Taxılçılıq aqrar sektorda əsas istiqamətdir

İsmayıllı rayonunda kənd təsərrüfatı istehsalı sahəsində üstünlük həmişə taxılçılığa verilib. Bu, ilk növbədə iqtisadiyyatın aparıcı sahəsi olan taxılçılığın ərzaq təhlükəsizliyində mühüm yer tutması ilə əlaqədardır. Şübhəsiz, bu işdə Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra aparılan torpaq islahatları nəticəsində istehsalçılara tam sərbəstlik verilməsi də mühüm rol oynayıb.
Taxılçılıq aqrar sektorda əsas istiqamətdirTaxılçılıq aqrar sektorda əsas istiqamətdir

İsmayıllı rayonunda kənd təsərrüfatı istehsalı sahəsində üstünlük həmişə taxılçılığa verilib. Bu, ilk növbədə iqtisadiyyatın aparıcı sahəsi olan taxılçılığın ərzaq təhlükəsizliyində mühüm yer tutması ilə əlaqədardır. Şübhəsiz, bu işdə Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra aparılan torpaq islahatları nəticəsində istehsalçılara tam sərbəstlik verilməsi də mühüm rol oynayıb.
Taxılçılıq aqrar sektorda əsas istiqamətdir
Artıq rayonun torpaq mülkiyyətçiləri nəyi əkməyi özləri müəyyənləşdirirlər. Başqa sözlə, bu gün dövlət strukturları torpaq mülkiyyətçilərinə inzibati qaydada yanaşmır, əksinə, elmi, təcrübi və təchizat baxımından yardımçı olur, bilavasitə mütəxəssislər vasitəsilə aqrar sektorun, o cümlədən taxılçılığın idarə olunmasını təmin edir.
Bu məqamda ümumi nəticələri təhlil etmək yerinə düşür. Sovet İttifaqı dövründə rayonda ən yaxşı halda 20 min hektarda taxıl əkilərdi. İllik məhsul istehsalı isə 45-50 min tonu ötməzdi.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və bu gün Prezident İlham Əliyevin uğurla, həm də yaradıcılıqda davam etdirdiyi aqrar islahatı torpaq mülkiyyətçiləri üçün geniş imkanlar açaraq taxılçılığın intensiv və ekstensiv inkişafını təmin edib. Bunun nəticəsində İsmayıllı rayonunda 2014-cü ilin məhsulu üçün taxıl əkini sahələri 29752 hektara çatdırılıb. Əlverişsiz keçən hava şəraitinin çətinliklərinə baxmayaraq, bu il istehsal 83620 tona yüksəlib.
Cari mövsümdə dəmyə şəraitində hər hektardan orta məhsuldarlıq 28,4 sentner olub. Bir sıra ərazilərdə, o cümlədən Aşıqbayramlı, Mollaisaqlı və Qoşakənd ərazi dairələrində bu göstərici 33 sentnerə çatıb. Hacıhətəmli, Topçu, Kəlbənd, Xankəndi, Qalınçaq, Gəraybəyli, Sumağallı, Qurbanəfəndi, Cülyan, Soltankənd, İstisu və İsmayıllı şəhər inzibati ərazi dairələrində isə taxılçılar hər hektardan 30-32 sentner məhsul götürüblər. Bu göstəricilər vaxtilə təkcə İvanovka kolxozu üçün xarakterik idi. İndi isə bütün rayonu əhatə etməkdədir. Necə deyərlər, çörəyi ver çörəkçiyə, birini də üstəlik.
Rayonda taxılçılığın intensiv inkişafında, məhsul istehsalının yüksəldilməsinə marağın artmasında dövlət qayğısı da mühüm rol oynayır. Təkcə bu il İsmayıllıda taxıl istehsalçılarına 1 milyon 957 min manat kompensasiya verilib. “Aqrolizinq” ASC-nin İsmayıllı “Aqrotexservis” filialının maddi-texniki bazasının möhkəmləndirilməsində, taxılçıların yüksək repreduksiyalı toxumlarla, gübrələrlə təmin olunmasında, toxumçuluq təsərrüfatlarına dəstək verilməsində, zərərvericilərə qarşı mübarizədə dövlət daim onların yanında olur. Rayonda lazımi texniki avadanlıqlarla təchiz olunmuş toxumçuluq laboratoriyası da əkinçilərə xidmət göstərir.
Hazırda gələn ilin məhsulunun əsası qoyulur.Taxılçılar şum çıxarır, keyfiyyətli və yüksək repreduksiyalı toxumun tədarükü ilə məşğuldurlar. Doğrudur, havalaeın uzun müddət quraq keçməsi bu sahədə işlərə mənfi təsir göstərmişdir. Buna baxmayaraq, kənd təsərrüfatı işçiləri vaxtdan səmərəli istifadə etməyə çalışırlar. İndi sahələrdə işin qızğın çağıdır.
Aqrar sektorda, o cümlədən taxılçılıqda ən müasir elmi-texniki yeniliklərin tətbiqi, bunlar barədə fermerlərin və fiziki şəxslərin müntəzəm olaraq məlumatlandırılması daim xüsusi diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar rayonda mütəmadi olaraq mütəxəssislərin iştirakı ilə müşavirə və toplantılar keçirilir, eyni zamanda, toxumçuluq təsərrüfatlarının rəhbərləri, fermerlər və fiziki şəxslər Kənd Təsərrüfatı Nazirliyi və müvafiq elmi mərkəzlər tərəfindən təşkil olunan elmi-praktik konfranslara, təcrübə stansiyalarına və s. göndərilirlər.
Göründüyü kimi, bu gün Azərbaycanın taxılçılıq üçün o qədər əlverişli sayılmayan dağlıq ərazilərindən olan İsmayıllı rayonunda mühüm strateji məhsulun istehsal coğrafiyasını genişləndirmək, məhsuldarlığı artırmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Şübhə yoxdur ki, rayon taxılçıları yaxın gələcəkdə bu sahədə daha yüksək göstəricilərə nail olacaqlar.
Ş.Hüseynov

Şərh Yaz