Mədəniyyət Sarayında toplantı

08 oktyabr 2014-cü il tarixdə təmirdən sonra istifadəyə verilmiş Rayon Mədəniyyət Sarayında ilk toplantı keçirilib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov əməkdaşları salamlayıb, yeni iş şəraitində əməkdaşlara uğurlar arzulayıb. Təmirdən sonra yeni istifadəyə verilən Mədəniyyət Sarayının ölkədə mədəniyyət sahəsinə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib. İsmayıllı rayonunda gedən dinamik inkişafdan, aparılan abadlıq quruculuq işlərindən danışıb.

Mədəniyyət Sarayında toplantıMədəniyyət Sarayında toplantı

08 oktyabr 2014-cü il tarixdə təmirdən sonra istifadəyə verilmiş Rayon Mədəniyyət Sarayında ilk toplantı keçirilib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov əməkdaşları salamlayıb, yeni iş şəraitində əməkdaşlara uğurlar arzulayıb. Təmirdən sonra yeni istifadəyə verilən Mədəniyyət Sarayının ölkədə mədəniyyət sahəsinə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib. İsmayıllı rayonunda gedən dinamik inkişafdan, aparılan abadlıq quruculuq işlərindən danışıb.
Mədəniyyət Sarayında toplantı
Tanınmış xanəndə Sahibə Abdullayeva çıxış edərək bildirib ki, Dövlət başçısının diqqəti sayəsində təmir edilən Mədəniyyət Sarayında iş şəraiti ən müasir standartlara cavab verir.
Heydər Əliyev adına İsmayıllı Mədəniyyət Mərkəzinin direktoru Təhmuraz Bayramov yeni iş şəraitində daha fəal çalışacaqlarını bildirib.
Digər çıxışçılar İsmayıllıda mədəniyyət sahəsinə göstərilən diqqətə görə minnətdarlıq bildiriblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz