Təmiz şəhər – sağlam həyat

Rayonda epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə 2014-cü ilin avqust ayının 1-dən “Təmiz şəhərdə yaşa” devizi altında keçirilən “Gələcək öz əlimizdədir” layihəsinin həyata keçirilməsinə start verilmişdir. Belə bir layihənin həyata keçirilməsi rayonumuzun təmizliyi, yaşıllaşdırılması və abadlığına fayda verməklə yanaşı, bizim hər birimizin, övladlarımızın da sağlamlığına xidmət edir.
Təmiz şəhər – sağlam həyat

Rayonda epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə 2014-cü ilin avqust ayının 1-dən “Təmiz şəhərdə yaşa” devizi altında keçirilən “Gələcək öz əlimizdədir” layihəsinin həyata keçirilməsinə start verilmişdir. Belə bir layihənin həyata keçirilməsi rayonumuzun təmizliyi, yaşıllaşdırılması və abadlığına fayda verməklə yanaşı, bizim hər birimizin, övladlarımızın da sağlamlığına xidmət edir.
Layihənin həyata keçirilməsində İsmayıllı şəhəri Ağahüseyn Aslanov adına 2 nömrəli tam orta məktəbinin müəllimləri və şagirdləri də fəal iştirak edirlər. Məktəbin direktoru Ramil Dadaşov dərs ilinin ilk günündə layihənin məramı və məqsədi ilə müəllim və şagird kollektivini tanış etdi. Görüləcək işlərin planı tərtib edildi. On gün ərzində məktəbin həyətində və ətrafında təmizlik işləri aparmaq məqsədilə iməciliklər keçirildi. Şagirdlərə izah edildi ki, təmiz sinif sağlam şagird deməkdir. Əvvəllər şagirdlər dərsdən çıxıb gedəndə sinifdə çoxlu kağız, ərzaq qalıqları qalırdı. Maarifləndirmə işinin yüksək səviyyədə aparılmasının nəticəsidir ki, artıq məktəbin həyəti, sinif otaqları, məktəbə yaxın ərazi təmiz saxlanılır. Məktəbdə təşkil olunmuş ekoloji patrul dəstələrinin işinə məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Gilas Musayeva rəhbərlik edir. Ekoloji patrul dəstələrinin üzvləri Nəriman Nərimanov, Qəşəm Aslanov, M.P.Vaqif, H.B.Zərdabi, Cavanşir küçələrində və Heydər Əliyev prospektinin bir hissəsində reydlər keçirir, küçəyə zibil atanlara xəbərdarlıq edirlər. Ekoloji patrul dəstələrinin üzvləri özləri təmizlik məqsədilə ekoloji tədbirlər keçirirlər.

Məktəblilər küçəyə siqaret kötüyü atan əmilərə, dayılara və babalara sakit şəkildə, səmimi tərzdə öz iradlarını bildirirlər. Onların gözü qarşısında yerə atılmış siqaret kötüyünü götürüb zibil qabına atmaqla bir növ onlara nümunə göstərirlər.
Layihənin təşkilatçıları və könüllülər tərəfindən əhaliyə, xüsusilə məktəblilərə paylanan bildirişlər hər evdə müzakirə mövzusuna çevrilmiş, hər ailə bu layihənin həyata keçirilməsində könüllü iştirakçı olacağını qərarlaşdırmışdır.
Layihə 2014- cü ilin dekabr ayında başa çatır. Lakin məktəbimizin kollektivi layihənin davamlı olması üçün səy göstərəcəkdir.
Təmizliklə bağlı söz birləşmələri çoxdur. Təmiz su, təmiz hava, təmiz ev, təmiz sinif, təmiz həyət, təmiz küçə, təmiz kənd, təmiz şəhər, ən nəhayətdə isə təmiz vicdan. Bütün bu təmizliklərə öz gələcəyimiz naminə nail ola bilərik və olmalıyıq. Biganəlik xəstəliyinə tutulmasaq, qarşıya qoyulan məqsədə çatmaq çox asandır.
Məktəbdə “Təmiz şəhərdə yaşa” devizi altında keçirilən “Gələcək öz əlimizdədir” layihəsinin həyata keçirildiyi vaxtda tədbirlər planına uyğun olaraq təmiz sinif, rəsm, foto müsabiqələrinin keçirilməsi nəzərdə tutulmuş, artıq bu tədbirlərə başlanmışdır.
Təmizlik sağlamlıq, sağlamlıq isə uzunömürlülük və gözəllikdir. Gəlin, hamımız təmiz şəhərdə yaşayaq, sağlam həyat sürək, ömrümüz uzun olsun.
Xatirə Orucova

Şərh Yaz