Şahmat üzrə rayon birinciliyi


İsmayıllı Rayon Gənclər və İdman İdarəsi və İsmayıllı Rayon Uşaq Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 27-28 sentyabr 2014-cü il tarixlərində 1996-2000-ci il təvəllüdlü yeniyetmə və gənclər arasında şahmat üzrə rayon birinciliyi keçirilib.

Şahmat üzrə rayon birinciliyiŞahmat üzrə rayon birinciliyi

İsmayıllı Rayon Gənclər və İdman İdarəsi və İsmayıllı Rayon Uşaq Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 27-28 sentyabr 2014-cü il tarixlərində 1996-2000-ci il təvəllüdlü yeniyetmə və gənclər arasında şahmat üzrə rayon birinciliyi keçirilib.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov dövlətimizin idmana diqqət və qayğısından söz açıb, idmançılara uğurlar arzulayıb. İsmayıllı Rayon Uşaq Şahmat Məktəbinin direktoru Nadir Hacıyev rayonumuzda şahmat idman növünə marağın artığını diqqətə çatdırıb.
Şahmat üzrə rayon birinciliyi
Çıxışlardan sonra yarışa start verilib.
Birincilikdə ümumilikdə 26 şahmatçı iştirak edib. Üç yaş qrupu üzrə dairəvi sistemlə keçirilən yarışda, hər yaş qrupu üzrə I, II və III yerləri tutmuş şahmatçılar Gİİ-nin diplom və qiymətli hədiyyələri ilə təltif olunublar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz