Qüvvələr səfərbər ediləcək

YAP İsmayıllı rayon təşkilatı 2014-cü ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərinə hazırlığın gedişinə dair qadınlar şurası, gənclər birliyi və Seçki Qərargahının rayon şöbəsi üzvlərinin və ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə Şura iclası keçirib.
Tədbiri giriş sözü ilə YAP rayon təşkilatının sədri Əzizə Vahabova açıb. O, 2014-cü ilin dekabrında ölkəmizdə yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin yaradılmasının 15 ili tamam olacağını, eyni zamanda bələdiyyələrə 4-cü seçkilər keçiriləcəyini qeyd edib. Ötən illərdə keçirilən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının qələbə qazandığını, bələdiyyələrdə təmsil olunan YAP üzvlərinin sayının seçkidən-seçkiyə artığını vurğulayıb.

Qüvvələr səfərbər ediləcəkQüvvələr səfərbər ediləcək

1999-cu ilin dekabrında təşəkkül tapan bələdiyyələr ötən 3 seçki ərzində Azərbaycanda gedən sosial-iqtisadi inkişaf, respublikada keçirilən tikinti-quruculuq, abadlıq, əhalinin sosial problemlərinin həlli istiqamətində icra edilən çoxşaxəli, irimiqyaslı layihələrin uğurla icrası nəticəsində xeyli inkişaf etmiş, əhali arasında mövqeyi möhkəmlənmiş, özünüidarəetmə orqanı kimi xalqın inam və etimadını qazanmışdır.
YAP rayon təşkilatının şura iclasında bələdiyyə seçkiləri ilə bağlı fəaliyyət planı, görülən işlər və qarşıda duran vəzifələr ətraflı müzakirə edilib.
Tədbirdə çıxış edən Şura üzvləri Rövşən Ağayev, Rüstəm Səmədov, Rasim Orucov, İsmayıl Tarverdiyev, Məhərrəm Əhmədov, Rəfiqə Əzimova, qərargah üzvləri Xuraman Qurbanova, Hafiz Kərimov və başqaları bələdiyyə seçkilərinin qanunauyğun, şəffaf və ədalətli keçirilməsi üçün dövlət səviyyəsində əlverişli şərait yaradıldığını deyiblər.
YAP rayon təşkilatı öz vəzifələrini partiyanın fəaliyyət planına uyğun qurub. Çıxış edənlər inamla qeyd ediblər ki, bu il keçiriləcək bələdiyyə seçkilərində də YAP rayon təşkilatının ətrafında birləşən partiya üzvləri seçki kampaniyasında üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, YAP namizədlərinin qələbəsi üçün səylərini, qüvvə və bacarıqlarını səfərbər edəcəklər.
İlqar Əhmədli

Şərh Yaz