Qanvermə aksiyası

Talassemiya irsi qan xəstəliyidir. Bu xəstəlik ilk dəfə qohumlar arasında nikahın dəbdəbə olduğu İtaliyanın Siciliya adasında aşkar edilib. Təəssüflər ki, Azərbaycanda da bu xəstəliyin daşıyıcılarının sayı çoxdur. Talassemiya ağır formalarda təsadüf etdikdə uşaqlar həyatlarını itirirlər, bu xəstəliyin müalicəsi yoxdur. Xəstə uşağın vəziyyətini ona qan köçürməklə yüngülləşdirmək olar.
Qanvermə aksiyasıQanvermə aksiyası

Talassemiyadan əziyyət çəkən insanlara yardım etmək məqsədi ilə 16 sentyabr 2014-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib. Qanvermə aksiyasında rayonun idarə, müəssisə, təşkilatlarının əməkdaşları və sakinlərlə birlikdə 150-yə qədər insan iştirak edib. Bahadır Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun Mərkəzi Qan Bankının həkimləri tərəfindən qan götürülməsi və qeydiyyat işləri həyata keçirilib.
Qanvermə aksiyası
Ölkəmizdə 2005-ci ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” proqramı həyata keçirilməyə başlanıb. Proqram çərçivəsində bu xəstəlikdən əziyyət çəkənlərin diaqnostikası və müalicəsi üçün Talassemiya Mərkəzi açılıb.
Talassemiya xəstələrinin davamlı olaraq qana ehtiyacları olduğundan bu cür qanvermə aksiyaları mühüm əhəmiyyət kəsb edir.
Ç.Bəhərçinli

Şərh Yaz