
Qeyd etmək xoşdur ki, rayonda ölümün səviyyəsi uzun illər ərzində nisbətən aşağı və sabitdir. 2013-cü ildə rayonda ölənlərin sayı 599 nəfər olmuşdur. Bunlardan 164 nəfəri şəhər, 435 nəfəri kəndlərin payına düşür. Əhalinin hər min nəfər hesabı ilə ölənlərin sayı 2012-ci ildəki 7 nəfər əvəzinə 2013-cü ildə 7.2 nəfər olmuşdur. Ölənlərdən şəhər və kənd yerləri üzrə cəmi kişilərin sayı 342 nəfər, qadınların sayı isə 257 nəfər təşkil etmişdir. Ölümün səviyyəsi ömürün gözlənilən uzunluğu göstəricisində də öz əksini tapır. Bu göstərici keçən il rayon üzrə 73.8 il, o cümlədən kişilər üçün 71.2 il, qadınlar üçünsə 76.5 il təşkil etmişdir.
Ümumi ölümün səviyyəsinin formalaşmasında körpə ölümü də az rol oynamır. 2013-cü ildə rayon üzrə doğulanlardan 11 nəfərinin bir yaşa qədər ölümü qeydə alınmışdır. 2012 və 2013-cü ildə doğulanların min nəfərinə hesabı ilə bir yaşa qədər uşaq ölümü sabit olaraq 7.6 vahid təşkil etmişdir. Körpə ölümünün əsas səbəbləri tənəffüs orqanlarının xəstəlikləri və eləcə də yoluxucu və parazitar xəstəliklərdir. 2013-cü ildə təbii artım (889 nəfər) təşkil etmişdir.
2013-cü ildə Azərbaycan Daxili İşlər Nazirliyinin müvafiq qurumu tərəfindən İsmayıllı rayonuna 89 nəfər (13 kişi və 76 qadın ) gələn, 243 nəfər (61 kişi, 182 qadın) isə gedən qeydə alınmışdır. Miqrasiyanın saldosu – 154 nəfər (-48 kişi və – 106 qadın) olmuşdur.
Əhalinin təhsil səviyyəsi də xeyli artmışdır. 2009-cu il siyahıyaalınmanın məlumatlarına əsasən on və yuxarı yaşda olan əhalinin hər min nəfərinə 823.7 nəfər təhsilli düşür.
Rayonumuzda yaşayanların milli tərkibi də müxtəlifdir. Əhalinin əksəriyyətini azərbaycanlılar, ləzgilər, ruslar və başqa millətlər təşkil edir.
1988-ci ildə ermənilərin Azərbaycan torpaqlarına təcavüz etməsi ölkənin, həmçinin rayonun demoqrafik vəziyyətinə xeyli mənfi təsir göstərmişdir. Düşmən təcavüzü rayona insan tələfatı ilə yanaşı, yarıdan çoxu qocalardan və uşaqlardan ibarət olan 725 ailə (2998 nəfər) qaçqın və 864 ailə (3470 nəfər) məcburi köçkün gətirmişdir. Rayonda onlara hər cür qayğı göstərilir, problemləri həll edilir.
Ə.Əzizov,
Rayon Statistika İdarəsinin rəisi

Şərh Yaz