Vətənin müdafiəsinə hazıram!

Oktyabr ayının 9-da E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbinin idman bazasında payız çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram!” poliotlon çoxnövçülüyü üzrə zona mərhələsi keçirildi. Yarışda İsmayıllı, Şəki, Qəbələ, Oğuz, Qax və Ağdaş rayonlarının komandaları iştirak etdi.
Yarışı giriş sözü işə açan İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov hamını salamladı, qonaqlara “xoş gəldin” – dedi və iştirakçılara uğur arzuladı.
Rayon Təhsil Şöbəsinin metodisti İ.Vahabov çıxış edərək gəncləri uğura ruhlandıran nitq söylədi.

Vətənin müdafiəsinə hazıram!Vətənin müdafiəsinə hazıram!

Yarış gərgin mübarizə şəraitində keçdi. Qələbə uğrunda əzmlə mübarizə aparan komandalardan I yerə İsmayıllı komandası birinci oldu. Qax idmançıları II, Qəbələ komandası III yerə çıxdı.
Qalib komandalar Gənclər və İdman Nazirliyi tərəfindən diplomlarla təltif edildi və 22-27 oktyabr 2014-cü il tarixdə Qəbələdə keçiriləcək Respublika final mərhələsində iştirak etmək hüququ qazandılar.
T.Məhərrəmov

Şərh Yaz