Fəal gənclər bir arada


11 oktyabr 2014-cü il tarixdə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində rayonun ictimai həyatında fəal iştirak edən gənclərlə görüş keçirilib.

Fəal gənclər bir aradaFəal gənclər bir arada

11 oktyabr 2014-cü il tarixdə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində rayonun ictimai həyatında fəal iştirak edən gənclərlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev gəncləri salamlayıb. Ölkədə və rayonda uğurla həyata keçirilən gənclər siyasətindən danışıb. Bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd layihələr hazırlanmasına meyilli olan gəncləri bir araya gətirmək, onlardan mütəmadi fəaliyyət göstərən qrup yaratmaq və müxtəlif sahələr üzrə layihələrin hazırlanma qaydalarını öyrətməkdir.
Fəal gənclər bir arada
Tədbirdə çıxış edən RİH-nin hüquq şöbəsinin müdiri Xətai Abbasov, İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Şəkər Hacıyeva layihələrin önəmindən danışıblar.
Şəkər Hacıyeva layihə hazırlamaq üçün ilkin addım olan problemin təsviri, layihənin məqsəd və vəzifələri, layihə çərçivəsində görüləcək işlər, hesabat mərhələsi qaydaları haqqında gənclərə məlumat verib.
Tədbir gənclərin intellektual səviyyəsini aşkarlayan şəraitdə keçib. Gənclər bir sıra səmərəli və maraqlı təkliflərlə çıxış ediblər.
Çinarə Bəhərçinli

Şərh Yaz